Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4932/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama, ərizənin geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc 43463,86 manat, faiz borcu 4076,98 manat, cərimə məbləği 77,98 manat olmaqla, cəmi 47618,82 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 232,86 manat məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********62-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2024cü il tarixdə qeydiyyata alınan, ünvan 1 ünvanında 0.025 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142,40 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmeti olan həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına "Monetri BOKT” MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilmiş, sonuncu məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
7. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin də işə baxılması yönündə iradə ifadəsi mövcud deyil.
8. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 232,86 manat məbləğdə dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə