Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-535/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, birinci tələb üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, ikinci tələb üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı "borcun tutulması" və ikinci tələb üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci tələb üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 52.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci tələb üzrə iddiaçı Cavabdeh isə xx.xx.2023-cü il tarixdə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı 31.000 ABŞ dolları məbləğində borc alması haqqında əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1292/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-1292/2023 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(004)-535/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda, yəni 2(004)-535/2023 nömrəsi ilə baxılması qərara alınmışdır. Birinci tələb üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilməklə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 21.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh krediti xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə olaraq, iddiaçı cavabdehə 31.000 ABŞ dolları məbləğində borc pul vermişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə cavabdeh öz imzası ilə təsdiq etməklə, iddiaçıdan ümumilikdə 52.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını, həmin borc məbləğini iddiaçıya qaytarmadığını etiraf etmiş və borcu qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş video-yazı və onun stenoqramından görünür ki, cavabdeh iddiaçıdan 52.000 ABŞ dolları məbləğində borc aldığını və qaytarmadığını etiraf edir. 11 may 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, cavabdeh iddiaçıya ümumilikdə 52.000 (əlli iki min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, cavabdeh 52.000 ABŞ dolları məbləğində borc pulu bir ay müddətinə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Halhazıradək borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İkinci tələb üzrə iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh və cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə onun yaşadığı evin yaxınlığında yerləşən 9 saylı notariat kontorunda kredit müqaviləsi üzrə iş ilə əlaqədar 21.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bunun müqabilində isə gördüyü iş uğurlu alınacağı təqdirdə borc götürdüyü məbləğdən başqa ona hədiyyə olaraq əlavə pul verəcəyini bildirmişdir. Lakin sonradan görəcəyi iş gözlədiyi kimi alınmadığından pulu vaxtında qaytara bilməmişdir. Bundan sonra o, İddiaçı tərəfindən hədə-qorxulara, təqiblərə və təhdidlərə məruz qalmışdır. Belə ki, İddiaçı öz qohumu və yaxın tanışı Zaur Səbziyevlə onu hədələməklə borca görə evini İddiaçı adına keçirməyi tələb etmişlər. Daha sonra notariat ofisinə gedib onu əlavə 31.000 ABŞ dolları məbləğində borcu olmasını rəsmiləşdirməyi tələb etmişlər. O, etiraz etməsinə baxmayaraq, onlar evi zorla boşaltdıracaqları barədə hədələməyə başlamışlar. Elxan yüksək şəkəri olan əsəbi bir insan olduğundan və onu çoxdan tanıdığından bilirdi ki, əsəbləşməklə onun səhhətinə ciddi xətər yetirə bilər. Ona görə də məcburiyyət qarşısında qalıb əlavə pul almasını yazmağa məcbur olmuşdur. Zaur Səbziyev isə ona 31.000 ABŞ dollarının verilməsinə şahid olmasına dair müqaviləni imzalamışdır. 2022-ci ilin yanvar ayında isə guya 31.000 ABŞ dolları da götürməyi barədə borc müqaviləsinin arxasına yenidən qeyd yazmalı olmuşdur. Çünki Elxan və Zaur yenidən evi boşaltmağı və ya notariusda evin çıxarışının onların adlarına keçirməyi tələb etmişlər. Halbuki, o, yalnız 21.000 ABŞ dolları məbləğində pulu borc olaraq notariusda təsdiqləmişdir. Bu hədələr, təhdidlər, tez-tez təkrarlandığından adətən dostlarının, qohumlarının yanında olarkən zəngləri qəbul etdiyindən onlar da ona ünvanlanan hədələrin və təhdidlərin şahidi olmuşlar. Yaxınları ona polisə müraciət etməyi məsləhət görsələr də, o, Elxanla 30 ilə yaxın dostluğu olduğunu və bu səbəbdən dözdüyünü bildirmişdir. 2022-ci ilin mart ayında Elxan yenidən borc müqaviləsinin arxasında guya 31.000 ABŞ dolları borcun da götürülməsi barədə qeyd yazmağını tələb etmişdir. Bundan bir müddət sonra Elxanla “Nizami” metrostansiyasının yaxınlığında görüşərkən bildirmişdir ki, onun yazdıqları kifayət etmir, vəkilləri onun borcun etirafı müqaviləsini də imzalamalı olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qalıb o, etiraf müqaviləsini də imzalamışdır. Çünki, ilkin borc pulun hamısını qaytara bilmədiyi üçün susmuşdur. İddiaçı nə desə təsdiq etməyə məcbur olmuşdur. Bunun digər səbəbi isə İddiaçı 70 yaşlı əsəbi bir insan olması, şəkərinin olması və həmin xəstəliklərin qəfil yüksəlməsi nəticəsində onun həyatını itirməsindən qorxmasıdır. İlkin olaraq aldığı 21.000 ABŞ dolları məbləğində pulu indiyə qədər hissə-hissə ödəməklə qaytara bilərdi, lakin İddiaçı borc pul alandan az sonra onu bu qədər yükləməsini nəzərə alaraq fikirləşmişdir ki, əgər ayda 1000 və ya 2000 manat olmaqla borcunu qaytararsa onun ümumiyyətlə borcu ödəmədiyi iddia olunardı. Bu səbəbdən borcu notarial qadada qaytarmağı düşünmüş, lakin hesab etmişdir ki, əksi olunacağı təqdirdə deyərdi. Buna görə də pulu elə notariusda qaytarmaq istəmişdir, lakin sonra düşünmüşdür ki, notariat ofisində əlavə olaraq 31.000 ABŞ dolları da üzərinə götürməyi onu məcbur edəcəklər. Bu səbəbdən mübahisə hazıradək açıq qalmışdır. Həmçinin qeyd etmişdir ki, Elxan onunla telefon yazışmasını və hətta guya 31.000 dollar almağı barədə videoçəkiliş də etdiyindən o, özünü gələcəkdə müdafiə etmək üçün məcbur qalaraq aralarında olan danışığı qeydə almışdır. Daha sonra ikinci tələb üzrə iddiaçı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh tərəfindən İddiaçı guya 31.000 ABŞ dollar məbləğində borc alınması barədə xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin, kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollar borcun alınması və xx.xx.2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, borcun etirafı barədə səs yazılarə -bütün əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci tələb üzrə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında biri notarial qaydada təsdiq edilməklə iki yazılı əqd bağlanılaraq imzalanmışdır. Qarşı tərəf həmin əqdlər üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bağlanmış əqdlər isə qanunvericiliyin tələblərinə cavab verməklə, hər hansı təzyiq altında bağlanması faktı öz təsdiqini tapmadığından təmin edilməlidir. Belə ki, guya əqdlərin təzyiq altında bağlanması faktı ilə bağlı polis orqanlarında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qarşı tərəfin buna dair mövqeyi rədd edilmişdir. Hesab edir ki, qərar qüvvədə olduğundan preyudisial xarakter daşıyır. Bununla yanaşı ilkin İddiaçı yaşlı insan olmaqla təqaüdçüdür və qarşı tərəfin iddia etdiyi kimi heç bir hakimiyyət səlahiyyəti yoxdur ki, ona təzyiq edə bilmək imkanı olsun. Odur ki, təzyiq göstərilmə ilə bağlı iddialar absurd olmaqla borcu ödəməkdən yayınma məqsədi daşıyır. Halbuki, işin faktiki hallarında göründüyü kimi, ilkin olaraq xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 21.000 ABŞ dollar borc pul almış və həmin borcunu xx.xx.2022-ci il tarixdə geri qaytaracağına dair öhdəlik götürmüşdür. Daha sonra Cavabdeh İddiaçı əvvəlki borcu qaytarmadan əlavə olaraq 31.000 ABŞ dollar pul vəsaitini vermişdir. 11 may 2022-ci il tarixdə isə tərəflər arasında ümumilikdə 52.000 ABŞ dollar mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Lakin sonuncu müqavilə notarial qaydada bağlanmamış, yalnız tərəflərin iştirakı ilə könüllü iradə ifadəsi ilə imzalanmışdır. Həmin vaxt cavabdeh tərəf borcunu tam şəkildə etiraf etmişdir. Digər müqavilənin notarial qaydada təsdiqlənməməsi isə tərəflərin sərbəst iradə ifadəsi ilə bağlı olmaqla onun hüququdur. Bununla yanaşı iddiaçının cavabdehə etimad və inamı olduğundan sonuncu müqaviləni notarial qaydada təsdiqləməmişdir. Yəni ilkin borc qaytarılmadan ona sonradan daha böyük məbləğdə pul verməsinin səbəbi uzun illər dostluğa dayanan etimaddan irəli gəlmişdir. Cavabdeh tərəf isə iddiaçının bu etimadından sui-istifadə etmişdir ki, hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdeh əməlində həmçinin dələduzluq cinayət əməlinin tərkib əlamətləri mövcuddur. Çünki cavabdeh borcu alarkən biznes üçün aldığını demişdir. Göstərilənlərlə yanaşı cavabdeh iddiaçıya hansı bizneslə məşğul olacağı barədə məlumat verməmişdir. İddiaçı borcu faizlə verməmiş və məqsədi mənfəət əldə etmək olmamışdır. Cavabdeh iddiaçıdan təkidlə köməklik etməsini xahiş etmiş, iddiaçı isə ona etimad edib, yaxın zamanda qaytarılacağına inanıb kömək məqsədilə borc vermişdir. Hətta cavabdeh iddiaçını inandırıb ki, əlavə pul verilməsə ilkin borcun qaytarılmasında çətinlik çəkəcəkdir. Ona görə sonradan əlavə pulun verilməsində iddiaçı məcbur qalmışdır. Lakin cavabdeh iddiaçıya borc müqabilində hədiyyə və ya hər hansı digər mənfəət vəd etməmişdir. Öhdəliyin icra müddəti bitməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayındığına görə, iddiaçı borcun qaytarılmasını dəfələrlə tələb etmiş və əqdlər üzrə borcun gələcəkdə yerinə yetiriləcəyinə əmin olmaq üçün iddiaçı cavabdehə müxtəlif vaxtlarda əlyazma ilə yazılı qəbzlər tərtib etdirərək imzalatmışdır. Məhkəməyə təqdim etdiyi video görüntülərlə də təsdiq edilir ki, cavabdeh əqdin mövcudluğunu etiraf edir və əqdlər bağlanarkən hər hansı təzyiq faktı olmayıbdır. Hesab edir ki, ilkin olaraq onların məhkəməyə müraciətindən sonra qarşı tərəfindən təzyiqlə bağlı polis orqanlarına şikayət ərizəsi ilə müraciəti də özüözlüyündə borc öhdəliyindən yayınmaq məqsədi daşıyır. Odur ki, göstərilənlərə əsasən birinci tələb üzrə iddianın təmin olunmasını, ikinci tələb üzrə iddianın rədd edilməsini və birinci tələb üzrə Cavabdeh əməllərində dələduzluq cinayətinin əlamətlərinin olması faktının araşdırılması məqsədilə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı birinci tələb üzrə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi və vəkilinin verdiyi izahatı təsdiq edir. Həmçinin əlavə olaraq bildirir ki, o, Cavabdehla uzun müddət AZTV-də işləmiş və dostluq münasibətləri yaranmışdır. O, Dilqəmi həcc ziyarətinə gedən şəxs olaraq dürüst insan kimi tanımış və etimad etmişdir. Hətta Dilqəm onun valideynlərinin yas mərasimində yaxından iştirak etməklə quran oxumuş, sonradan mütəmadi olaraq onun əhvalı ilə maraqlanmışdır. Bu davranışlarına görə o, özünü Dilqəm qarşısında vicdani olaraq borclu hiss etmişdir. 14 oktyabr 2021-ci il tarixdən öncə Dilqəm ona zəng edərək bildirmişdir ki, hərraca qoyulmuş milyonluq obyekt var, həmin obyekti almaq üçün 3 gün müddətində ona təcili olaraq 21 min dollar borc pul lazımdır və iş alınacağı təqdirdə həmin pulun 2 qatını ona qaytaracaqdır. O da cavab olaraq bildirmişdir ki, ona artıq pul qaytarmaq lazım deyil, əgər 3 günə qaytaracaqsa borc pul verə bilər. Borc verməyə ona görə razılaşmışdır ki, özünü Dilqəm qarşısında dostlu və etimada dayanaraq borclu hiss etmişdir. Lakin utanaraq Dilqəmə təklif etmişdir ki, hər ehtimala borcu notarial qaydada ona versin, Dilqəm də etiraz etməyərək təkliflə razılaşmışdır. Bundan sonra onlar xx.xx.2021-ci il tarixdə görüşüb 9 saylı Notariat ofisinə getmişlər. Hətta həmin dövrdə o, açıq ürək əməliyyatı keçirtdiyindən və gəzməkdə çətinlik çəkdiyindən notariusa çəliklə getmişdir. Notariusda borcun verilməsinə dair rəsmiləşdirmə işləri ilə Dilqəm özü məşğul olmuş və bank vasitəsilə 21.000 ABŞ dollar pul vəsaitini təhvil almışdır. Dilqəm ona borc müqaviləsini təqdim etdikdə borcun qaytarılma vaxtının 10 gün, yəni xx.xx.2021-ci il tarixədək müəyyən edilməsinin qeyd olunduğunu görüb bunun səbəbini ondan soruşmuşdur. Dilqəm isə onu inandıraraq bildirmişdir ki, notariusda borcun qaytarılma vaxtı minimum 10 gün müəyyən edilir, ancaq o, maksimum 5 gün və ya 1 həftə ərzində borcu qaytaracaqdır. Bundan başqa əgər borcun qaytarılması vaxtı şənbə və ya bazar gününə düşərsə razılaşdıqları kimi əvvəlki tarixə borcu qaytaracaqdır. O, Dilqəmə inanıb müqavilə bağlayaraq imzalamış, Dilqəm isə pulu götürüb getmişdir. Müqavilə üzrə borcun qaytarılması vaxtı tamam olduqda, o, pulun qaytarılmasını tələb etsə də, Dilqəm ona ortaya bir neçə problem çıxdığını bildirmişdir. Problemin yaranma səbəbinin isə onunla izah etmişdir ki, hərrac vasitəsilə obyekti almaq üçün həm Dövlət Vergi Xidmətindən, həm də prokurorluq orqanlarından xüsusi icazə sənədi almaq lazımdır, vergidən icazə alınmasına baxmayaraq prokurorluqdan mümkün olmamış, bunun üçün dostları prokurorla görüşmüş, lakin sonradan prokuror COVİD-19 xəstəsi olduğu üçün 21 gün gözləmək məcburiyyətində qalmışlar. Bundan sonra o, Dilqəmin dediyi kimi 21 gün gözləmək məcburiyyətində qalmışdır. Bir müddət keçdikdən sonra Cavabdeh ona bildirmişdir ki, işin alınması üçün əlavə olaraq 70.000 (yetmiş min) dollar pul lazımdır. Əgər həmin pulu əlavə olaraq verməsə, ilkin olaraq verdiyi 21.000 (iyirmi bir min) dollar da qalacaq, onların işi pozulacaq, həmin obyekti digər bir şəxs alacaqdır. O, Cavabdeh hərraca çıxarılan obyektin adı, ünvanı, hərracdakı lotun nömrəsi barədə məlumatları soruşmuş və ona əmlak komitəsində dostlarının olmasını bildirərək məsələnin həllində köməkliyini təkli etmiş, lakin Dilqəm obyekt barədə ona məlumat verməyib bildirmişdir ki, başqa şəxslər məlumatlı olsa iş pozula bilər. Ondan yalnız işin həlli üçün əlavə olaraq 70.000 ABŞ dollar borc tapmağını istəmişdir. Həmçinin Dilqəm təklif etmişdir ki, kim ona 70.000 dollar versə əvəzində, iki qatını yəni 140.000 dollar qaytaracaqdır. Bundan sonra o, yaxın bir imkanlı qohumunu çağıraraq, Dilqəmlə görüşdürmüşdür. Dilqəm həmin yoldaşla görüşmüş və hər şeyi izah edərək bildirmişdir ki, 70.000 dolların qarşılığında 140.000 dollar qaytaracaqdır. Sonradan qohumu ona zəng edərək Dilqəmə inanmadığını və pul verməkdən imtina etdiyini bildirmişdir. Hətta o, öz qohumundan sözünü yerə saldığı üçün incimişdir. Sonradan düşünmüşdür ki, onun evində qonşuluqda yaşayan yaşlı Səkinə xanımın ona saxlaması üçün 50.000 (əlli min) manat pul vəsaiti var. O, Səkinə xanımdan icazə almaqla sonradan qaytarmaq şərti ilə 50.000 manat pul vəsaitini, onun ekvivalenti olan 30.000 ABŞ dollar pul vəsaitini və həyat yoldaşının təqaüdü hesabına topladığı 1.000 ABŞ dollar olmaqla, cəmi 31.000 ABŞ dollar vəsaiti birdəfəyə Cavabdeh onun öz yaşadığı evin yaxınlığında vermişdir. Lakin Dilqəmə etimadı olduğu üçün həmin vəsaitin verilməsini notarial qaydada rəsmiləşdirməmişdir. O, Səkinə xanıma həmin vəsaiti 1 həftə ərzində qaytaracağını vəd etdiyindən, sonradan həmin vəsaiti ona öz hesabına ödəmişdir. Dilqəm ona bildirmişdir ki, pul məbləğindən 40.000 ABŞ dollar da çatmır. Bundan sonra o, tanışları vəsitəsilə həmin vəsaiti tapmağa çalışmış, hətta tanışı Dilqəmə həmin vəsaiti kredit şəklində verilməsini təklif etmiş, lakin Dilqəm özü razılaşmamışdır. Tanışları ilə ona Dilqəmə inanmamağı məsləhət gördüklərindən artıq Dilqəmə köməklik etmək niyyətindən çəkinmiş və ona verdiyi 52.000 ABŞ dollar vəsaitin ona geri qaytarılmasını tələb etməyə başlamışdır. Verilmiş suallara əsasən ilkin iddiaçı Cavabdeh ilkin cavabdeh tərəfindən ona 21.000 ABŞ dollar vəsait qaytarılmadığı halda, əlavə olaraq 31.000 ABŞ dolllar vəsaitini verməsinin səbəbini onunla izah etmişdir ki, Dilqəmlə əvvəldən yaranmış dostluq münasibətinə görə ona etimad etmiş, köməklik məqsədilə ona borc vermiş, Dilqəmin ona deməsinə görə əvvəlki vəsaitin geri qayıtmasını təmin etmək üçün əlavə olaraq 31.000 ABŞ dollar vəsaiti də ona vermişdir. Borc verməkdə hər hansı digər marağı olmamış, bunun müqabilində Dilqəm ona hədiyyə vəd etməmişdir. Yalnız ikinci etiraf müqaviləsi imzalanmamışdan öncə, müqavilə şərti olaraq borc vaxtında qaytarılmayacağı təqdirdə 10.000 ABŞ dollar təzminat ödənilməsi qoyulmuşdur. Dilqəm həmin şərtlə razılaşmamış, müqavilənin həmin bəndinin pozulmasını tələb etmiş və şifahi qaydada bildirmişdir ki, 52.000 ABŞ dollar borcdan əlavə ona 20.000 ABŞ dollar hədiyyə verəcəkdir. Yəni onun borc verərkən faiz almaq niyyəti olmamış və əsas məqsədi Dilqəmə köməklik etmək olmuşdur. Hətta Dilqəm təzminata dair müqavilə şərtinin çıxarılması barədə tələbini onun dindar olması və faizin dini inanca görə haram olması ilə bağlı olduğunu izah etmişdir.Bundan sonra o, həmin bəndi müqavilədən çıxarmış, Dilqəm isə könüllü olaraq borcun etirafına dair müqaviləni imzalamışdır. Cavabdeh ona bildirmişdir ki, həmin bəndin pozulması müqabilində 1 aya 10.000 dollar təzminatın əvəzində ona 20.000 ABŞ dollar əlavə olaraq qaytaracaqdır. O, ilkin tələb üzrə Cavabdeh ona borcun etirafına dair müqavilənin təzyiq altında imzalamasına dair iddiasına münasibətdə isə qeyd etmişdir ki, göstərilən iddialar həqiqəti əks etdirmir. Belə ki, borcun etirafı müqaviləsi bağlanarkən, eləcə də qəbzlər tərtib edilərkən Dilqəmlə ikisi olmuşlar. Müqavilənin tərtibatında isə ona vəkil Fərid Rzayev adlı şəxs hüquqi istiqamət verərək köməklik göstərmişdir. Lakin vəkil müqavilə bağlanıb imzalanrkən orada olmamış və müqavilənin formasını onun elektron poçtuna göndərmişdir. İlkin cavabdehin iddiasında qeyd etdiyi Zaur adlı şəxs isə Dilqəmin özünün həmyerlisi olduğundan və onların dil tapa biləcəyini düşündüyündən görüşlərin birində Zaur da iştirak etmişdir. Həmin görüşdə Zaur tərəfindən Dilqəmə təzyiq olunmamış, bunun əksinə olaraq Zaur Dilqəmə əlavə vaxt verilməsinə dair ondan razılıq almış və əvvəldən notarial qaydada bağlanmış müqavilənin sonluğuna əlyazma ilə qeydiyyat apararaq borcunu etiraf edib xx.xx.2021-ci il tarixdə qaytaracağına dair qeydiyyat aparmışdır. Zaur isə şahid olaraq həmin qeydi imzası ilə təsdiq etmişdir. Zaurla görüşləri isə 2021-ci ilin noybar ayına təsadüf etmişdir. Hətta həmin vaxt o, artıq əlavə 31.000 ABŞ dolları verməsinə baxmayaraq bununla bağlı sənəd tərtib etməmişdir. Cavabdeh sonuncu dəfə 2021-ci ilin dekabr ayında görüşən zaman ona 52 min dollar əsas borcdan əlavə olaraq, 21.000 ABŞ dollar təzminat da nəzərə alınmaqla 73.000 ABŞ dollar borcu olduğunu şifahi qaydada etiraf etmişdir. Lakin o, təzminat deyil tam borcun ona geri qaytarılmasını tələb edir. Çünki, 52.000 ABŞ dollar pul vəsaitini o, Dilqəmə əlbəəl vermişdir. Əlavə olaraq bildirir ki, mövcud borcun etirafı barədə müqavilənin 7.5-ci bəndində göstərilir ki, bu müqavilə notarial qaydada bağlanmış müqavilələr istisna olmaqla əvvəlki yazılı və şifahi öhdəlik və razılaşmalardan üstündür. Dilqəmlə görüşlərdə onun tələbi ilə könüllü şəkildə borcunu etiraf etməsinə dair qəbzlər yazmasına baxmayaraq, sonda bütün yazılı qeydlərin əvəzində bir müqavilə, yəni xx.xx.2022-ci il tarixdə onlar arasında “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmışdır. Qəbzlər tərtib edilərkən, eləcə də sonuncu müqavilə bağlanarkən Cavabdeh qarşı heç vaxt təhdid olmamışdır. O, özü açıq ürək əməliyyatı olmuş və şəkər xəstəliyindən əziyyət çəkir. Cavabdeh barəsində isə hüquq mühafizə orqanlarına şikayəti olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ikinci tələb üzrə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, birinci tələb üzrə iddianı qismən etiraf edir. Belə ki, o, hüquqlarını müdafiə etdiyi Cavabdeh əslində İddiaçı 21.000 (iyirmi bir min) ABŞ dollar məbləğində borcunun olmasını və həmin borcun tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranması qəbul edir. Lakin Cavabdeh tərəfindən əlyazma şəklində icra edilmiş borcun etirafına dair qəzbləri və xx.xx.2022-ci il tarixli müqaviləni isə qəbul etmir. Həmin sənədlər qanunsuz olaraq, yəni Cavabdeh tərəfindən hədə-qorxu və təzyiq altında imzalandığından hesab edir ki, etibarsız sayılmalıdır. Qeyd olunan fakt isə, Cavabdeh müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Həmin qərarda Cavabdeh düşdüyü ağır vəziyyəti təsvir edilmişdir. Həmçinin sübut olaraq məhkəməyə təqdim etdiyi tərəflər arasında aparılan telefon danışığına dair səs yazısında qeyd olunan özü də ona təzyiq olduğunu göstərir. Belə ki, orada deyilən sözləri Cavabdeh təkrar etdirir. Bu hal isə özlüyündə təzyiqin bir növüdür. Əsl həqiqət isə ondan ibarətdir ki, Cavabdeh tanışı İddiaçı 21.000 (iyirmi bir min) ABŞ dollar pul vəsaitini borc olaraq alır, pulu aldıqdan sonra isə iş görmək üçün başqa şəxsə verdiyindən hansısa səbəblərdən özü də həmin pul vəsaitindən məhrum olub razılaşmaya əsasən təyin edilmiş vaxtda qaytara bilməmişdir. Bu məqamda Cavabdeh ağır vəziyyətə düşmüş şəxs olduğundan İddiaçı tərəfindən tələb edilən bütün əqdləri məcburiyyət qarşısında qalaraq imzalamışdır. Ona görə də əqdlərin etibarsızlığı tələbini irəli sürərək, tələbin hüquqi əsası olaraq AR Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələrinə istinad etmişdir. Hesab edir ki, ilkin tələbin əsası yoxdur, çünki əgər bir şəxs 21.000 ABŞ dollar borc verirsə və bu puldan heç bir məbləğ qaytarılmırsa, bundan bir müddət sonra da onun təkrarən 31.000 ABŞ dollar vəsaiti verməsi mümkün deyildir. Həmçinin birinci dəfə notariat qaydada verilmiş 21.000 ABŞ dolların qayıtmadığı halda, ikinci dəfə notariat kontorundan kənar 31.000 ABŞ dolların verilməsi məntiqə sığmır. Qeyd etdiyi cinayət işinin rədd edilməsi haqqında qərarda təhqiqatçı cinayət tərkibinin olmaması qənaətinə gəlməsinə baxmayaraq, qərarın təsviri-əsaslandırıcı hissəsində Cavabdeh təzyiq göstərilməsini təsdiq etmişdir. Ona görə də qərar tərəflərindən mübahisələndirilməmiş və hazırda qanuni qüvvədədir. Həmçinin şahid ifadələri və məhkəməyə təqdim edilmiş səsyazısı ilə müəyyən edilir ki, 31.000 ABŞ dollar vəsaitin alınması hissədə ilkin tələb öz təsdiqini tapmır. Verilmiş suallara əsasən hədə-qorxu hərəkətlərinin konkret olaraq nədə ifadə olunması, hansı şəraitdə olması, kim tərəfindən edilməsi ilə bağlı bildirir ki, qarşı tərəf Cavabdeh ailəsi ilə birgə yaşadığı evini tərk etməyi və boşaldaraq ona təhvil verməyi tələb etmişdir. Bu hal isə Cavabdeh stress və ailəsində narazılıq yaranacağı ilə bağlı qorxu hissi yaratmışdır. Bu xoşagəlməz hallardan yayınmaq üçün Cavabdeh məcbur qalaraq İddiaçı tərəfindən tələb edilən kağızlara imza atmışdır. Lakin qəbul edir ki, 21.000 ABŞ dolların Cavabdeh tərəfindən alınması işin mübahisəsiz tərəfidir. Cavabdeh mövqeyi isə odur ki, o, 21.000 ABŞ dolları alandan sonra pulu qaytarmaq iqtidarında olmaması səbəbindən ona vaxt verilməsini xahiş etmiş, daha sonra isə 21.000 ABŞ dolları qaytarmaq iqtidarında olmadığına görə 31.000 ABŞ dollarla bağlı olan sənədlərə imza atmışdır. Odur ki, birinci iddia tələbinin 21.000 ABŞ dollar hissədə təmin edilməsini, 31.000 ABŞ dollar hissədə təmin olunmamasını və ikinci tələb üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ikinci tələb üzrə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, birinci iddia tələbini 21.000 ABŞ dollar hissədə qismən qəbul edir. Əlavə olaraq bildirir ki, onun yaşayış yeri üzrə qeydiyyatı Yasamal rayon ərazisi olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Hazırda işsizdir, lakin əvvəllər AZTV-də işləmiş, 2015-ci ilə qədər isə deputat köməkçisi vəzifəsində işləmişdir. Lakin mübahisə predmeti olan borcu alan zaman heç bir yerdə işləməmişdir. AZTV-də işlədiyi müddətdə İddiaçı tanımış və dostluq münasibətləri yaranmışdır. Daha sonra hərrac məsələsi olmuş, hərracdan iş görmək üçün 10 gün müddətinə qaytarmaq şərti ilə Elxandan 21.000 ABŞ dollar borc almışdır. Elxanın təkliifi ilə borcu notariat kontoruna rəsmiləşdirilməklə alınmasına razılıq vermişdir. Müqavilənin bağlandığı notariat ofisi isə onun yaşadığı edən 150 metr aralı məsafədə yerləşir. Həmin borcun müqabilində isə Elxana 3000-5000 aralığında hədiyyə vermək niyyətində olmuş və buna dair Elxana vəd vermişdir. Ona görə də tələbi bu hissədə qəbul edir. Lakin sonradan onun gözlədiyi vaxtda işi alınmadığından borcu qaytara bilməmiş və ləngidərək Elxandan vaxt udmağa çalışmışdır. Bundan sonra Elxan əsəbiləşməyə başlamış və onun yaşadığı həyətə gələrək orada hündürdən danışmağa başlamış, pulu vaxtında vermədiyini bildirmişdir. O isə qonşuların səs eşidə biləcəyini, ailə üzvlərinin də borc barədə məlumatlanaraq narahat ola biləcəyindən, həmçinin Elxanın çox hirslənməsini, bu halın isə onun səhhətinə xələl gətirə biləcəyindən ehtiyat edib Elxana bildirmişdir ki, nə deyirsə razıdır. Təki əsəbiləşməsin, çünki ona nəsə olsa onun üzərində qalar. Onun iş gördüyü şəxs isə ona bildirmişdir ki, işin alınması üçün vaxt lazımdır. Hətta Elxan onun yaşadığı evin həyətinə avtomobil ilə gəlib görüşə çağırdığı günlərin birində, qaynı da evdə olmuşdur. Həmin gün Elxanla görüşə getməzdən əvvəl fikirləşmişdir ki, yanında digər adam ola bilər və ya başqa hadisələr ola bilər. Bu səbəbdən o, öz istifadəsində olan telefon vasitəsilə qaynının istifadəsində olan mobil telefon nömrəsini yığıb açıq saxlamışdır ki, onların səsinə qulaq assın və hansısa bir hadisə olsa 102 zəng mərkəzinə zəng etsin. Çünki əvvəlki görüşlərin birində söhbət əsnasında Elxan onu və oğlunun üzərinə narkotik vasitə atıb şərləyərək tutduracağı ilə təhdid etmişdir. Hətta Elxan kağız göstərərək, kağızda şəkili olan şəxsi tanıyıbtanımadığını soruşmuş. O isə tanımadığını bildirmişdir. Kağızdakı şəkilə diqqət etdikdə isə anket məlumatlarında görmüşdür ki, “Dilqəm oğlu” qeyd edilib. Bu zaman Elxanın məqsədinin kağızdakı məlumatların guya onun oğlunun sürücülük vəsiqəsi ilə bağlı olmasına dair təssürat yaratmaq olduğunu anlamışdır. Sonradan ona məlum olmuşdur ki, Elxanın yol polisi idarəsində işləyən qohumu Zaur Səbzəliyev onun oğlunun sürücülük vəsiqəsi məlumatlarını qanunsuz olaraq əldə etmişdir. Hətta Elxan onu ailəsi, oğlu və qızı ilə bağlı təhdid etməyə başlamışdır. Eyni vaxtda qaynı telefon vasitəsi ilə danışıqlara qulaq asmışdır. Bundan bir neçə gün sonra onlar görüşmüş və Elxan Zauru da gətirmişdir. Ona isə bildirmişdir ki, onun yerlisi olduğu üçün Zauru onunla dost kimi tanış etməyə gətirir. O isə yerlisi olduğu üçün tanış olmağa etiraz etməmişdir. Həmin vaxt o, Zaurun harada işləməsini bilməmişdir. Elxan Zaurun idarə etdiyi **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. O, Zaurun onunla həmyerli olmasını öyrənib ona kömək edəcəyini düşünmüşdür. Zaur isə ona bildirmişdir ki, tanınmış adamdır və cinayət aləmi ilə əlaqəli şəxslərin adını çəkməyə başlamışdır. O isə elə adamları tanımadığını, o aləmdən uzaq insan olduğunu bildirmişdir. Zaur təkid etmişdir ki, borc kimi verilən pul qayıtmalıdır, əvllər də çoxları onlardan pul alaraq qaytarmasa da sonradan artıqlaması ilə həmin pullarını geri almışlar. Həmçinin, Zaur pul qaytarılmayacağı təqdirdə yaşadığı evi onların adına keçirməyi təklif etmişdir. Bütün bu təhdidlərdən və rüsvay olmaqdan ehtiyat edərək borcun etirafına dair müqaviləni imzalamaq məcburiyyətində qalmışdır. Əks halda notarius onun yaşadığı evin yaxınlığında yerləşdiyindən orada rəsmiləşdirmə işləri aparılardı. Verilmiş suallara əsasən Cavabdeh notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətlərinin sonluğunda əlyazma ilə icra edilmiş “Mən, Cavabdeh yazaraq, bildirirəm ki, bu müqavilədən göstərilən 21.000 ABŞ dolları məbləğində borcdan əlavə, X1 31.000 (otuz bir min) ABŞ dolları boc almışam. Bu borcu 15 dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəmə götürürəm.” məzmunlu qeydin və Məmmədov.D.Q adı qarşısında imzanın; “Mən Cavabdeh İddiaçı olan 21.000 $ borcu hələ qaytarmamışam. Bundan əlavə aldığım 31.000 $-dan da heç nə qaytarmamışam. xx.xx.2022 il” onun tərəfindən məzmunlu qeydin və imzanın, eyni zamanda “Mən Cavabdeh bu günə kimi İddiaçı aldığım 52.000 $ məbləğində borcu qaytarmamışam. Bildirirəm ki, bu borcu 10 aprel 2022-ci il tarixinə kimi qaytaracağam. 16 mart 2022.” məzmunlu qeyd olan qəbzin və qəbzdəki imzanın və xx.xx.2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında müqavilə”dəki imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir. Lakin qeyd olunan qeyd və imzaları təzyiq altında məcbur qalıb icra etdiyindən sonradan Muxtar barəsində aidiyyəti polis orqanlarına şikayət vermişdir. Etiraf etdiyi 21.000 ABŞ dollar vəsaiti hərracdan obyekt əldə etmək məqsədilə borc almış, təcili pul lazım olduğundan bankdan kredit götürməyə vaxt imkanı olmamışdır. Ona olan təhdidləri şahidlər təsdiq edə bilər. Şahidlərdən biri qaynıdır, hansı ki, o, təhdid edilən zaman telefon vasitəsi ilə olanları eşitmişdir. Digər şahid isə dostudur. Həmin şahid də telefon vasitəsi ilə olanları eşitmişdir. Həmin vaxt qaynının danışığa qulaq asmasını təsdiq edəcək sübutu yoxdur. Ona təzyiq göstərilməsi faktına görə əvvəlcədən deyil İddiaçı məhkəməyə ilkin tələblə müraciətindən sonra polis orqanına şikayət etməsinin səbəbinin onunla izah edir ki, Elxan ona barəsində məhkəməyə müraciət etməyəcəyini demişdir, onun müraciətindən sonra polisə şikayət etmişdir. Baxmayaraq ki, tanışları dəfələrlə ona polisə şikayət etməsini məsləhət görsələr də, o, Elxanla əvvəlki münasibətlərinə görə şikayət etməmişdir. Borc pul vəsaitinin almasına əsas olmuş hərraca dair isə məhkəməyə sübut təqdim edə bilmir. Odur ki, göstərilənlərə əsasən birinci iddia tələbinin 21.000 ABŞ dollar hissədə təmin edilməsini, 31.000 ABŞ dollar hissədə təmin olunmamasını və ikinci tələb üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, birinci tələb üzrə iddia təmin edilməli, ikinci tələb üzrə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan - borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh 21.000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə həmin tarixdə 9 saylı notariat ofisində təsdiq edilməklə reyestrdə 3M-1210 nömrə ilə qeydiyyata alınmışdır. Birinci tələb üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin müqavilənin sonuncu səhifəsinin iki ədəd surətlərinin sonluğunda qeyd olunan əlyazmaya əsasən müəyyən edilir ki, “Mən, Cavabdeh yazaraq, bildirirəm ki, bu müqavilədən göstərilən 21.000 ABŞ dolları məbləğində borcdan əlavə, İddiaçı 31.000 (otuz bir min) ABŞ dolları borc almışam. Bu borcu 15 dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəmə götürürəm. Məmmədov.D.Q. imza” məzmunlu və “Mən Cavabdeh İddiaçı olan 21.000 $ borcu hələ qaytarmamışam. Bundan əlavə aldığım 31.000 $-dan da heç nə qaytarmamışam. xx.xx.2022 il, imza” məzmunlu qeydlər aparılmış və imza edilmişdir. Həmçinin borcun xx.xx.2021-ci il tarixədək qaytarılacağına dair qeyd əlavə olaraq İddiaçı özü və Səbzəliyev Zaur Z. tərəfindən imzalanmışdır. Sözügüdən qeydlər notarial qaydada təsdiq edilməmişdir. - Birinci tələb üzrə İddiaçı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və Cavabdeh tərəfindən əlyazma formasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, həmin qəbzdə “Mən Cavabdeh bu günə kimi İddiaçı aldığım 52.000 $ məbləğində borcu qaytarmamışam. Bildirirəm ki, bu borcu 10 aprel 2022-ci il tarixinə kimi qaytaracağam. 16 mart 2022.” məzmunlu qeydiyyat aparılmış və imza edilmişdir. Beləliklə yuxarıda qeyd edilən sadə yazılı qeydlər və qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı aldığı 52.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını və borcu xx.xx.2022-ci il tarixədək qaytaracağını əlyazmas ilə qeyd etmişdir. - birinci tərəfdən İddiaçı və ikinci tərəfdən Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 21.000 ABŞ dolları məbləğində və həmin borcdan əlavə 31.000 ABŞ dolları olmaqla, cəmi 52.000 ABŞ dolları məbləğində borcu yarandığını etiraf etmiş və 52.000 ABŞ dolları borcunu bir ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə notarial qaydada təsdiq edilməmişdir. - İkinci tələb üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Nərimanov RPİ TŞin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı barəsində onun Cavabdeh təhdid etməsi və hədə-qorxu gəlməsinə dair şikayəti üzrə araşdırma aparılmış və toplanmış materiallar üzrə İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, Cavabdeh tanıyır, İddiaçı isə tanımır. Cavabdeh onun yeznəsi, o isə onun qaynıdır. Mübahisə ilə bağlı bildirir ki, 2021-ci ilin payız ayları - oktyabrın axırı olan vaxtlar o, həmin yolu gedib gəldiyinə görə axşamlar bacısıgilin evində qalırdı. Cavabdeh telefonla tez-tez kiminləsə danışdığını, problem və narahatçılığın olduğunu bilirdi. Cavabdeh borc haqqında ona demiş və ona 21.000 dollar borcunun olması barədə məlumat vermişdir. Bir gün Dilqəmə zəng olmuş, Dilqəm aşağı düşməyə məcbur olmuş və ona demişdir ki, nömrəsini yığacaq, telefonu açıq qoysun, düşüb onlarla söhbət edəcəkdir. Danışıqlara qulaq asarkən anlamışdır ki, onun yanında bir nəfər var. Suala cavab olaraq bildirmişdir ki, Cavabdeh ehtiyat edib ona telefon danışığına qulaq asmasını xahiş etmiş və düşünmüşdür ki, onu harasa apararlar, nəsə problem olar, belə olduğu tədqirdə dərhal polisə məlumat versin. O, otaqda tək oturaraq onların danışığına qulaq asmışdır. Söhbət əsnasında Cavabdeh hədə-qorxu gəlinir və deyilirdi ki, “Pul verilməsə cibindən nələrsə çıxa bilər. Özün bilirsən, pul başqa böyük adamlarındır, problem yaşayarsan.”. Həmçinin o, uşaqları ilə təhdid olunurdu. Dilqəmin oğlunun sürücülük vəsiqəsinin olduğunu və adına Ford markalı avtomobilin olduğunu bildiriblər. Əslində isə elə bir şey olmayıb. Cavabdeh oğlunun sürücülük vəsiqəsi belə yoxdur. Onlar kiminsə vasitəsi ilə həmin sənədi çıxartdırmışlar. O, bu olanları telefon vasitəsilə eşitmiş, lakin görməmişdir. O, Elxan adında şəxs tanımır, ona Cavabdeh sonradan bildirmişdir ki, həmin şəxs Elxan imiş. Elxanın səsini isə indi eşitsə tanıyıb-tanımayacağını bilmir. Çünki xeyli vaxt keçib. Onların səsinə qulaq asanda səs yazısını qeyd etməmişdir. Telefon danışığına qulaq asmaqda məqsəd o olmuşdur ki, Cavabdeh ona bildirmişdir ki, onu harasa apara bilərlər, belə olduğu halda polisə məlumat versin. O ancaq tədbir kimi polisə məlumat verə bilərdi. Sonra Dilqəm evə gəlib nəsə apardı nə olduğunu soruşduqda isə bildirdi ki, xarici pasportunu istəyiblər ki, birdən harasa qaçıb gedər. Telefon danışığı təxminən 2021-ci ilin oktyabrın axırları olan vaxt idi, payız ayları idi, hava soyuq idi. Dəqiq günü və vaxtı isə deyə bilmir. Cavabdeh nə işlə məşğul olduğunu bilmir. Elxandan başqa Cavabdeh kiməsə borcu olmasını bilmir. Borcu olsa belə bu barədə dəqiq məlumatı yoxdur. Elxanın neçə yaşının olduğunu bilmir, deyilənə görə ortayaşlı adamdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Cavabdeh onun uzun illərdir dostudur, İddiaçı isə tanımır. O, Dilqəmi düzgün insan kimi tanımış və əvvəllər kiməsə borcunun olmasını eşitməmişdir. Hətta Dilqəmin həmin dövrdə borc pul axtarması barədə xəbəri olmamışdır. Mübahisə ilə bağlı qeyd edir ki, Cavabdehla görüşlərində onunla dərdini bölüşərək Elxan adlı şəxsə 21.000 dollar borcunun olmasını, həmin borca görə yükləndiyini demişdir. Hətta onun yanında Elxan adlı şəxslə telefon danışıqlarına şahid olmuşdur. Yalnız Cavabdeh sözlərindən bilmişdir ki, o, Elxandan nəğd olaraq 21.000 dollar almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o tərəflər arasında gedən söhbətlərdə bilavasitə iştirak etməmişdir. Dilqəmin sözlərindən eşidib bilir ki, iş görmək üçün 21.000 dollar borc götürüb, qalan pulları isə onu qorxudub adına yazıblar. Qorxu ondan ibarət olub ki, “evinə gələcəyik, qapını döyəcəyik, oğlunun başına oyun açarıq” kimi söhbətlər olmuş, Cavabdeh təhdid etmişlər. Bir gün Cavabdeh ona zəng etmiş və o, onların arasında olan təhdidlə bağlı söhbətə qulaq asmışdır. Dəqiq tarixi isə xatırlamır. Ancaq bilir ki, Elxan kimisə yanında gətirib və həmin adam Cavabdeh həmyerlisi olub. O, bunu sonradan Dilqəmin sözlərinə görə bilmişdir. Söhbətlər hədə-qorxu mövzusunda olmuşdur. Lakin həmin vaxt danışıqlarda neçə nəfərin iştirak etdiyini bilmir. O, təhdid eşitdikdən sonra Dilqəmə müvafiq orqana şikayət etməyi təklif etməsinə baxmayaraq Dilqəm özü razı olmamış və Elxanla dostluq münasibətini əsas gətirərək şikayət etməmişdir. Hesab edir ki, Dilqəmə olan təhdid ondan ibarət olmuşdur ki, Cavabdeh çağırıb avtomobildə oturdublar, ona yazı yazdırıblar. Lakin o, telefonla qulaq asan zaman Elxanın konkret olaraq necə hədə-qorxu gəlməsini eşitməmişdir. Eləcə də orada gedən söhbətləri dəqiqliklə başa düşməmiş, sonradan Cavabdeh sözlərindən təhdid olması qənaətinə gəlmişdir. Çünki danışıqları anlamaqda çətinlik çəkmişdir. Yəni o, hədə qorxuları Cavabdeh özündən sonradan eşitmişdir. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilmiş mübahisəsiz halı odur ki, İddiaçı ilə Cavabdeh arasında ilkin olaraq 21.000 (iyirmi bir min) ABŞ dollar pul vəsaitinin borc verilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Borcun qaytarılması vaxtı, yəni öhdəliyin icra müddəti 10 gün müəyyən edilməklə, borc alan Cavabdeh borcun xx.xx.2021-ci il tarixdə qaytarlmasına dair öhdəlik götürməsinə baxmayaraq, hazıradək öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh bu hissədə iddia tələbini etiraf edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin 21.000 ABŞ dollar borcun alınmasında sonra tərəflər arasında həmin borcdan əlavə olaraq 31.000 ABŞ dolları məbləğində, cəmi 52.000 ABŞ dollar borcun alınması və mövcud borcun etirafına dair xx.xx.2022-ci il tarixli yazılı müqavilə bağlanmışdır. Bununla yanaşı Cavabdeh İddiaçı ilkin olaraq alınmış 21.000 ABŞ dollar borcdan əlavə 31.000 ABŞ dollar borcun alması və cəmi 52.000 ABŞ dolları məbləğində borcun mövcud olmasının etiraf edilməsi barədə əlyazma formasında xx.xx.2021-ci il tarixədək borcun qaytarılmasına dair və xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəbzlər tərtib edilərək imzalamışdır. Qeyd olunan əlyazma və imzanın Cavabdeh özü tərəfindən icra edilərək imzalanması tərəflər mübahisələndirilməmişdir. Odur ki, qeyd olunan hal işin mübahisəsiz halı hesab olunur. Hazırda birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı 52.000 ABŞ dolları məbləğində pulun Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. Birinci tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı isə iddia tələbini 21.000 ABŞ dolları məbləğində borcu olması hissədə qəbul edir, 31.000 ABŞ dolları məbləğində borcunu etiraf etməsinə dair müqavilənin və qəbzlərin hədə-qorxu altında və təhdid edilməklə imzaladığını bildirərək iddia tələbini həmin hissədə qəbul etmir və rədd edilməsini xahiş edir. Həmçinin İddiaçı 31.000 ABŞ dollar məbləğində borc alınması barədə xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollar borcun alınması və xx.xx.2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, borcun etirafı barədə səs yazıları -bütün əqdlərin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, birinci tələb üzrə iddia əsaslıdır. Çünki tərəflər arasında xx.xx.2021-ci il tarixdə 21.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair notarial qaydada yazılı kredit müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 21.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edərək iddia tələbini həmin hissədə qəbul etmişdir. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 21.000 ABŞ dolları məbləğində borcun qalması işin mübahisəsiz halıdır. Birinci tələb üzrə Cavabdeh 31.000 ABŞ dolları məbləğində borcunun olması isə mübahisələndirilir. Belə ki, Cavabdeh 31.000 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq edən borcun etirafı barədə müqaviləni və qəbzləri İddiaçı ona hədə-qorxu gəlməsi, onu təhdid etməsi nəticəsində qorxaraq, aldadılaraq və məcburiyyət qarşısında qalaraq imzaladığını bildirir və buna əsasən də o, ikinci tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əqdlərin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbləri bu hissədə qarşılıqlı olaraq müqayisəli şəkildə araşdırılmalıdır. İş materiallarında olan video və audio yazılardan, həmçinin şahid ifadələrindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh 31.000 ABŞ dolları məbləğində borc alması məsələsini müzakirə edərkən (hansı ki, ikinci iddia üzrə İddiaçı onun təhdid etdiyini, hədəqorxu gəldiyini bildirir) və borcun etirafı barədə xx.xx.2022-ci il tarixli müqavilə imzalanarkən tək olmuşdur, əlavə olaraq üçüncü şəxsin iştirakı olmamışdır. Dolayısı ilə Cavabdeh buna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin işin hallarından müəyyən edilir ki, İddiaçı həmin vaxt qısa zaman öncə əməliyyat olunduğundan əsanın dəstəyi ilə hərəkət etmişdir. Bu hallar, eyni zamanda İddiaçı yaşlı olması (70 yaş) onu deməyə əsas verir ki, İddiaçı fiziki cəhətdən Cavabdeh hədə-qorxu gələcək və ona zor tətbiq edəcək vəziyyətdə, gücdə və qüvvətdə olması ağlabatan deyildir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da müəyyən edilir ki, araşdırma nəticəsində İddiaçı Cavabdeh qarşı real təhdid etməsi faktı aşkar edilməmişdir. Bununla da müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır, müqavilə bağanan zaman Cavabdeh hədə-qorxu və ya təhdid edilməsi aşkar edilməmiş, həmçinin iş materialları ilə sübut edilməmişdir. Bununla yanaşı Cavabdeh müqaviləni təhdid altında imzaladığını bildirsə də, müqaviləni və ya İddiaçı qeyd olunan hərəkətlərini uzun müddət mübahisələndirməmiş, yalnız İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etdikdən sonra həmin hərəkətləri mübahisələndirmişdir. Eləcə də məhkəmə, Cavabdeh borcun alınmasına əsas olmuş hərrac işi ilə bağlı sübut təqdim etməməsini, onun ziddiyyətli izahat verməsini, şahid ifadələri ilə onun izahatında göstərilən xüsusatların bir-birinə uyğun gəlməməsini nəzərə alaraq onun təhdid olmasına dair iddialarını inandırıcı hesab etmir. Göstərilənlərlə yanaşı məhkəməyə sübut olaraq təqdim edilmiş telefon danışıqlarına dair səsyazısı və videogörüntü tədqiq edilərkən, Cavabdeh təhdid edilməsi faktına dəlalət edən hər hansı məlumat aşkar edilməmişdir. Bunun əksinə olaraq onun 52.000 ABŞ dollar borcu olmasının etiraf etməsi aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, Cavabdeh İddiaçı 31.000 ABŞ dolları məbləğində borclu olduğu sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh üzərinə düşür. Cavabdeh isə nə iddia tələbində qeyd edilən təhdid faktını, nə də borcu qaytardığını bunu sübut edə bilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh və İddiaçı arasında 31.000 ABŞ dolları məbləğində borcun olmasının etirafı barədə bağlanmış müqavilə və Cavabdeh tərəfindən əlyazma formasında yazılaraq imzalanmış qəbzlərin etibarsız hesab edilməsi üçün əsas olmadığından ikinci tələb üzrə iddia tələbi təmin edilə bilməz. Həmçinin Cavabdeh həmin müqavilə və qəbzlərə əsasən 31.000 ABŞ dolları məbləğində borcu qaytarması sübut olunmadığından birinci iş üzrə iddia tələbi 31.000 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, birinci tələb üzrə iddia təmin edilməli, birinci tələb üzrə Cavabdeh 52.000 (əlli iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, ikinci tələb üzrə iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Birinci tələb üzrə iddia təmin edilsin. Birinci tələb üzrə Cavabdeh 52.000 (əlli iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Birinci tələb üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İkinci tələb üzrə iddia rədd edilsin. İkinci tələb üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-535/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-535/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver