Məhkəmə qərarları › İş №e-2(004)-5210/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5210/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5210/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1901 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan "Zaminbank” ASC qarşısında əsas borc üzrə 2795 ABŞ dolları əsas borc, 1.816,81 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 347,10 ABŞ dolları faiz olmaqla, cəmi 4.958,81 ABŞ dolları borcun cavabdehdən tutulması, tutmanın girov predmeti olan “HYUNDAİ SANTE FE” markalı, XU900TR dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, 1902 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan "Zaminbank” ASC qarşısında əsas borc üzrə 6367 ABŞ dolları, faiz borcu üzrə 4.126,08 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 783,20 ABŞ dolları faiz olmaqla cəmi borc üzrə 11.276 ABŞ dolları borcun və iddia ərizəsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1901 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22% olmaqla, 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “HYUNDAİ SANTE FE” markalı XU900TR15 dövlət qeydiyyat nömrəli avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 1901 nömrəli, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Əlavə olaraq Cavabdeh ilə 1902 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 22 faiz ilə 7800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Tərəflərindən borcun qaytarılması məqsədi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6915/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmana əsasən geri qaytarılmışdır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azerbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1901 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 2795 ABŞ dolları əsas borc, 1.816,81 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 347,10 ABŞ dolları faiz olmaqla, cəmi 4.958,81 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. Əlavə olaraq Cavabdeh 1902 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 6367 ABŞ dolları, faiz borcu üzrə 4.126,08 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 783,20 ABŞ dolları faiz olmaqla cəmi borc üzrə 11.276 ABŞ dolları borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bankın ona qarşı 7 ildən sonra iddia qaldırması qanunsuz və əsassızdır. İzahatına əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 16 sentyabr 2022-ci il tarixli, **********234 saylı Bildiriş məktubundan görünür ki, Cavabdeh tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, BAK**********3290002 saylı müqavilə üzrə Banka olan cəmi 11.276 ABŞ dolları məbləğində borcun ödənilməsinə dair xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 16 sentyabr 2022-ci il tarixli, **********235 saylı Bildiriş məktubundan görünür ki, Cavabdeh tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, BAK**********3290001 saylı müqavilə üzrə Banka olan cəmi 4958,81 ABŞ dolları məbləğində borcun ödənilməsinə dair xəbərdar olunmuşdur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli, **********240 saylı Maliyyə Arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixlu BAK**********3290001 saylı kredit müqaviləsi üzrə 08 sentyabr 2022-ci il tarixə Cavabdeh Banka olan borcu əsas borc üzrə 2794 ABŞ dolları, faiz borcu üzrə 1816,81 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 347,10 ABŞ dolları faiz olmaqla, cəmi 4.958,81 ABŞ dolları təşkil edir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, **********239 saylı Maliyyə Arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixlu BAK**********3290002 saylı kredit müqaviləsi üzrə 08 sentyabr 2022-ci il tarixə Cavabdeh Banka olan borcu əsas borc üzrə 6366,72 ABŞ dolları, faiz borcu üzrə 4126,08 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1326,16 ABŞ dolları faiz olmaqla, cəmi 11818 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı kredit müqaviləsi üzrə bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkibi olan ödəniş qrafiki əsasında krediti və kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanla borcalan arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1901 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borclalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit vermiş, Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan HYUNDAİ SANTA FE markalı BAN:KMHSH81WP7U255803, 2007-ci il buraxılışlı avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1902 saylı kredit müqaviləsi üzrə bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə 7800 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkibi olan ödəniş qrafiki əsasında krediti və kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli İddiaçı ASC-nin Azərbaycan Respublikası Baş X2 İdarəsinə ünvanlanmış bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, borcalan Cavabdeh tərəfindən onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1901 saylı kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilmədiyindən xx.xx.2015-ci il tarixli, 1901 saylı ipoteka müqaviləsində nəzərdə tutulmuş ipoteka predmetinə tutmanın yənəldilməsi proseduruna başlanılmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən bildirişin qeydə alınmasına dair ərizənin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 132496 seriya nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Cavabdeh (ipoteka qoyan) xx.xx.2015-ci il tarixli, 1901 saylı ipoteka müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi HYUNDAİ SANTA FE markalı 99XH688 qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2015-ci il – xx.xx.2018-ci il qeyd edilmişdir. İş materiallarında olan 454688 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, HYUNDAİ SANTA FE markalı 99XH688 qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 26 noyabr 2018-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onunla bank arasında bağlanmıış xx.xx.2015-ci il tarixli 1902 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 6367 ABŞ dolları əsas və 2188 ABŞ dolları faiz borcu məbləğində borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 22 oktyabr 2018-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onunla bank arasında bağlanmıış xx.xx.2015-ci il tarixli 1901 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 2795 ABŞ dolları əsas və 964 ABŞ dolları faiz borcu məbləğində borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, İddiaçı ASC-nin ona qarşı iddia tələbini qəbul etmir. Həmin Bankın ona qarşı 7 ildən sonra iddia qaldırması qanunsuz və əsassızdır. Həmin Banka sonuncu kredit ödənişi 2016-cı ildə olmuşdur. Buna görə də iddia müddətinin keçməsinə görə İddiaçı ASC-nin ona qarşı iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi xx.xx.2018-ci il tarixdən başlamış, iddiaçı 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin xx.xx.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixədək son müddət müəyyən edilmişdir. Bununla da göstərilən tarixdən sonra iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 20 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 173 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar