Məhkəmə qərarları › İş №e-2(004)-527/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-527/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-527/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTKya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE saylı kredit müqaviləsi üzrə 91520,99 manat əsas borc, 9668,35 manat faiz borcu olmaqla, cəmi 101189,34 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, 392,99 manat dövlət rüsumunun tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 saylı mənzilə yönəldilərək, açıq hərracdan satılması, əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddia tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 91520,99 manat, faiz borcu üzrə 15403,66 manat olmaqla, cəmi 106924,65 manat borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulması, 53-xxxx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan 28 12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və ədə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlakdan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC- yə ödənilməsi və ödənilmiş 396,92 manat dövlət rüsumu və 0,99 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məlum olduğu kimi "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit kredit müqaviləsinə əsasən cavabdehə 221 ay müddətinə, 8 faiz dərəcəsi ilə 102636 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME- FE saylı zaminlik müqavilələri imzalanmışdır. 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Yuxarıda adı çəkilən 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 91520,99 manat, faiz borcu üzrə 9668,35 manat olmaqla, cəmi 101189,34 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 392,4 manat dövlət rüsumu və 0,59 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə xx.xx.2022-ci il tarixində 22-9470/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 53-xx-xx- 2017-ME-FE saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən "xxxx" ASC borcalan Cavabdeh1 ilə bağlanmış 05 sentyabr 2017-ci il tarixli 001300 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 102636 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 MTK arasında 05 sentyabr 2017-ci il tarixli 53-xx-xx-2017-ME-FE saylı zaminlik müqavilələrindən görünür ki, borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 əvəzinə X1 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyana məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 46,45 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE saylı kredit müqaviləsi üzrə borcu əsas borc 91520,99 manat, faiz borcu 9668,35 manat olmaqla, cəmi 101189,34 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(004)-6292/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, 4 saylı mənzilni bazar dəyəri 145000 manat və likvid dəyəri 130000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, 4 saylı mənzilni bazar dəyəri 145000 manat və likvid dəyəri 130000 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması” hissəsi də təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin əmlakdan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan "xxxx" ASCnin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 91520,99 manat, faiz borcu üzrə 15403,66 manat olmaqla, cəmi 106924,65 (yüz altı min doqquz yüz iyirmi dörd manat 65 qəpik) manat borc məbləği və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45(qırx altı manat 45 qəpik) manat dövlət rüsumu və xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulsun. 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan 28 12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzilinə yönəldilərək ilkin satış (likvid) qiyməti 130000 (yuz otuz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutulsun. Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdeh mənzildən çıxarılsın və mənzil boşadılsın. İddia tərəfindən ödənilmiş 396,92 manat dövlət rüsumu və 0,99 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 200 (əlli) manat məbləğində pul cavabdehlərdən tutularaq, Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi xidmətinin Kod 20093, VÖEN **********, müxbir hesab AZ37NABZ******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar