Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5248/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 620/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-620/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında xx.xx.2012-ci il tarixdə Şəki Şəhər VVADQ şöbəsində bağlanmış 71 nömrəli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2013-cüi il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində qalmaları və onların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir və icra olunmaqdadır. Hazırda aldığı aliment uşaqların zəruri ehtiyaclarının ödənilməsinə kifayət etmir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh ona hər ay 308 manat məbləğində aliment ödəyir. Bu cüzi aliment pulu uşaqların ərzaq, geyim və digər xərclərini ödəmir. Aldığı alimentlə uşaqları saxlamağı mümkün deyildir. Maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh isə hər cür maddi imkanı olsa da, ona alimentdən başqa heç bir maddi yardım etmir. Uşaqlarımın böyüməsi və saxlanılması üçün zəruri olan malların qiymətlərinin artması ilə bağlı aylıq xərcləri də artmışdır. Cavabdehə rəsmi təkliflə müraciət edərək alimentin miqdarının artırılması ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət edərək razılaşmaqla saziş bağlamağı təklif etmiş, aralarında ümumi razılığa gələ bilməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin ediməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, hər iki uşağın saxlanması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Ödənilməyən alimentə görə 5000 manata yaxın borcu yığılmışdır. Hazırda işsizdir, işsizliyi ilə bağlı məşğulluq orqanında qeydiyyatdan keçmişdir və həmin arayışı məhkəməyə təqdim edir. Uşaqlarının saxlanması üçün maddi imkanı çatdığı qədər köməklik edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-620/2018 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemindən xx.xx.2022-ci il tarixli məşğulluq haqında arayışdan görünür ki, Cavabdeh Oğuz rayon Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdan keçmişdir. “İlkin mediasıya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşağın saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməli, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5248/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5248/2022
22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver