Məhkəmə qərarları › İş №e-2(004)-5273/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5273/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5273/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qaimə-fakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20.155 (iyirmi min yüz əlli beş) manat borcun və 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi sahibkarlıqla məşqul olurdu və ASC-nin anbarından qaimə-fakturalara əsasən ədəd “Çinar-7MS” markalı, məişət soyuducularını alaraq dəyərini ödəməyi üzərinə götürmüşdür. Bir müddət üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul etdiyi soyuducuların dəyərinin bir hissəsini ödəsə də, 12 aprel 2022-ci il tarixə 20.155 (iyirmi min yüz əlli beş) manat qalıq borcu yaranmışdır. Bu barədə 12 aprel 2022-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada pretenziya göndərilərək 10 gün müddətində borcunun ödənilməsi xahiş edilmiş, lakin o, borcu könüllü ödəməmişdir. Borcu ödəmədiyinə görə Bakı şəhəri Nərimanov RPİ-nə şikayət edilmiş və İstintaq şöbəsinin araşdırma apararaq Cavabdeh izahat alınmış və o, izahatında göstərmişdir ki, dəfələrlə zavoddan soyuducular götürərək yerlərdə ki, dukanlara vermiş və qarşılığında zavoda soyuducuların pulunu ödəməmişdir. Onun tərəfindən həqiqətən də, 19.000 manat dəyərində mallar götürsə də, lakin verdiyi soyuducuların pullarını həmin şəxslər pulunu geri qaytarmamışdır. Göründüyü kimi istintaqda araşdırma zamanı cavabdeh ASC-yə borcu olduğunu etiraf etmişdir və ona görədə 17 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququmuzun olması izah edilmişdir. Bundan sonra Mediyasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh çağrışa gəlmədiyinə görə onun əvəzinə də rüsum ödənilmiş və Mediyasiya Şurası bu barədə arayış vermişdir. Cavabdeh ASC-dən aldığı malın dəyərini müəyyən bəhanələrlə ödəmədiyinə görə ondan 20.155 (iyirmi min yüz əlli beş) manat tutularaq ASC-nin hesabına ödənilməlidir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 qarşı pul tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavadeh müəssisədə o əmək müqaviləsinə əsasən Texniki Təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışmışdır. Cavabdehin mallarının satılmasına və həmin malların pulunun ona ödənilməsinə dair hər hansı müqavilə öhdəliyi yoxdur. Əgər belə öhdəliyi olsaydı belə iddiaçı ona qarşı çoxdan iddia qaldırmalı idi. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş anbardan malın götürülməsinə dair qaimələrin tarixi (bəzilərində ümumiyyətlə onun imzası yoxdur) 2014, 2018, 2019-cu illərə təsadüf edir. İddiaçı tərəf malları satarkən mağaza sahibləri ilə alqı-satqı müqavilələri bağlayırdı və borcu olan şəxslərə qarşı hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət edib. Əgər onun həmin tarixdən cavabehə borcu var idisə o zaman niyə görə bu günə qədər məhkəmədə iddia qaldırmayıb? Qanunvericiliyin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Cavabdeh "xxxx" ASC-də çalışmış və ASC-nin anbarından qaimə-fakturalara əsasən “Çinar-7MS” markalı, məişət soyuducularını alaraq dəyərini ödəməyi üzərinə götürmüşdür. Bir müddət üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul etdiyi soyuducuların dəyərinin bir hissəsini ödəsə də, 12 aprel 2022-ci il tarixə 20.155 (iyirmi min yüz əlli beş) manat qalıq borcu yaranmışdır. Bu barədə 12 aprel 2022-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada pretenziya göndərilərək 10 gün müddətində borcunun ödənilməsi xahiş edilmiş, lakin o, borcu könüllü ödəməmişdir. Bildirmişdir ki, onlar həm dükanlarla satış həyata keçirir, həmdə öz işçilərini müraciəti əsasında onlarada soyuducuların satışının hətaya keçirilməsinə şərait yaradırlar. Yəni işçi onlardan soyuducuları satış üçün alır və onlar satıldıqda pullarını zavoda ödəyirlər. "xxxx" ASC ilə işçi arasında hər hansı bir alqı-satqı müqaviləsi bağlanmır. Onlara yalnız mallar qaimə əsasında verilir. Bundan başqa cavabdeh özü qaimədə xx.xx.2019-cu il tarixdə zavodun xəzinəsinə 42.570 manat borcu olduğunu qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Cavabdeh özü rəsmi ərizə ilə zavodun rəhbərinə müraciət edərək satış təşkil etmək üçün müxtəlif vaxtlarda müəyyən miqdarda soyuducuların verilməsini xahiş etmişdir. Daha sonra cavabdeh zavoddan aldığı malların pulunu qaytara bilmədiyi üçün onlar Nərimanov Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 17 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardadın da Cavabdeh izahatında bildirmişdir ki, 2010-cu ildən etibarən "xxxx" ASC-də texniki təhlükəsizlik şöbəsində mühəndis vəzifəsində işləmişdir. Tərəfindən rəsmi sənəd əsasında dəfələrlə zavodan soyuducular götürülərək yerlərdə ki, dükanlara verilmiş və qarşılığında zavoda soyuducuların pulları ödənilmişdir. Onun tərəfindən həqiqətəndə 19000 manat dəyərində mallar götürülsə də verdiyi soyuducuların pullarını həmin şəxslər geri qaytarmamışdır. O pullar zavodun pullarıdır. Həmin mallar satıldıqdan sonra zavodun işçilərinin əmək haqqları və zavodun ehtiyacları üçün xərclənir. Cavabdehin zavodan götürdüyü malları kimə verməsi barədə onlarda heç bir məlumat yoxdur. Onlar üçüncü şəxslərdən gedib pul tələb edə bilməzlər. Çünki həmin adamlarla zavod arasında heç bir müqavilə bağlanmamışdır. Bundan başqa onlar bilmirlər cavabdeh malları aparıb kimlərə verib, onlardan pulları alıbalmayıb, bəlkə də alıb gətirib zavoda ödəməmişdir. Bununla bağlı onlarda heç bir məlumat yoxdur. Bundan başqa cavabdehlə maddi məsul şıxs qismində müqavilə bağlanılmış və o, ona təhfil verilmiş mallara görə məsuliyyət daşıyır. Bundna başqa həmin müqavilə icra olunanadək qüvvədədir və cavabdeh artıq "xxxx" ASC-də işləməsə də, vurulmuş ziyana görə məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, zavodun istənilən işçisi ilə malların satışını rəsmi qayada da həyata keçirirlər. Mallar daxili qaimə əsasında verilir. Polisə müraciət olunduqdan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədiyini bildirdi və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi borclar problemli borclardır və onlar 2013-cü ildən bu günə qalan borclardır. Həmin borclulardan biri Ağdaş rayon sakini İlqar Məmmədovdur ki, bununla bağlı Ağdaş rayon prokrorluğuna və Ağdaş rayon polis şöbəsinə iddiaçı tərəfindən şikayət ərizəsi ilə müraciət olunmuşdur. İlqar Məmmədovla "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İlqarın 118.400 manat zavoda borcu vardır. Dövlət orqanlarına şikayətdən sonra İlqar borcunun bir qisimini ödəmişdir. Onun hazırda 11020 manat borcu vardır. Bunun kimi bir çox borclu olan şəxslər vardır. Həmin borcludan biri vəfat edib. Onlar cavabdehin borcu deyildir. O, zavodan dəfələrlə mal götürüb satmış və pulunu gətirib zavoda ödəmişdir. Sonuncu dəfə 2019-cu ildə götürdüyü malların pullarını gətirib zavoda ödəmiş və satılmayan 10000 min manatdan çox olan malları zavoda geri qaytarmışdır. O ki, qaldı onun zavoda borcu olmasına dair yazılmış qeydə, o borclar onun deyil sadəcə onlar zavodla öz aralarında belə deyirdilər ki, bu müşdərilər mənim, başqaları digərlərinindir. Pulu da, ödəyəndə al mənim borcumdan çıx və ya mənim bu qədər borcum var deye qeydlər aparırdılar. O artıq 3 ildi həmin zavoddan işdən çıxmışdır və işdən çıxanda da, rəhbərləyə illər üzrə kimin nə qədər borc qalığı olduğunu siyahı üzrə yazaraq bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Təchizat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə TT və ƏM üzrə mühəndis vəsifəsinə təyin edilmiş və və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan satıcı Bakı Çinar Soyuducuları ASC ilə alıcı X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqviləsindən görünür ki, satıcı ümumilikdə 118400 manat məbləğində soyuducuları istehsal edib alıcıya verməyi öhdəsinə götürmüşdür. X8 və V.Q.Kərimov tərəfindən imzalanmışdır. İş materiallarında olan satıcı Bakı Çinar Soyuducuları ASC ilə Cavabdeh arasında bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, tərəflər Maddi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə müqavilədə göstərilən tələblərə əməl etməklə mügavilə bağlamışlar. İşçi inzibatı idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işlərin yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən 2013-2019-cu illər arasında verilmiş təqdimatlardan görünür ki, o, Bakı Çinar Soyuducuları ASC-yə soyuducuların satışını təşkil etmək üçün müxtəlif vaxtlarda müxtəli sayda soyuducuların buraxılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2013-xx.xx.2019-cu il tarixli dövrü əhatə edən satış üzrə cədvəldən görünür ki, həmin cədvəldə Cavabdeh 14020 manat borcunun olduğu qeyd edilmişdir Həmçinin Cavabdeh tərəfindən cədvəlin aşağı hissəsində xx.xx.2019-cu il tarixdə 42570 manat borcu olması barədə qeyd aparılaraq imza edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Bakı Çinar Soyuducuları ASC-nin icraçı direktoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, ASC-nin müraciəti ilə əlaqədar polis orqanı tərəfindən H.Xələfli ilə söhbət aparıldığı və qısa zamanda pulun qalan hissəsini ödəyəcəyini bildirməsi qeyd edilmişdir. Həmçinin göstərilən məsələ mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan icraçı direktor tərəfindən İlqar Məmmədoa ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, ona 11020 manat borcunun olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Prokurorluğu tərəfindən Bakı Çinar Soyuducuları ASC-nin icraçı direktoruna ünvanlanmış məktubdan görünür ki, onun İlqar Məmmədovun ASC-dən soyuducular alması, lakin pulun bir qismini ödəməməsi ilə bağlı müraciətinə baxıldığı bildirilmiş və mürciət mülki xarakterli olması səbəbi ilə cavabdehə qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarında olan 12.042022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı Çinar Soyuducuları ASC 20155 manat borcun ödənilməsi tələbi ilə Cavabdeh məktub göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, araşdırma materiallarına əlavə olunmuş “Bakı Çinar Soyuducuları" ASC tərəfindən qaimə faktura əsasında «Çinar-7» markalı soyuducular Cavabdeh tərəfindən götürülüb nisyə şəkildə satılmış, və işdən çıxdıqı təqdirdə bu barədə ASC-nə sənədləri təqdim etmişdir. Beləliklə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsinin baş vermədiyini nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilməlidir. X3 tələbinin məhkəmə səlahiyyətlərinə aid olmasını nəzər alaraq, ona tələbi ilə əlaqədar prokurora, yuxarı prokurora və ya mülki məsələlərin həlli üzrə Nərimanov rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən toplanılmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası C PM-nin 39.1.2,-ci maddəsinin tələblərinə əsasən rədd olunmuş, X3 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin məcəllənin 199-cu maddəsi işçinin tam maddi məsuliyyətindən bəhs edir: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəllənin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X4rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və sözügedən “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işçi inzibatı idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işlərin yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Təchizat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə TT və ƏM üzrə mühəndis vəsifəsinə təyin edilmiş və və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Göründüyü kimi tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən birinin də iddia müddəti olmasını, həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixdə işdən azad edilsə də, yəni tərəflər arasında olan əmək münasibətlərinə həmin tarixdən xitam verilsə də, iddiaçıişəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar 1 il müddətində cavabdehə qarşı iddia qaldırmamış və beləliklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 228 manat dövlət rüsumu özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar