Məhkəmə qərarları › İş №e-2(004)-488/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-488/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-488/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cəmi 46127.92 (qırx altı min bir yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat bundan 16200.53 (on altı min iki yüz manat, əlli üç qəpik) manat əsas, 13581.20 (on üç min beş yüz səksən bir manat, iyirmi qəpik) manat faiz, 14100.69 (on dörd min bir yüz manat, altmış doqquz qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2245.50 (iki min iki yüz qırx beş manat əlli qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 228.38 (iki yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına.Tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 71 nömrəli mənzilə yönəldilməsinə və əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına,satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 tutulmasına ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə Cavabdeh2 ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçı tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh və ipoteka qoyanın 2500 AZN nömrəli, xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə 11.01 2023-cü il tarixə 16.200,53 manat məbləğində əsas, 13.581,20 manat məbləğində faiz, 10.866,51 manat məbləğində cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.234,18 manat məbləğində borcu olmaqla, ümumilikdə 43.882,42 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Tərəflər razılaşırlar ki, Cavabdeh və ipoteka qoyan tərəfindən 16.200.53 manat əsas borc, 7.800 manat faiz borcu, ümumilikdə 24.000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir.

3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 24.000 manat məbləğində borcdan 4.000 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 20.000 manat hissəsini 20 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 1.000 manat ödənilməsi öhdəliyini Cavabdeh və ipoteka qoyan öz üzərinə götürür. 4.İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 5.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh və ipoteka qoyan tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.

6. Cavabdeh və İpoteka qoyan ünvan 2 ünvanında yerləşən 71 nömrəli mənzilin 75.000 manat qiymətində müəyyən edilməklə borcun təminatı olaraq ipotekada saxlanmasına etiraz etmir.

7. Tərəflər razılaşır ki, bu Sazişinin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh və ipoteka qoyan tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan ünvan 3 ünvanında yerləşən 71 nömrəli mənzilə (28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2014; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********70-05101-093022) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər.

8. Tərəflər razılaşırlar ki, 24.000 manat məbləğindəki öhdəlik Cavabdeh və ipoteka qoyan tərəfindən tam icra edilərək ödənildikdən sonra ünvan 3 ünvanında yerləşən 71 nömrəli mənzil Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır.

9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh və ipoteka qoyan tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 43.882,42 manat məbləğində borcun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 09 mart 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə iddiasına dair mülki iş üzrə tərəflər arasında 09 mart 2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin.

1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh və ipoteka qoyanın 2500 AZN nömrəli, xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə 11.01 2023-cü il tarixə 16.200,53 manat məbləğində əsas, 13.581,20 manat məbləğində faiz, 10.866,51 manat məbləğində cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.234,18 manat məbləğində borcu olmaqla, ümumilikdə 43.882,42 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Tərəflər razılaşırlar ki, Cavabdeh və ipoteka qoyan tərəfindən 16.200.53 manat əsas borc, 7.800 manat faiz borcu, ümumilikdə 24.000 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilir.

3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 24.000 manat məbləğində borcdan 4.000 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 20.000 manat hissəsini 20 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 1.000 manat ödənilməsi öhdəliyini Cavabdeh və ipoteka qoyan öz üzərinə götürür. 4.İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 5.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh və ipoteka qoyan tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.

6. Cavabdeh və İpoteka qoyan ünvan 2 ünvanında yerləşən 71 nömrəli mənzilin 75.000 manat qiymətində müəyyən edilməklə borcun təminatı olaraq ipotekada saxlanmasına etiraz etmir.

7. Tərəflər razılaşır ki, bu Sazişinin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh və ipoteka qoyan tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan ünvan 3 ünvanında yerləşən 71 nömrəli mənzilə (28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2014; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********70-05101-093022) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər.

8. Tərəflər razılaşırlar ki, 24.000 manat məbləğindəki öhdəlik Cavabdeh və ipoteka qoyan tərəfindən tam icra edilərək ödənildikdən sonra ünvan 3 ünvanında yerləşən 71 nömrəli mənzil Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır.

9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh və ipoteka qoyan tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 43.882,42 manat məbləğində borcun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar