Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5139/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi İddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 02İK030919 saylı güzəştli kredit müqaviləsi üzrə 8220,13 manat əsas borc, 13,47 manat faiz borcu, 7,92 manat cərimə borcu olmaqla, cəmi 8241,52 manat borcun və ödənilmiş 102,42 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 07KK130314 saylı kredit müqaviləsinə əsasən borcalana illik 20% dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində verilmiş, kart kreditinin 8371,14 manat qalıq məbləği xx.xx.2019-cu il tarixli, 02İK030919 saylı güzəştli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1% dərəcəsilə, 1 il güzəşt müddəti verilməklə 5 il müddətinə restrukturizasiya olunmuşdur. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh3 zamin qismində iştirak etdiyi üçtərəfli xx.xx.2014-cü il tarixli, 03Z/130314 saylı və Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli xx.xx.2014-cü il tarixli, 04Z/130314 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən borcalan və zaminlərlə dəfələrlə telefonla əlaqə saxlanılmış və borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 02İK030919 saylı güzəştli kredit müqaviləsinəəsasən xx.xx.2022-ci il tarixə 8220,13 manat əsas borc, 13,47 manat faiz borcu, 7,92 manat cərimə borcu olmaqla, cəmi 8241,52 manat kredit borcu öhdəliyi var. İddiaçının nümayəndəsi Nümayəndə Nəsim oğlu məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 07KK130314 saylı kredit müqaviləsinə əsasən borcalana illik 20% dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03Z/130314 saylı və xx.xx.2014-cü il tarixli, 04Z/130314 saylı zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kart kreditinin 8371,14 manat qalıq məbləği xx.xx.2019-cu il tarixli, 02İK030919 saylı güzəştli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən illik 1% dərəcəsilə, 1 il güzəşt müddəti verilməklə 5 il müddətinə restrukturizasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 8220,13 manat əsas borc, 13,47 manat faiz borcu, 7,92 manat cərimə borcu olmaqla, cəmi 8241,52 manat təşkil edir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbləri baxımından zaminin razılığı olmadan öhdəlik dəyişdirildiyindən və zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2014-cü il tarixli, 03Z/130314 saylı və xx.xx.2014-cü il tarixli, 04Z/130314 saylı zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, Cavabdeh1 8220,13 manat əsas borc, 13,47 manat faiz borcu, 7,92 manat cərimə borcu olmaqla, cəmi 8241,52 manat borc və ödənilmiş 102,42 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 02İK030919 saylı güzəştli kredit müqaviləsi üzrə 8220,13 manat əsas borc, 13,47 manat faiz borcu, 7,92 manat cərimə borcu olmaqla, cəmi 8241,52 (səkkiz min iki yüz qırx bir manat 52 qəpik) manat borc və ödənilmiş 102,42 (bir yüz iki manat 42 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5139/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5139/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver