Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5295/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, iddiaçının yanında və himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər biri üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 14 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikahdan iki övladları, xx.xx.2011-ci il X8 və xx.xx.2016-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Laçın rayon məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmiş, birgə nikahlarından olan uşaqlarının iddiaçının yanında və himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay Cavabdeh qazancınının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı evdə oturub iki azyaşlı uşağına baxır. O bilmir ki, bu maddi çətinliklərlə nə etsin, bu aylarda cavabdeh heç maraqlanmayıb ki, bu uşaqlar nə yeyir, nə içir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini,ikinci dəfə ailə həyatı qurduğunu, ikinci evliliyindən olan arvadının hamilə olduğunu bildirmişdir. Eyni zamanda aylıq olaraq 800 manata yaxın gəlir əldə etdiyini və həmin gəlirin 70 faizinin iddiaçı ilə olan digər mübahisələrinə görə tutulduğunu bildirmişdir.Bu səbəbdən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(047)-129/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X11 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1910 nömrəli qeydlə bağlanmış nikahın pozulması; Tərəflərin birgə nikahından xx.xx.2011-ci il anadan olmuş X8 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra cavabdehin,yəni anası X9 yanında qalması; 08 iyun 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və eyni zamanda X6 müalicəsi üçün hər ay 30 manat əlavə xərcin tutulub X9 xeyrinə ödənilməsi qət edilmişdir.
8. Səadət Sarayı Bakı Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 557235 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, cavabdeh X10 və X3 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 469 nömrə ilə qeydiyyat aparılmışdır.
9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək Cavabdeh hesablanan əmək haqqı barədə arayışdan görünür ki, 2024-cü ilin fevral ayında 845,28 manat hesablanmış əmək haqqında 50 manat Bank of Baku” ASC-yə, 263.33 manat alimentə, 175 manat Xəlilova (Fehruzova) Aytac Natiq qızına və digər əmək haqqından tutulmalar aparılmışdır. Növbəti aylar üzrə də eyni qaydada tutulmalar aparılmışdır
10. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və 930 manat əmək haqqı alır.
11. Yasamal rayon 2 nömrəli Qadın məsləhətxanası tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən X3 14 həftəlik hamilədir.
12. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2014-cü ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir.
13. Eyni zamanda məhkəmə cavabdehin ikinci nikahından olan arvadının hamilə olmasını, əmək haqqında aparılan tutulmaların məbləğini, maddi durumunun yüksək olmadığını nəzərə alaraq, aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
14. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 470 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 470manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin əmək haqqının olmaması nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir.
15. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
16. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
19. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
21. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(047)-129/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(047)-129/2021 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Xəlil