Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-501/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 m köməkçi sahəsi 43.5 m ) ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 m , köməkçi sahəsi 17.8 m olan) hissəsindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən 407.80 kv. m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1-ci mərtəbədə 3 otaq (yaşayış sahəsi 61.52 kv.m köməkçi sahəsi 43.5 kv.m) ikinci mərtəbədə 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m olan) hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu 2ci Yasamal 186 ünvanda yerləşən 407.80 kv. m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1ci mərtəbədə 3 otaq (yaşayış sahəsi 61.52 kv.m köməkçi sahəsi 43.5 kv.m) ikinci mərtəbədə 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m olan) hissəsinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə keçmiş mülkiyyətçi Cavabdeh2 və həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. (Cavabdeh1 xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunun Dövlət X1 tərəfindən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan İddiaçı QSCnin (ümumilikdə cəmi 436282,63 ABŞ dollan məbləğində borc, 31 manat xidmət haqqı və 10 manat dövlət rüsumu) tələbi, ipotekaqoyan Cəfərov Şükür Yusif oğluna məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340,0 kv.m. yaşayış, 103,9 kv.m. köməkçi sahədən ibarət 186 nömrəli fərdi yaşayış evinə - Cavabdeh2 1-ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m, köməkçi sahə-43,5kv.m ) 2-ci mərtəbə 2 otaq (yaşayış sahəsi 97,11 kv.m, köməkçi sahə-17,8.m ) hissəsinə tutmanın yönəldilməsi təklif edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2014-cü il tarixli 97/01 nömrəli protokolundan və "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış ipoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2014-cü il tarixli müqavilədən müəyyən edilir ki, Bakı səhər 53 saylı Dövlət Notariat Kontorunun 7E/4271 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin Yasamal rayon icra şöbəsinin xx/xx-2433/1 saylı, xx.xx.2014-cü il tarixli məktubunun və "xxxx"QSC -nin 4386 saylı, xx.xx.2014 cü il tarixli məktubunun icrasına əsasən keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340kv.m yaşayış, 103,9 kv.m köməkçi sahədən ibarəd 186 saylı fərdi yaşayış evinin Cavabdeh2 1-ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m, köməkçi sahə-43,5kv.m ) 2-ci mərtəbə (yaşayış sahəsi 97,11 kv.m, köməkçi sahə- 17,8.m ) hissəsini 114750 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsinə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubklarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı QSC-nin mülkiyyətində olan hissəsinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə cavabdehlər Cavabdeh2 və həmin Cavabdeh1 xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı QSC ünvan 3 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsini “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokola və müqaviləyə əsasən əldə etmişdir. Qeyd edilən əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı QSC adına rəsmiləşdirilmişdir. Əmlakın əvvəlki mülkiyyətiçisi olan Cavabdeh2 və həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 əmlakı boşaldaraq İddiaçı QSC –yə təhvil verməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsindən çıxarılmalı və həmin əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsindən çıxarılsın və həmin əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-501/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-501/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver