Məhkəmə qərarları › İş №e-2(004)-5269/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5269/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5269/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlaka dair pay hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlaka dair pay hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən 21 mərtəbəli “A” binası, 11-ci mərtəbə, 73 saylı mənzil və həmin binada yerləşən 2 qarajın üzərində 2/3 pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən 21 mərtəbəli "A” binası, 11-ci mərtəbə, 73 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksində 1 ədəd qaraja və həmin ünvanda yerləşən 4 kv.m-dən ibarət olan qaraj sahəsinə pay hüququnun tam olaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Yasamal rayon məhkəməsi tərəfindən nikahları pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr. 74 ünvanında yerləşən 21 mərtəbəli “A” binası 11-ci mərtəbə mənzil 73-də yerləşən mənzili və həmin binada yerləşən 2 qarajı almışdırlar. Hazırda sözügedən əmlaklar Cavabdeh mülkiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmş hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini tam qəbul etməsinə dair məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul edir. Qeyd etmək istəyir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “A” binası 11-ci mərtəbə, mənzil 73-də yerləşən 144,68 m2 sahəsi olan mənzilin, həmçinin həmin binanın altında yerləşən yeraltı qarajda 1 ədəd qaraj yeri və 4 m2 sahəsi olan qaraj sahəsinə öz payından imtina edərək İddiaçı mülkiyyətinə tam verilməsinə razıdır və bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. Ona görə də, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin bu nikahdan 2 övladları anadan olmuşdur. Tərəflərin nikahı Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1.11.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin, onlara əlavə edilmiş maliyyə arayışlarının surətindən görünür ki, tərəflərin birgə nikahları dövründə Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən 21 mərtəbəli "A” binası, 11-ci mərtəbə, 73 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksində 1 ədəd qaraja və həmin ünvanda yerləşən 4 kv.m-dən ibarət olan qaraj sahəsi cavabdehin adına əldə edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazışı əsasında bölünə bilər.Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi qanuna zidd olmadığına, və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, məhkəmə tərəfindən qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən 21 mərtəbəli "A” binası, 11-ci mərtəbə, 73 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti, 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksində 1 ədəd qaraja və həmin ünvanda yerləşən 4 kv.m-dən ibarət olan qaraj sahəsinə pay hüququ tam olaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar