Məhkəmə qərarları › İş №e-2(004)-5333/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5333/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5333/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli İK-329145/23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 35.779 manat əsas borc, hesablanmış 1.931,51 manat faiz borcu, 1.212,46 manat cərimə və ödənilmiş 206,77 manat dövlət rüsumu olmaqla, cəmi 39.129,74 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2023-ci il tarixli İK-329145/23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 illik 18 % olmaqla, 48 ay müddətinə 36.874 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli İK-334523/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə yaranmış 35.779 manat əsas borc, hesablanmış 1.931,51 manat faiz borcu, 1.212,46 manat cərimə olmaqla, cəmi borcu 38.922,97 manat borcu yaranmışdır. Bununla əlaqədar borcalana və zaminə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Borcalan ayda 5.127 manat əmək haqqı alsa da, kredit və ona hesablanmış faizləri ödəməkdən imtina edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və bildirdi ki, xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 illik 18 % olmaqla, 48 ay müddətinə 36.874 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin kimi onun arasında xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 onun keçmiş rəisi olmuşdur. Cavabdeh2 əmək haqqının yüksək olduğunu bildirərək, borcu tez zamanda ödəyəcəyini və ona zamin durmağı xahiş etmişdir. O, borcalanın əmək haqqının yüksək olmasını və münasibətlərinin yaxşı olmasını nəzərə alaraq ona zamin durmuşdur. Hazırda borcalan 5.000 manatdan artıq əmək haqqı almasına baxmayaraq borcu ödəməkdən yayınır. O, zamin kimi məsuliyyətini dərk edir və iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-ci il tarixli İK-329145/23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 illik 18 % olmaqla, 48 ay müddətinə 36.874 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli İK-334523/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən edilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalan Cavabdeh2 müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə kreditor İddiaçı ASC borcalan Cavabdeh2 borcu tələb etməklə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsini ləğv etmişdir. Borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 35.779 manat əsas borce, hesablanmış 1.931,51 manat faiz borcu, 1.212,46 manat cərimə olmaqla, cəmi 38.922,97 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli İK-329145/23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 35.779 manat əsas borc, hesablanmış 1.931,51 manat faiz borcu, 1.212,46 manat cərimə və ödənilmiş 206,77 manat dövlət rüsumu olmaqla, cəmi 39.129,74 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli İK-329145/23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 35.779 manat əsas borc, hesablanmış 1.931,51 manat faiz borcu, 1.212,46 manat cərimə və ödənilmiş 206,77 manat dövlət rüsumu olmaqla, cəmi 39.129,74 (otuz doqquz min yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar