Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-522/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı “borcu qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı “borcu qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, borc kimi verdiyi 20.000 ABŞ dolları pulun, ödədiyi 192 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh2 2019-cu ilin may ayından tanıyır və onların dostluq münasibətləri olmuşdur. Dostluq münasibətləri isə hər ikisinin dini baxımdan əqidə yoldaşı olmaları və fikirlərinin eyni olması səbəbindən yaranmış və mehriban münasibətləri olmuşdur. Cavabdeh2 “X6” MMC-nin direktoru olmaqla, ət tədarükü ilə məşğul olur. Cavabdeh2 2019-cu ilin sentyabr ayında “X6” MMC-də maliyyə çatışmazlığı olduğu bildirmiş və İddiaçı borc istəmişdir. İddiaçı 2019cu ilin sentyabr ayında Cavabdeh2 öz şəxsi vəsaiti hesabına 30.000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh2 aldığı 30.000 ABŞ dollarını 6-7 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 aldığı 30.000 ABŞ dollarından 5.000 ABŞ dollarını cavabdeh X4 vasitəsilə xx.xx.2020-ci il tarixdə, 5.000 ABŞ dollarını isə Cavabdeh3 vasitəsilə xx.xx.2020-ci il tarixdə İddiaçı qaytarmışdır. İşin bu halı İddiaçı ilə Cavabdeh2 arasında olan WhatsApp yazışmaları və Cavabdeh2 göndərdiyi səs yazıları ilə təsdiq edilir. Cavabdeh2 WhatsAppla göndərdiyi səs yazısında İddiaçı 20.000 ABŞ dolları borcu qalmasını etiraf edir. Cavabdeh2 qalan 20.000 ABŞ dolları isə hazırkı vaxta kimi müxtəlif bəhanələrlə İddiaçı qaytarmaqdan imtina edir. Cavabdeh2 İddiaçı ilə danışan zaman bildirmişdir ki, digər cavabdehlər X4 və Cavabdeh3 Cavabdeh2 məxsus olan “X6” MMC-nin kassasından pulu götürüb ona olan borcu qaytaracaqlar. Bu səbəbdən İddiaçı iddia ərizəsində X2 və Cavabdeh3 cavabdeh kimi göstərmişdir. İddiaçı 30.000 ABŞ dollarını cavabdehlər X3 və Cavabdeh3 borc kimi verməmişdir. Cavabdehlər X4 və Cavabdeh3 digər Cavabdeh2 borc aldığı 30.000 ABŞ dollarının qaytarılması üçün İddiaçı qarşısında hər hansı bir şifahi və yazılı öhdəlik götürməmişlər, bu barədə tərəflərin arasında müqavilə yoxdur. İddiaçı Cavabdeh2 30.000 ABŞ dolları borc pul verməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə və ya sadə yazılı formada tərtib edilmiş yazılı sənəd yoxdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli səs yazısında Rauf ona məxsus olan avtomobilin satılması ilə borcun ödəniləcəyi bildirmişdir. İddiaçı Cavabdeh2 Almaniyadan Bakıya hava yolları vasitəsilə gəlib-getmək xərclərini qarşılamağa etiraz etmir. Lakin Cavabdeh2 Bakıya gələrək məhkəməyə təqdim edilmiş səs yazısının ona məxsus olub-olmadığın yoxlanması üçün ekspertizanın keçirilməsində iştirak etməkdən yayınır. Hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh2 nümayəndəsi və vəkili cavabdehin iştirakının təmin edilməsi üçün məhkəməyə ərizə vermiş, lakin hazırda həmin ərizənin arxasında durmur. Cavabdehin nümayəndəsi və vəkili özü cavabdehlə müzakirə edərək həmin ərizəni vermiş, o, öz növbəsində iddiaçı ilə məsləhətləşərək iddiaçı yol xərclərini qarşılayacağını bildirir. Hazırda isə cavabdehin nümayəndəsi və vəkili ərizəni yerinə yetirmir, ərizə ilə bağlı bir fikrinin olmadığını bildirir və yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Odur ki, iddia tələbi ilə bağlı bu günədək verdikləri bütün izahatları, xüsusən sonuncu məhkəmə iclasında verdiyi izahatını təsdiq edir və təqdim edilmiş səs-yazıları və yazışmalar daxil bütün sübutların tədqiq olunaraq, İddiaçı borc kimi verdiyi 30.000 ABŞ dolları puldan ödənilməmiş qalan 20.000 ABŞ dolları pulun, ödədiyi 192 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarmağınızı xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 İddiaçı ümumi tanışları vasitəsilə tanımışdır, onların arasında dostluq münasibəti yoxdur. Cavabdeh2 2019-cu ildə “X6” MMC-nin direktoru olub. Cavabdeh2 2019-cu ildə İddiaçı borc pul istəməyib və 30.000 ABŞ dolları borc almayıb. Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh X4 vasitəsilə 5.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 vasitəsilə 5.000 ABŞ dollarını pul qaytarmayıb. Cavabdeh2 İddiaçı 30.000 ABŞ dolları borc almasına dair məhkəməyə hər hansı bir yazılı sənəd təqdim edilməyib. İddiaçı ilə cavabdeh arasında borcla bağlı hər hansı whatsapp yazışması olmayıb və bu barədə cavabdeh iddiaçıya səs yazısı göndərməyib. O, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi səs yazısını whatsapp vasitəsilə Cavabdeh2 göndərmişdir. Cavabdeh2 həmin səs yazısını dinləmiş və ona bildirmişdir ki, qeyd olunan səs yazısı ona məxsus deyildir. Cavabdeh2 məxsus olan “X6” MMC şirkəti hazırda fəaliyyətini dayandırıb, əvvəllər isə ət satışı ilə məşğul olmuşdur. Cavabdeh2 İddiaçı ümumiyyətlə borc istəməyib və almayıb, ona 10.000 ABŞ dolları pul qaytarmayıb, İddiaçı 20.000 ABŞ dolları borcu yoxdur. Cavabdeh2 borcu cavabdehlər X4 və Cavabdeh3 vasitəsilə qaytaracağına dair İddiaçı hər hansı bir vəd verməmişdir. Whatsapp yazışmalarında göstərilən profil Cavabdeh2 aid deyildir. Cavabdeh2 hazırda daimi olaraq Almaniyada yaşayır. Cavabdeh2 Almaniyadan Azərbaycan gəlib-qayıtma xərcləri iddiaçı tərəfindən qarşılanacağı təqdirdə Cavabdeh2 məhkəmə iclasında iştirak edə biləcəyinə dair xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında ərizə versə də, hazırda qeyd edir ki, səs yazısının kimə məxsus olması, harada nə vaxt yazılması, hansı proqram təminatı əsasında yazılması məlum deyildir, bu səs yazısının neçənci ildə yazılması ekspertiza keçirilməklə müəyyən edildikdən sonra, Cavabdeh2 məhkəməyə gələ bilər və ekspertizanın keçirilməsində iştirak edə bilər. Çünki, Cavabdeh2 Almaniyadan Azərbaycana gələn zaman orada olan müqavilələrinin icrasını yerinə yetirə bilməyəcəkdir. Bu zaman ona böyük məbləğdə zərər dəyəcəkdir. Cavabdehin Almaniyada itirəcəyi məbləğ iddia tələbindən artıq məbləğdə ola bilər. Odur ki, işə mahiyyəti üzrə baxılması və tamamlanmasını xahiş edir. Tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyildir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı Rauf oğlundan 30.000 ABŞ dolları borc pul almamışdır. İddiaçı Rauf oğlunun Cavabdeh2 30.000 ABŞ dolları borc verməsinin şahidi olmamışdır. İddiaçının qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tapşırığı ilə iddiaçıya 5.000 ABŞ dolları pul qaytarmamışdır. O, İddiaçı Rauf oğlunun qeyd etdiyi kimi Cavabdeh2 borc verdiyi 30.000 ABŞ dolarının qaytarılması üçün İddiaçı Rauf oğlunun qarşısında şifahi və ya yazılı öhdəlik götürməmişdir. O, Cavabdeh2 rəhbəri olduğu “X6” MMC-də mühasib işləmişdir. “X6” MMC şirkətinin 2019-cu ildə hər hansı maliyyə ehtiyacı olmamışdır. “X6” MMC də İddiaçı Rauf oğlundan 30.000 ABŞ dolları borc almamışdır və bu barədə hər hansı bir müqavilə bağlanmamışdır. “X6” MMC-nin 2 nəfər təsisçisi var idi, biri Cavabdeh2, digəri isə Ukrayna vətəndaşı olub. Əgər şirkətin maddi vəsaitə ehtiyacı olsaydı digər təsisçi maddi dəstək göstərərdi. O, İddiaçı Rauf oğlunu tanımır, ondan borc pul almamışdır və Cavabdeh2 əvəzindən borc qaytamaq öhdəliyi götürməmişdir. O, əvvəlki məhkəmə iclasından sonra Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 telefonu ilə Cavabdeh2 ilə danışmışdır. Rauf ona bildirmişdir ki, o, onun adını İddiaçı verməmiş və onun əvəzində hər hansı bir borc qaytarmalı olması bildirməmişdir. Bir daha qeyd edir ki, onun İddiaçılə Cavabdeh2 dostluq münasibətlərindən və aralarında borc münasibətinin olmasında məlumatı yoxdur. Cavabdeh2 onun işlədiyi şirkətin direktoru olmuş, İddiaçı isə tanımır. İddiaçı onu hansı səbəbdən məhkəməyə verdiyini bilmir. Məhkəmə iclasında səsləndirilən səs yazısı Cavabdeh2 səsinə oxşamır. Hesab edir ki, ona qarşı sürülən iddia tələbi əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddia tələbində 2019-cu ilin sentyabr ayında İddiaçı Cavabdeh2 öz şəxsi vəsaiti hesabına 30.000 ABŞ dolları borc pul verliyi, Cavabdeh2 aldığı 30.000 ABŞ dollarından 5.000 ABŞ dollarını cavabdeh X4 vasitəsilə xx.xx.2020-ci il tarixdə, 5.000 ABŞ dollarını isə digər Cavabdeh3 vasitəsilə xx.xx.2020-ci il tarixdə İddiaçı qaytardığı, Cavabdeh2 qalan 20.000 ABŞ dolları isə hazırkı vaxta kimi müxtəlif bəhanələrlə İddiaçı qaytarmaqdan imtina etdiyi iddia edilir. Eyni zamanda, Cavabdeh2 İddiaçı ilə danışan zaman digər cavabdehlər X4 və Cavabdeh3 Cavabdeh2 məxsus olan “X6” MMC-nin kassasından pulu götürüb ona olan borcu qaytaracaqları bildirilir. Bu səbəbdən İddiaçı iddia ərizəsində X2 və Cavabdeh3 cavabdeh kimi göstərdiyini qeyd edir. İddiaçı 30.000 ABŞ dollarını cavabdehlər X3 və Cavabdeh3 borc kimi vermədiyini, cavabdehlər X4 və Cavabdeh3 digər Cavabdeh2 borc aldığı 30.000 ABŞ dollarının qaytarılması üçün İddiaçı qarşısında hər hansı bir şifahi və yazılı öhdəlik götürmədiyini qeyd edir. Bu barədə tərəflərin arasında müqavilə yoxdur. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı Cavabdeh2 30.000 ABŞ dolları borc pul verməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə və ya sadə yazılı formada tərtib edilmiş yazılı sənəd yoxdur. O, cümlədən Cavabdeh2 aldığı 30.000 ABŞ dollarından 5.000 ABŞ dollarını cavabdeh X4 vasitəsilə xx.xx.2020-ci il tarixdə, 5.000 ABŞ dollarını isə digər Cavabdeh3 vasitəsilə xx.xx.2020-ci il tarixdə İddiaçı qaytarmasını, Cavabdeh2 İddiaçı 20.000 ABŞ dolları borcu qalmasını, cavabdehlər X1 və Cavabdeh3 İddiaçı 20.000 ABŞ dolları qaytaracaqlarına dair öhdəlik götürmələrini təsdiq edən notarial qaydada təsdiq edilmiş müqavilə və ya tərəflərin imzası olan sadə yazılı formada tərtib edilmiş hər hansı yazılı sənəd mövcud deyildir. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2019-cu ilin sentyabr ayında yarandığına görə, 30.000 ABŞ dolları borcun verilməsinə dair tərəflər arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq borc müqaviləsi yazılı formada bağlanmalı idi. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlar, yəni İddiaçı iddia etdiyi kimi Cavabdeh2 ilə İddiaçı arasında olan WhatsApp yazışmaları və Cavabdeh2 məxsus olduğu iddia edilən səs yazıları, Cavabdeh2 İddiaçı 20.000 ABŞ dolları borcu qalmasını təsdiq edən mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının Cavabdeh2 30.000 ABŞ dolları borc pul verməsini, həmin puldan 10.000 ABŞ dollarının digər cavabdehlər vasitəsilə iddiaçıya qaytarılmasını və 20.000 ABŞ dolları borcun qalmasını təsdiq edən yazılı sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 səs yazısının və WhatsApp yazışmalarının Cavabdeh2 aid olmadığını bildirir və Cavabdeh2 məhkəməyə gəlmədiyinə görə həmin səs yazısının ona aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə fonoskopik ekspertizasının keçirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı müqavilələr və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı “borc kimi verdiyi 20.000 ABŞ dolları pulun, ödədiyi 192 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 192 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-522/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-522/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver