Məhkəmə qərarları › İş №e-2(004)-5224/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5224/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5224/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus **-QC-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilə dəymiş zərərin 5830 (beş min səkkiz yüz otuz) manat hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 79 manat dövlət rüsumunun "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus **-QC-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə işıqforun yaşıl işiğında hərəkət etdiyi zaman, saat 00:15 dəqiqədə işıqforun qırmızı işığın olmasına baxmayaraq adları çəkilən küçələrin kəsişməsindən keçən, Cavabdeh1 məxsus olmaqla, həmin vaxt Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “BYD Destroyer” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin qarşı hissəsindən toqquşaraq, həmin hissəni yararsız vəziyyətə salmışdır. Bundan sonra hadisə yerinə DYP-nin əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər. Bununla da, “BYD Destroyer” markalı, 77-NO294 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı, barəsində Bakı DYPİ-nin YNH üzrə baş inspektoru polis mayoru İlkin Cəbrayılov tərəfindən İXP ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, ardınca isə eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Xalq Sığortanın xx.xx.2025-ci il tarixli Qiymətləndirmə aktına əsasən, ona məxsus **-QC-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilə 10830 (on min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Xalq Sığorta tərəfindən PXA199975 nömrəli sığorta aktı tərtib olunmuş və ona 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. Lakin Xalq sığorta tərəfindən qeyd edilən miqdarda ödəniş edilmiş olsa da, qalıq 5830 (beş min səkkiz yüz otuz) manat ziyan məbləğinin ödənilməsi isə təmin edilməmişdir. Odur ki, məhkəmədə iddia qaldıraraq cavabdehlərdən həmin pulun tutulmasını tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, cavabbeh "xxxx" ASC-yə münasibətdə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. xx.xx.2025-ci il tarixdə, saat 00:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh2 idarə etdiyi “BYD destroyer” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı idarə etdiyi “Kia Sorento” markalı **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “BYD destroyer” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Bakı şəhər DYPİnin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Hüseynov X1 Xətalar Məcəlləsinin, 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Kia Sorento” markalı **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.830 manat zərər dəymişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına 5.000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Tərəflərin dəlilləri, istinad etdikləri maddi hüquq normaları cavabdeh "xxxx" ASC-nin mövqeyi: sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği müvafiq sığorta məbləğini aşdığından, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına 5.000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Bu məbləğ qanunvericiliklə sığorta hadisəsi üzrə müəyyən olunmuş sığorta məbləğini son həddini təşkil edir. Sığorta hadisəsi nəticəsində əmlaka dəymiş ziyan mülki hüquq pozuntusu (delikt) hesab edildiyindən, iddiaçı dəymiş ziyanın yerdə qalan hissəsini digər cavabdehlərdən tələb etməlidir. Beləliklə, cavabdeh "xxxx" ASC qanunla üzərinə düşən sığorta öhdəliyini tam şəkildə yerinə yetirmiş və bundan artıq məbləğin iddiaçıya ödənilməsi əsassız və qanunsuzdur. Göründüyü kimi, sığortalının iddiaçıya zərər vurmaqla onun qarşısında mülki vəzifəsinin (zərərin əvəzinin ödənilməsi vəzifəsinin) yaranması fakt kimi bu zərərin sığortaçı tərəfindən hansı həcmdə ödənilməsi məsələsi “İcbari Sığortalar haqqında” Qanunun “zərərin əvəzinin ödənilməsi” adlanan 10-cu və 56-cı maddələrin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, "xxxx" ASC-yə münasibətdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qəza baş verən zaman o, ölkədə olmamışdır. Maşını etibarnamə əsasında başqa şəxs idarə edib. Ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobili idarə edən şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Avtomobil etibarnamə əsasında idarə edilmiş və etibarnamə həmin vaxt qüvvədə olmuşdur. Avtomobil halhazırda ondadır. Qeyd edilənlərə əsasən, iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh və bankın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq digər cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2018-ci il buraxılışlı, **- QC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2025-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-nin inspektoru İ.Cəbrayılov tərəfindən tərtib olunmuş arayışa əsasən xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhər ərazisində Cavabdeh2 idarə etdiyi “BYD destroyer” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahatı alınmalı olan İddiaçı idarə etdiyi “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə yazılı izahat verməsini təklif edildikdə o, bununla bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir. - Bakı şəhər BPİ-nin DYPİ-nin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində xx.xx.2025ci il tarixdə saat 00:15 radələrində “BYD destroyer” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. - Bakı şəhər BPİ-nin DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 10830 manat təşkil edir. - Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışa əsasən xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin hadisənin iştirakçıları Cavabdeh2 idarə etdiyi “BYD destroyer” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi, digər iştirakçısı İddiaçı idarə etdiyi “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi yarasız vəziyyətə düşmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh2 olan “BYD destroyer” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 AR İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Xalq Sığorta” ASC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 10830 manat qiymətləndirmişdir. Sığorta Şirkəti tərəfindən icbari sığorta müqaviləsinə əsasən 5000 manat iddiaçıya ödənilmişdir. İddiaçı hal-hazırda ona məxsus **-QC-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilə dəymiş zərərin 5830 (beş min səkkiz yüz otuz) manat hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 79 manat dövlət rüsumunun "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC iddia tələbinə etiraz edirlər. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Cavabdeh2 dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman Cavabdeh2 idarə etdiyi avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bundan başqa digər cavabdeh "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, icbari sığorta müqaviləsinə əsasən müəyyən olunmuş son sığort məbləği həddində- 5000 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş zərərin cavabdehlər mülkiyyətçi Cavabdeh1 və sığorta şirkəti "xxxx" ASC hissəsində əsaslı olmadığından təmin edilməməli, Cavabdeh2 tutulmalıdır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası haqqında Qanununun 10.1.-ci maddəsinə əsasən, Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 10.3-cü maddəsinə əsasən, hər bir icbari sığorta növü üzrə sığorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur. 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Tutulmalı məbləğə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Kia Sorento” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 10830 manat müəyyən olunduğundan, 10830- 5000 sığorta ödənişi çıxılmaqla qalıq 5830 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 5830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 79 (yetmiş doqquz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 5830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 79 (yetmiş doqquz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar