Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5001/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Demirdağ-a qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Demirdağ-a qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Demirdağ-dan 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7555,92 (yeddi min beş yüz əlli beş manat doxsan iki qəpik) manat, faiz borcuna görə 940,41 (doqquz yüz qırx manat qırx bir qəpik) manat olmaqla, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat otuz üç qəpik) manat məbləğində pulun və 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə cavabdeh – Cavabdeh Demirdağ arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsinə əsasən illik 26 % (iyirmi alti) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manat məbləğində cavabdehə kredit verilmişdir. 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh Demirdağ oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dan gec olmayaraq hər ay 933,14 (doqquz yüz otuz üç manat 14 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh Demirdağ-ın 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7555,92 (yeddimin beş yüzəlli beş manat 92 qəpik) manat, faiz borcuna görə 940,41 (doqquz yüz qırx manat 41 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat 33 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh Demirdağdan 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7555,92 (yeddi min beş yüz əlli beş manat 92 qəpik) manat, faiz borcuna görə 940,41 (doqquz yüz qırx manat 41 qəpik) manat, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat 33 qəpik) manat pul tutulmalıdır. İddiaçı ASC 25 oktyabr 2024-cü il tarixdə AZEMİS vasitəsi ilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Demirdağ-a məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsi və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh Demirdağ arasında bağlanmış NRNPU-11757 saylı, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 26 % (iyirmi alti) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 9768 (doqquz min yeddi yüz altmış səkkiz) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh Demirdağ-a ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh Demirdağ-ın NRNPU-11757 saylı, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 05 avqust 2024cü il tarixinə yaranmış cəmi 8305,23 (səkkiz min üç yüz beş manat 23 qəpik) manat borcun qaytarılması ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh Demirdağ-ın İddiaçı ASC-yə NRNPU-11757 saylı, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borclunun 10 sentyabr 2024-cü il tarixinə əsas borc üzrə 7555,92 (yeddi min beş yüz əlli beş manat 92 qəpik) manat, faiz borcuna görə 940,41 (doqquz yüz qırx manat qırx bir qəpik) manat, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat otuz üç qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 105 (yüz beş) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, Cavabdeh Demirdağ-ın NRNPU-11757 saylı, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7555,92 (yeddi min beş yüz əlli beş manat 92 qəpik) manat əsas, 940,41 (doqquz yüz qırx manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat 33 qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Demirdağ-dan 7555,92 (yeddi min beş yüz əlli beş manat 92 qəpik) manat əsas borc, 940,41 (doqquz yüz qırx manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat otuz üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 105 (bir yüz beş) manat Cavabdeh Demirdağ-dan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Demirdağ oğlundan 20 dekabr 2023-cü il tarixli, NRNPU-11757 saylı kredit müqaviləsi üzrə 7555,92 (yeddi min beş yüz əlli beş manat doxsan iki qəpik) manat əsas borc, 940,41 (doqquz yüz qırx manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 8496,33 (səkkiz min dörd yüz doxsan altı manat otuz üç qəpik) manat məbləğində pul və ödənilmiş 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5001/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5001/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver