Məhkəmə qərarları › İş №e-2(004)-4974/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4974/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4974/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh 12 avqust 2020-ci il tarixli NSNPU-4596 saylı kredit müqaviləsinə əsasən 8 dekabr 2021-ci il tarixində verilmiş kredit üzrə əsas borcuna görə 3869,6 manat, faiz borcuna görə 192,42 manat, dəbbə borcuna görə 294,96 manat, cəmi 4356,98 manat məbləğində pulun və 63,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 12 avqust 2020-ci il tarixli NSNPU-4596 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 60 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit xətti ayrılmişdır. Kredit müqaviləsinə əsasən 8 dekabr 2021ci il tarixində illik 15,44% dərəcəsi olmaqla 26 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. 12 avqust 2020-ci il tairxli NSNPU-4596 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 12 avqust 2020ci il tarixli NSNPU-4596 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 8-dən gec olmayaraq hər ay 182 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 12 avqust 2020-ci il tarixli NSNPU-4596 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3869,9 manat, faiz borcuna görə 192,42 manat, dəbbə borcuna görə 294,96 manat, cəmi 4356,98 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, NSNPU-4596 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən istehlak məqsədi ilə illik 29 faizlə 60 ay müddətinə 15000 manat kredit xətti ayrılmış, 8 dekabr 2021-ci il tarixində illik 15,44% dərəcəsi olmaqla 26 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 12 avqust 2020-ci il tarixli NSNPU-4596 saylı kredit müqaviləsinə əsasən 8 dekabr 2021-ci il tarixində verilmiş kredit üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 3869,6 manat, faiz borcu üzrə 192,42 manat, dəbbə borcu üzrə 294,96 manat olmaqla, cəmi 4356,98 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, NSNPU-4596 saylı kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixli, NSNPU-4596 saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etməmiş və nəticədə əsas borc üzrə 3869,6 manat, faiz borcu üzrə 192,42 manat, dəbbə borcu üzrə 294,96 manat olmaqla, cəmi 4356,98 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 3869,6 (üç min səkkiz yüz altmış doqquz manat altmış qəpik) manat əsas, 192,42 (yüz doxsan iki manat qırx iki qəpik) faiz, 294,96 (iki yüz doxsan dörd manat doxsan altı qəpik) manat cərimə, cəmi 4356,98 (dörd min üç yüz əlli altı manat doxsan səkkiz qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 63,57 (altmış üç manat əlli yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 3869,6 (üç min səkkiz yüz altmış doqquz manat altmış qəpik) manat əsas, 192,42 (yüz doxsan iki manat qırx iki qəpik) faiz, 294,96 (iki yüz doxsan dörd manat doxsan altı qəpik) manat cərimə, cəmi 4356,98 (dörd min üç yüz əlli altı manat doxsan səkkiz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 63,57 (altmış üç manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar