Məhkəmə qərarları › İş №e-2(004)-5067/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5067/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5067/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) Cavabdeh2 qarşı "borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun qaytarılması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)020819-01 nömrəli Kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7.141,27 (yeddi min yüz qırx bir manat 27 qəpik) manat məbləğində borcun-bundan 6.804,03 (altı min səkkiz yüz dörd manat 03 qəpik) manat əsas borcun və 337,24 (üç yüz otuz yeddi manat 24 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 91.41 (doxsan bir manat 41 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)020819-01 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 6.804,30 manat kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)02082019-01/ZM/2 zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan və zamin öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri barədə öhdəliklər götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehlərin xx.xx.2024-cü il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv Prosesindədir)-yə 6.804,03 manat əsas; 337,24 manat faiz olmaqla cəmi 7.141 manat borcu vardır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)020819-01 saylıkredit müqaviləsinə əsasən görünür ki,bank borcalana 60 ay müddətinə, illik 1 (bir) % olmaqla, 6.804,30 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)020819-01 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sonuncu ay 144,68 manat, hər ay 144,66 manat olmaqla, ümumilikdə 6.804,03 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 29 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)020819-01 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu 6.804,03 manat əsas, 337,24 manat faiz, cəmi 7.141,27 manat təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 91,41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh1 hazırki iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 02 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)020819-01 saylı kredit müqaviləsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyət üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh2 vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Bunun nəticəsində cavabdehin banka 6.804,03 manat əsas, 337,24 manat faiz borcu olmaqla, cəmi 7.141,27 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı cavabdehdən borcu tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 6.804,03 (altı min səkkiz yüz dörd manat üç qəpik) manat əsas; 337,24 (üç yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat faiz olmaqla, ümumilikdə 7141,27 (yeddi min yüz qırx bir manat iyirmi yeddi qəpik) məbləğində pul və ödənilmiş 91,41 (doxsan bir manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 6.804,03 (altı min səkkiz yüz dörd manat üç qəpik) manat əsas borc və 337,24 (üç yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 7141,27 (yeddi min yüz qırx bir manat iyirmi yeddi qəpik) manat pul və ödənilmiş 91,41 (doxsan bir manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar