Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5250/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hər ay qazanacının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon məhkəməsinin 2(011- 704/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İrada (İradə) Dzhafarova (Cəfərova) ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində 314 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X1 Dzhafarovanın himayəsində saxlanılması eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçının maaşı yüksəkdir və cavabdeh uşağın saxlanılması üçün hər ay 800 manatdan artıq aliment alır. Lakin cavabdeh aldığı alimentin hamısını uşağın saxlanılması üçün xərcləmir. O, alimentin çox hissəsini öz valideynlərinin saxlanılmasına xərcləyir. Belə ki, cavabdeh və onun hər iki valideyni Ukrayna vətəndaşıdır. Onların heç birinin burada rəsmi iş yeri yoxdur, hər hansı biznes fəaliyyəti ilə məşğul deyillər. Azərbaycana gələrkən özləri ilə də kifayət qədər pul gətirməyiblər ki, həmin pulla öz tələbatlarını təmin etmiş olsunlar. Cavabdeh də, onun valideynləri də iddiaçının ödədiyi aliment hesabına dolanırlar. İddiaçı onun ödədiyi alimentin hamısı uşağın təmin edilməsi üçün xərclənmədiyi səbəbindən alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini məqsədəuyğun hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, X5 “Şən Uşaqlar” İnkişaf Mərkəzində məktəbdən sonra hazırlıq məşğələlərində iştirak edir və buna görə də aylıq 350 manat məbləğində təhsil haqqı ödəyir. Bundan əlavə o, üzgüçülük dərsi məşğələlərində iştirak edir və aylıq 200 manat məbləğində təhsil haqqı ödəyir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-704/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı İrada (İradə) Dzhafarova (Cəfərova) ilə cavabdeh İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 314 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 Dzhafarovanın himayəsində saxlanılması, eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. My.gov.az internet portalından əldə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı Baxşəliyev "xxxx" ASC-də İT Təhlükəsizlik şöbəsi üzrə menecer vəzifəsində işləyir, aylıq əmək haqqısı 3984 manat təşkil edir. “Şən Uşaqlar” İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 “Şən Uşaqlar” İnkişaf Mərkəzində məktəbdən sonra hazırlıq məşğələlərində iştirak edir və buna görə də aylıq 350 manat məbləğində təhsil haqqı ödəyir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 "xxxx" MMC mərkəzində üzgüçülük dərsi məşğələlərində iştirak edir və aylıq 200 manat məbləğində təhsil haqqı ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plemunun xx.xx.2016-cı il tarixli qərarına əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan övladlarının yetkinlik yaşına çatanadək onun adına bank hesabının açılması və ödənilən alimentin 50 faizinin həmin bank hesabına köçürülməsi uşağın mənafeyi nəzərə alınmaqla məqsədəmüvafiq hesab olunmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanılması üçün İddiaçı onun qazancının dörddə bir hissəsi qədər tutulan alimentin 50 faizi miqdarında olmaqla Cəfərov Mikayıl oğlunun adına açılacaq bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasın ailə məcəlləsinin 19.2-ci, 20.1ci, 20.2-ci, 22-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 50 faiz məbləği Cəfərov Mikayıl oğlunun adına açılmış bank hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5250/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5250/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver