Məhkəmə qərarları › İş №e-2(004)-502/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-502/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-502/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: subroqasiya) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4874 (dörd min səkkiz yüz yetmiş dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 69.14 (altmış doqquz, on dörd) manat dövlət rüsumu, ümumilikdə 4943.14 (dörd min doqquz yüz qırx üç, on dörd) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Seltos” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində MİB230093 saylı müqavilə ilə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2023cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai HD 35 Yük” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Kia Seltos” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Yasamal rayon məhkəməsi tərəfindən qəbul olunmuş Qərarla “Hyundai HD 35 Yük” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Seltos” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə 9874 (doqquz min səkkiz yüz yetmiş dörd) manat məbləğində maddi zərər dəymişdir. MİB230093 saylı sığorta şəhadətnaməsinə və AKS240039 saylı, Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 9624 (doqquz min altı yüz iyirmi dörd) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin hadisə zamanı idarə etdiyi “Hyundai HD 35 Yük” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 4750 manatı "xxxx" ASC tərəfindən ödənmişdir. Sığorta ödənişi məbləğinin qalan hissəsini Cavabdeh tələb edirlər.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, borcun ödənilməsindən yayınmadığını, maddi durumu ödənişi bütövlükdə ödəməyə imkan vermədiyindən borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarxi li 144-02/244 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, R.Şərifzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 9874 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmiş, qeyd olunanları nəzərə alaraq 5000 manat məbləğin "xxxx" ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir.

7. AKS240039 №-li sığorta aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 9624 manat təşkil etmiş və iddiaçı tərəfindən X1 təhvil verilmişdir.

8. “Kia Motors” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyən olunur ki, “Kia Seltos” markalı, **-AN-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 9874 manat məbləğində ziyan dəymişdir.

9. 09.02.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 9624 manat məbləğində ödəniş edilmişdir.

10. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-da Yasamal rayonu, R.Şərifzadə küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai HD 35 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunmuşdur.

11. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)- 476/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman “Hyundai HD 35 yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunmuşdur. Hadisə nəticəsində “Kia Seltos” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı "xxxx" ASC tərəfindən 9624 manat ödənilmişdir. İddiaçı iddia ərizəsində sığorta ödənişinin 4750 manat hisəssində "xxxx" ASC tərəfindən ödənildiyini bildirmişdir.

13. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı Cavabdeh 4874 manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etməkdə haqlıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir.

16. Həmin Məcəllənin Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

19. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. “İcbari Sığortalar haqqında” Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

21. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin yol-nəqliyyat hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC–nin subroqasiya qaydasında ödədiyi 4874 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 4874 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

V Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X2 4874 manat məbləğində pul və ödənilmiş 69,14 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar