Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5050/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” ASC-nin Cavabdeh Əyyub oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” ASC Cavabdeh Əyyub oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Əyyub oğlundan xx.xx.2018-ci il tarixli 207CLM10303721AA nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.314,29 manat əsas borc, 283,88 manat faiz olmaqla, cəmi 1598,17 manat; xx.xx.2018-ci il tarixli **********01944207 nömrəli kredit müqaviləsi üzrə yaranmış 408,73 manat əsas borc, 104,60 manat faiz olmaqla, cəmi 513,33 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.141,50 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ASC xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 207CLM10303721AA nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh Əyyub oğluna 24 ay müddətinə illik 25.32 faiz dərəcəsi ilə 3.800 manat kredit vermişdir. xx.xx.2018-ci il tarixli **********01944207 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh Əyyub oğluna 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti açmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və kredit xətti müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği, kredit xətti müqaviləsinin şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. İddiaçı” ASC-nin xx.xx.2020-ci i tarixli 135000/1002 nömrəli maliyyə arayışdan müəyən edilir ki, Cavabdeh Əyyub oğlunun xx.xx.2020-ci il tarixə xx.xx.2018-ci il tarixli 207CLM10303721AA nömrəli kredit müqaviləsi üzrə 1.314,29 manat əsas borc, 283,88 manat faiz olmaqla, cəmi 1598,17 manat; xx.xx.2018-ci il tarixli **********01944207 nömrəli kredit müqaviləsi üzrə 408,73 manat əsas borc, 104,60 manat faiz olmaqla, cəmi 513,33 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Əyyub oğlundan xx.xx.2018-ci il tarixli 207CLM10303721AA nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.314,29 manat əsas borc, 283,88 manat faiz olmaqla, cəmi 1598,17 manat; xx.xx.2018-ci il tarixli **********01944207 nömrəli kredit müqaviləsi üzrə yaranmış 408,73 manat əsas borc, 104,60 manat faiz olmaqla, cəmi 513,33 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.141,50 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əyyub oğlundan xx.xx.2018-ci il tarixli 207CLM10303721AA nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.314,29 manat əsas borc, 283,88 manat faiz olmaqla, cəmi 1598,17 manat; xx.xx.2018-ci il tarixli **********01944207 nömrəli kredit müqaviləsi üzrə yaranmış 408,73 manat əsas borc, 104,60 manat faiz olmaqla, cəmi 513,33 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.141,50 (iki min yüz qırx bir manat əlli qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5050/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5050/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver