Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5002/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1139,73 manat əsas borc olmaqla, cəmi 1139,73 manat və ödənilmiş 31,4 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 19 %-lə, 26 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 179631 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1518 nömrəli məktubdan görünür ki, Cavabdeh 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə X4 şəhadətnamə verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1139,73 manat əsas borc olmaqla, cəmi 1139.73 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 20982/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin borcu hissəhissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 19 %-lə, 26 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 1139,73 manat əsas borc olmaqla, cəmi 1139.73 manat borcu qalmışdır. İş materillarında olan "xxxx" ASC ASC tərəfindən X3 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun 5 təqvim günü müddətində banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31,40 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 4 saylı “Bakı ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası Cavabdeh qəbul etmiş, vərəsəlik işi açılmış və ona xx.xx.2021-ci il tarixdə 2V-1043 reyestr nömrəli qanun üzrə X4 şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 179631 nömrəli ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 764 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1043 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X4 Şəhadətnamə” görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48,3 kv.m olan 2 otaqlı mənzilin miras qoyana məxsus 1\2 hissəsindən ibarətdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 19 %-lə, 26 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası Cavabdeh qəbul etmiş, vərəsəlik işi açılmış və ona xx.xx.2021-ci il tarixdə 2V-1043 reyestr nömrəli qanun üzrə X4 şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-1043 nömrə ilə qeyd edilmiş “Qanun üzrə X4 Şəhadətnamə” görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48,3 kv.m olan 2 otaqlı mənzilin miras qoyana məxsus 1\2 hissəsindən ibarətdir. Cavabdeh kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X3 vərəsəsi Cavabdeh "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 1139,73 manat əsas borc olmaqla, cəmi 1139.73 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, Cavabdeh X2 miras qalmış əmlakı qəbul etməklə qanun üzrə X4 şəhadətnamə almışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan, yəni 1139,73 manatdan artıqdır. Həmçinin, cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə X3 borcunun onun vərəsəsi olan Cavabdeh tutulmasına dair iddia tələbi əsaslıdır və iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə 1139,73 (bir min yüz otuz doqquz manat yetmiş üç qəpik) manat məbləğində borc pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 31,8 (31,40+0,40=31,8) (otuz bir manat səksən qəpik) manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsi üzrə 1139,73 (bir min yüz otuz doqquz manat yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 31,8 (31,40+0,40=31,8) (otuz bir manat səksən qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5002/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5002/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver