Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4983/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat əsas borc; 50 (əlli) manat mediasiya xərci, 10 (on) manat mediasiyada poçt xərci, 78 (yetmiş səkkiz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 5938,40 (beş min doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və 3 ilə yaxın müddətdə şirkətdə çalışmışdır. Malların hesablanması zamanı müəyyən edilmişdir ki, cavabdeh 5800 (beş min səkkiz) manat məbləğində şirkətə məxsus malları mənimsəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə müraciət edilmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh PB-də verdiyi izahatında İddiaçı MMC-yə 5800 (beş min səkkiz yüz) manat məbləğində borcu olduğunu etiraf etmiş və 2 ay müddətində ödəyəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu ödəmir. Bununla bağlı mediasiyaya müraciət edilmiş lakin heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, bir çox şirkətdə işləmişdir. Bu günə qədər belə bir problemlə qarşılaşmamışdır. O, uşağının xəstəliyi ilə əlaqədar olaraq şirkət rəhbərliyinə müraciət etmiş və onlardan kömək istəmişdir. Onlar ona 5000 manat məbləğində pul vermişdilər. Qısa müddət sonra isə işdən çıxarıldığını öyrənmişdir. Firma bağlanmışdı. Bununla bağlı narazılığını da bildirmişdir. Onlara nə ezamiyyət pulu, nə də kompensasiya ödənilmədi. Aralarındakı danışığa əsasən həmin borc maaşından tutulmalı idi. İşləməyi üçün ona şərait yaradılmadı. Sonra isə ondan məbləği tam şəkildə qaytarmağını istədilər. Onun barəsində polisə şikayət edildi. O, da məcbur olub əlində olan zinyət əşyalarını satmış və pulu onlara qaytarmışdır. Polisdə işləri gedən ərəfədə maşında 3500 manatı qaytarmışdır. Bununla bağlı sübutu yoxdur, çünki pulu əlbə-əl vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Əmək müqaviləsi bildirişindən 20 fevral 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. - İddiaçı MMC-nin direktoru tərəfindən yüklərin daşınması və paylanmasını həyata keçirən işçilərə 20 iyul 2020-ci il tarixli G-001/20 saylı göstərişindən görünür ki, yüklərin daşınması və paylanmasını həyata keçirən satış nümayəndələri həmin malları şirkətdən təhvil-təslim aktı əsasında qəbul etdiyi andan, həmin malların tam dəyəri həcmində şirkət qarşısında məsuliyyət daşıyırlar. Göstəriş Cavabdeh tərəfindən və İddiaçı MMCnin direktoru Tural Bayramov tərəfindən imzalanmışdır. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciəti ilə bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etməyi məqsədəmüvafiq hesab etmişlər. - Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində verdiyi izahatına əsasən o, İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, onun firmaya 5800 borcu qalıb, 2 ay ərzində borcu tam ödəyəcəyini bildirmişdir. - İddiaçı MMC-nin 15 fevral 2023-cü il tarixli 41 saylı maliyyə arayışınımn surətindən görünür ki, Cavabdeh yüklərin (malların) daşınması və çatdırılması məqsədilə 012302 saylı 05 aprel 2022-ci il tarixli malların təhvil-qəbul aktı əsasında cəmiyyətin anbarından 14070 manat məbləğində malları təhvil almış, onları təyinatı üzrə çatdırmamış və həmin mallara görə xx.xx.2023-cü il tarixinə Cəmiyyətə 14070 manat borcu qalmışdır. - 18 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 78 manat dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatına ödənilmiş 20 iyul 2024-cü il tarixli 10230 saylı qəbzin surətindən görünür ki, mediasiya xərci olaraq 50 manat ödəniş edilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatına ödənilmiş 20 iyul 2024-cü il tarixli 29879 saylı qəbzin surətindən görünür ki, mediasiya poçt xərci olaraq 10 manat ödəniş edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus 5800 (beş min səkkiz) manat məbləğində malları təhvil alsa da, əmlakı və ya dəyərini qaytarmamışdır. Bu barədə cavabdeh tam maddi məsuliyyət daşıması barədə göstərişi imzalamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh polis orqanında vermiş olduğu izahatda şirkətə 5800 (beş min səkkiz yüz) manat borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında həmin məbləğdən 3500 manat qaytardığını bildirsə də, buna dair hər hansı sübutunu təqdim etməmişdir, hansı ki, sübutetmə yükü bu halda cavabdehə keçmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 5800 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 199-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; [279] ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat, mediasiyada poçt xərcinin əvəzi olan 10 (on) manat, dövlət rüsumunun əvəzi olan 78 (yetmiş səkkiz) manat və xidmət haqqı olan 0,40 (qırx) qəpik məbləğində pul, cəmi 138,40 (yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat, mediasiyada poçt xərcinin əvəzi olan 10 (on) manat, dövlət rüsumunun əvəzi olan 78 (yetmiş səkkiz) manat və xidmət haqqı olan 0,40 (qırx) qəpik məbləğində pul, cəmi 138,40 (yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4983/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4983/2024
02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver