Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5366/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyəti Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında qeydiyyatda olanCavabdeh təbii qazın mülkiyyətçisi olan "xxxx" ASC-yə vurmuş olduğu ziyanın, 430,23 ( dörd yüz otuz manat 23 qəpik) və ödənilmiş dövlət rüsumunun (30,00 manat) Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən “Sumqayıt-Yaşma” yeraltı qaz kəmərinin 10-cu km-də su xəttinin təmirini aparılarkən SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz kəmərləri sahəsinin balans və istismarında olan qaz kəməri zədələnməsi ilə nəticələnən qəza baş vermişdir. Sözügedən qəza nəticəsində 3646 m³ həcmində qaz havaya atılmışdır. Qəzanın baş verməsi və havaya atılmış qazın hesablanması məqsədilə hadisə yerində SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron MQKS-nin əməkdaşları və Cavabdeh tərəfindən müvafiq Akt imzalanmışdır. Həmin akta əsasən cavabdeh tərəfindən qaz kəmərinin zədələnməsi nəticəsində 3646 m təbii qazın havaya atılması ilə bağlı təbii qazın mülkiyyətçisi olan "xxxx" ASC-yə 430,23 ( dörd yüz otuz manat 23 qəpik) manat məbləğində dəymiş ziyan müəyyənləşdirilmişdir. Qeyd edək ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cəmiyyətin mütəxəssisləri tərəfindən cavabdehlə mütəmadi danışıqların aparılmasına və qanunun tələbləri izah edilməsinə, həmçinin borcun ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən vətəndaşa rəsmi qaydada xx.xx.2022-ci il tarixli, **-SM-*** saylı “Borcun ödənilməsi barədə” məktubun təqdim olunmasına baxmayaraq hal-hazıra qədər sözügedən məbləğin ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qaz İxrac İdarəsi Abşeron MQKS-in xx.xx.2022-ci il tarixli aktında qeyd olunur ki, Sumqayıt-Yaşma MQK-nin 10-cu km-liyində qəza nəticəsində 300 mm-lik elastik boru kəməri zədələnmiş və P-2 atm təzyiqdə qaz həcmləri atmosferə yayılmışdır. Hadisə xx.xx.2022-ci il tarixində 10.00 radəsində baş vermiş, nəticədə boru düzbucaqlı formasında dəlik əmələ gəlmişdir. Qaz sızması saat 10.30 radəsinə kimi davam etmişdir. Qəza nəticəsində atmosferə atılan qaz həcmi 3646m3 təşkil edir. İş materiallarında olan Abşeron MQKS-nin5 saylı XİX-nin rəisi İlham Nuriyev, 5 saylı XİX-nin mühəndisi Mahir Mirzəyev, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində H.Z.Tağıyev qəsəbəsi, Avtovazğzalın yanında, Sumqayıt-Yaşma MQK-nin 10-cu km-də 315PE mmlik borunun keçdiyi ərazidə traktorla qazıntı işləri aparılarkən poletilen magistral qaz kəməri vətəndaş Cavabdeh zədələnib. Boru xətti zədələndikdən sonra Cavabdeh tərəfindən dövlət nişanlı traktoru ərazidən çıxarılaraq azəriqaz nümayəndələrinə məlumat verilmişdir. Azəriqaz nümayəndəsi isə Qaz İxraca məlumat vermişdir. İş materiallarında olan “Qaz İxrac” İdarəsinin xx.xx.2022-ci il tarixli havaya atılan qazın dəyərinin ödənilməsi barədə məktubda qeyd olunur ki, Cavabdeh tərəfindən fərdi yaşayış mənzilinə gələn su xəttinin təmiri zamanı traktor vasitəsilə qazıntı işləri aparılan zaman qaz kəməri zədələnmişdir. Bunun da nəticəsində 30 dəqiqə ərzində atmosferə və qəzanın nəticələrinin aradan qaldırılması zamanı 3646 m3 həcmində qaz itkisi əmələ gəlmişdir. Vətəndaş Cavabdeh həmin qazın dəyərinin ödənilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, cavabdehə akt əsasındas dəymiş ziyanın məbləği hesablanmış təbbi qazın mülkiyyətçisi olan "xxxx" ASC-ə 430.23 manat məbləğində borcun qısa zaman ərzində ödənilməsi, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Nazirlər Kabinetinin 513 nömrəli xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasında daxili bazarda təbbi qazın 2021-ci il tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil edilməsi Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyətinə həvalə edilmişdir. 2. Bu Qərarın 1-ci hissəsində qeyd olunmuş məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR): 2.1. SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında "xxxx" ASC-yə satılmasını təmin edilməsi;2.2. SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq "xxxx" ASC-yə ötürülməsini təmin edilməsi;2.3. SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq "xxxx" ASC-yə ötürülməsini təmin edilməsi; 2.4. dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və "xxxx" ASC arasında müvafiq müqavilələrin bağlanılmasının təmin edilməsi; 2.5. ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) "xxxx" ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasının təmin edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində H.Z.Tağıyev qəsəbəsi, Avtovağzalın yanında, Sumqayıt-Yaşma MQK-nin 10-cu km-də 315PE mm-lik borunun keçdiyi ərazidə traktorla qazıntı işləri apararkən poletilen magistral qaz kəmərini zədələmişdir. Zədələnmə nəticəsində 30 dəqiqə ərzində 3646 m3 həcmində qaz itkisi əmələ gəlmişdir. Dəymiş ziyanın məbləği isə təbii qazın ölkədaxili satış tarifi üzrə hesablanaraq (3646 m3 x 118,0 manat/min m3) 430.23 (dörd yüz otuz manat iyirmi üç qəpik) manat müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya Cavabdeh təqsirli hərəkəti nəticəsində, yəni traktorla qazıntı işləri apararkən poletilen magistral qaz kəmərini zədələməsi və bunun nəticəsində 3646 m3 həcmində qaz itkisinin yaranması və 430.23 (dörd yüz otuz manat iyirmi üç qəpik) məbləğində ziyan dəydiyi müəyyən olunduğundan, cavabdehdən vurulmuş maddi ziyana görə 430.23 (dörd yüz otuz manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 430,23 (dörd yüz otuz manat 23 qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası X2 "xxxx" X7 Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5366/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5366/2022
14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver