Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5003/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 698,42 manat əsas borc , 73,85 manat faiz borcu olmaqla, cəmi 772,27 və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli BPM**********14 nömrəli X6 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24%-lə, 36 ay müddətinə 700 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 187655 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 332 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 698,42 manat əsas borc , 73,85 manat faiz borcu olmaqla, cəmi 772,27 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-14037/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********14 nömrəli saylı X6 müqaviləsi və müqavilənin 4.1.1.1-ci bəndinə uyğun olaraq ödəniş cədvəlinə əsasən X3 illik 24 faizlə 36 ay müddətinə 700 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli BPM**********14 saylı TAMKART çərçivə müqaviləsinə əsasən, nağd kredit ilə əlaqədar əsas borc üzrə 698,42 (altı yüz doxsan səkkiz manat qırx iki qəpik) manat, faiz borcu üzrə 73,85 (yetmiş üç manat səksən beş qəpik) manat olmaqla, cəmi 772,27 (yeddi yüz yetmiş iki manat iyirmi yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 aprel 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 3 saylı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinin 28 evral 2024-cü il tarixli 332 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı - Cavabdeh1 və qızı - Cavabdeh2dır. İş materiallarında olan 3 saylı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı - Cavabdeh1 və qızı - Cavabdeh2dır. Miras əmlak- ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88.9 kv.m olan mənzildən ibarətdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, 1151.1 və 1306.1-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. İş materiallarından məlum olmuşdur ki, borclu X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Göründüyü kimi, kredit müqaviləsi üzrə “Borcalan” X4 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada nağd kredit üzrə 698,42 (altı yüz doxsan səkkiz manat qırx iki qəpik) manat əsas borc, 73,85 (yetmiş üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, cəmi 772,27 (yeddi yüz yetmiş iki manat iyirmi yeddi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada nağd kredit üzrə 698,42 (altı yüz doxsan səkkiz manat qırx iki qəpik) manat əsas borc, 73,85 (yetmiş üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, cəmi 772,27 (yeddi yüz yetmiş iki manat iyirmi yeddi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5003/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5003/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver