Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-50/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulan zərərin (avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün sərf olunan ümumi təmir xərcləri) qarşılığı olan 950 (doqquz yüz əlli) manat pul məbləğinin "xxxx" MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə özünə məxsus olan "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində kənar yolda ikinci zolaqda hərəkətdə olan zaman qarşısında hərəkətdə olan "X14" markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü qəfildən əyləcdən istifadə edərək dayanmışdır. Bu zaman ona çırpılmamaq üçün əyləcdən istifadə edərək avtomobilini saxlamışdır. Lakin arxadan gələn "Khazar" markalı, **- PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü əyləcdən gec istifadə etmişdir və avtomobilini arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil qarşıdakı "Mercedes"markalı avtomobilə dəymişdir. Hadisə baş verməmişdən bir gün qabaq X2 idarə etdiyi "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin icbari sığortası bitmişdir. Buna görə də sığorta tərəfindən avtomobilinə dəyən ziyan qarşılanmamışdır. Belə ki, iddia ərizəsi ilə bir yerdə təqdim etdiyi, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BHQ 31 nömrəli rəyi ilə öz təsdiqini tapmış "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edən sürücü X2 qeyri-məsuliyyətli hərəkəti ucbatından avtomobilinə dəyən 950 manat zərərin (avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün sərf olunan ümumi təmir xərcləri) məhz avtomobilin məxsus olduğu "xxxx" ASC tərəfindən ödənilməsi iddia ərizəsinin predmetidir. X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inibati xətanı törətsə də, qanunvericiliyə görə hər hansı şirkətə məxsus avtomobil və ya digər vasitələrin qarşı tərəfə vurduğu zərər məhz həmin avtomobilin mülkiyyətçisi (yəni şirkət) tərəfindən ödənilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Mirsənan Ağalarovun “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü X2 AR İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BHQ 31 nömrəli rəyinə əsasən İddiaçı məxsus "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin ümumilikdə 950 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X6 xx.xx.2023-cü il tarixində, saat 13:08-də Nərimanov rayonu ərazisində "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarını pozma) törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən X4 verilmiş xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, X6 (sürücülük vəsiqəsi BD № 411567 saylı, xx.xx.2022-ci il tarixində Az.Res.DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilib) Cavabdeh MMC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4094 saylı “X12” əsasında lizinqə verilmiş 1 ədəd "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2700-8/1082 nömrəli ekspert rəyinə əsasən nəzərə hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi məlumatlaraına əsasən "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 950 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 13:08-də Nərimanov rayonu ərazisində Cavabdeh MMC-nin mülkiyyətində olan və etibarnamə əsasında X3 idarə etdiyi "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olan "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İnzibati Tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X6 xx.xx.2023-cü il tarixində, saat 13:08-də Nərimanov rayonu ərazisində "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (araməsafəsi qaydalarını pozma) törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC mülkiyyətində olan nəqliyyat vasitəsini X4 etibarnamə əsasında idarə etməyə vermiş, X3 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə mülkiyyətçi Cavabdeh MMC-nin mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesabe dir ki, Cavabdeh MMCnin mülkiyyətində olan yol nəqliyyat hadisəsinin törədildiyi "Khazar LX minik" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən zaman icbari sığortası olmamış, bu səbəbdən iddiaçı "Kia Sorento" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı sığorta ödənişi ala bilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2700-8/1082 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə müəyyən edilməli və "Kia Sorento" markalı, **-XV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qəza nəticəsində vurulmuş maddi ziyana görə 950 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 950 (doqquz yüz əlli) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 950 (doqquz yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-50/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-50/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver