Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5341/2025 15.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 220 AZN məbləğində pul vəsaiti ondan tutulub iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayında mənim tanışı olan Cavabdeh ağır maddi durumda olduğunu bildirib, ona pul verməsini xahiş etmiş və tezliklə pulu mütləq qaytaracağını vəd etmişdir. O, ona inanmış və Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsində,“Təmiz su” şirkətinin yaxınlığında ona 250 AZN məbləğində pul vermişdir. Beləliklə, biz şifahi borc müqaviləsi bağlamışdırlar. Müqavilə şərtinə görə Cavabdeh tezliklə, yəni bir neçə ay ərzində aldığı məbləği qaytarmağı öhdəsinə götürmüşdü. Sonralar,təkidli müraciətlərindən sonra Cavabdeh ona 30 AZN qaytarmışdır. Lakin, o zamandan xeyli vaxt keçməsinə baxmayaraq, Cavabdeh öhdəliyini icra etmir, ona borclu olduğu 220 AZN məbləğində pulunu qaytarmaqdan imtina edir. Məlum olur ki,Cavabdeh pny aldatmışdır, onun sadəlöhvlüyündən sui-istifadə edərək, pulu bu üsulla alıb mənimsəmişdir. Belə ki, Cavabdeh nə onun pulunu qaytarır, nə də onunla təmasa girir. Əksinə, Cavabdeh telefon zənglərinə cavab vermir, gizlənir. Beləliklə, Cavabdeh ona xeyli miqdarda ziyan vurmuşdur. xx.xx.2025-ci ildə o,Cavabdeh kağız daşıyıcısında, habelə WhatsAPP elektron tətbiqi vasitəsi ilə yazılı məktub göndərərək, məsələni mediasiya prosesi qaydasında həll etməyi təklif etmişdir. Lakin, Cavabdeh bu təklifə heç bir müsbət cavab verməyərək, onu rədd etdi. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «bu ünvanda yaşamr» qeyd ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında “WhatsAPP” elektron tətbiqi vasitəsi ilə aparılan yazışmalardan görünür ki, iddiaçı cavabdehə borc verdiyi 250 manat pul vəsaitinin hissə-hissə belə olsa qaytarmasını tələb etmişdir.Cavabdeh isə xx.xx.2025-ci il tarixdə 30 manat ödəniş edərək, ödəniş qəbzini iddiaçıya göndərmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07.2025-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Təklifə 10 gün ərzində cavab verilməsə, bu əməlin mediasiya prosesinin tətbiqindən və borcu qaytarmaqdan imtina kimi qiymətləndiriləcəyi bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış şifahi müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul qaytarmaq şərtilə borc olaraq verilmişdir. Cavabdeh borcdan 30 manat iddiaçıya qaytarmışdır. Lakin, cavabdeh tərəfindən borcun qalan hissəsi üzrə yaranmış öhdəlik icra edilməmişdir. Nəticə etibarilə, borc verən, iş üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin iddiaya etiraz verməmiş, borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 220 (iki yüz iyirmi) manat əsas borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 220 (iki yüz iyirmi ) manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5341/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5341/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver