Məhkəmə qərarları › İş №e-2(004)-5083/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5083/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5083/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 009A********** saylı kredit öhdəliyi üzrə 27807.15 manat məbləğində kredit bоrcu, 2236.5 manat məbləğində faiz bоrcu və 741.34 manat məbləğində cərimə olmaqla, cəmi 30784.99 manat məbləğində bоrcun, xx.xx.2023-cü il tarixli 009KK**********01 kart kredit öhdəliyi üzrə 988.8 manat məbləğində kredit bоrcu, 360.9 manat məbləğində faiz bоrcu, cəmi 1349.7 manat məbləğində bоrcun, cəmi hər iki öhdəlik üzrə 32134.69 manat və tərəfimizdən ödənilmiş 186.4 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizə əsasında o, aylıq faiz dərəcəsi 1.25% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 009A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2192.85 manat ödəniş etmiş və оnun iddiaçıya 27807.15 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 175 gün üçün hesablanmış faiz borcu 2236.5 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 175 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 741.34 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 009KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 1000 (bir min) manat məbləğində kredit limiti açılmışdır. X1 əsas borcu üzrə 988.8 manat məbləğində kredit borcu qalmışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqaviləsinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 304 gün üçün hesablanmış faiz borcu 360.9 manat təşkiledir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiklərini, iddia ilə bağlı sübutlarını elektron qaydada məhkəməyə təqdim etdiklərini, tərəflər arasında mübahisənin həlli ilə bağlı razılıq əldə olunmadığını, məhkəmə baxışını səlahiyyətli nümayəndənin iştirakı olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, AZEMİS vasitəsilə ona məxsus mobil nömrələrinə SMS bildiriş çatdırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı ərizə-kredit müqaviləsi və ona əlavə “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin məzmunundan görünür ki, Cavabdeh 48 ay müddətinə aylıq 01,25% faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit vermişdir. Müqavilənin məzmunundan eyni zamanda görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, “tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka xx.xx.2024-cü il tarixinə borcu -27807.15 (iyirmi yeddi min səkkiz yüz yeddi manat on beş qəpik) manat məbləğində əsas, 2236.5 (iki min iki yüz otuz altı manat əlli qəpik) manat faiz bоrcu və 741.34 (yeddi yüz qırx bir manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 30784.99 (otuz min yeddi yüz səksən dörd manat doxsan doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdeh X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, X2 27807.15 (iyirmi yeddi min səkkiz yüz yeddi manat on beş qəpik) manat məbləğində əsas, 2236.5 (iki min iki yüz otuz altı manat əlli qəpik) manat faiz bоrcu və 741.34 (yeddi yüz qırx bir manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 30784.99 (otuz min yeddi yüz səksən dörd manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 1000 (bir min) manat məbləğində kredit limiti açılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka xx.xx.2024-cü il tarixinə borcu -988,80 (doqquz yüz səksən səkkiz manat səksən qəpik) manat əsas borc, 360,90 (üç yüz altmış manat doxsan qəpik) manat məbləğində faiz bоrcu olmaqla, cəmi 1349.70 (min üç yüz qırx doqquz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdeh X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, X2 xx.xx.2024-cü il tarixinə borcu -xx.xx.2024-cü il tarixinə borcu -988,80 (doqquz yüz səksən səkkiz manat səksən qəpik) manat əsas borc, 360,90 (üç yüz altmış manat doxsan qəpik) manat məbləğində faiz bоrcu olmaqla, cəmi 1349.70 (min üç yüz qırx doqquz manat yetmiş qəpik) manat borcu yaranmışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müavilələri üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə manat məbləğində 300 (üç yüz) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 27807,15 (iyirmi yeddi min səkkiz yüz yeddi manat on beş qəpik) manat məbləğində əsas borc, 2236,50 (iki min iki yüz otuz altı manat əlli qəpik) manat məbləğində faiz bоrcu, 300 (üç yüz) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli 009KK**********01 kart kredit müqaviləsi üzrə 988,80 (doqquz yüz səksən səkkiz manat səksən qəpik) manat əsas borc, 360,90 (üç yüz altmış manat doxsan qəpik) manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 31693,35 (otuz bir min altı yüz doxsan üç manat otuz beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186,40 (yüz səksən altı manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 27807,15 (iyirmi yeddi min səkkiz yüz yeddi manat on beş qəpik) manat məbləğində əsas borc, 2236,50 (iki min iki yüz otuz altı manat əlli qəpik) manat məbləğində faiz bоrcu, 300 (üç yüz) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli 009KK**********01 kart kredit müqaviləsi üzrə 988,80 (doqquz yüz səksən səkkiz manat səksən qəpik) manat əsas borc, 360,90 (üç yüz altmış manat doxsan qəpik) manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 31693,35 (otuz bir min altı yüz doxsan üç manat otuz beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186,40 (yüz səksən altı manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar