Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-538/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 96178,14 manat borc olmaqla – bundan 73013,83 manat əsas və 23164,31 manat faiz borcu, iş üzrə ödənilmiş 379 manat dövlət rüsumunun,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun cavabdehlər Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan yaşayış sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlu, Cavabdeh2 və X1 müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faizlə 85 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kreditin qaytarılmasının təminatı olaraq digər Cavabdeh2 ilə eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən həmin cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Eyni tarixdə digər cavabdeh X4 ilə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6316/2022 saylı qərardadı ilə iddia ərizəsinin cavabdeh X2 qarşı hissəsində həmin cavabdehin məhkəməyə iddia ərizəsi verilənədək ölümü ilə bağlı icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək və mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələblərinə etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/14288/DİK saylı müqaviləyə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 23 faizlə 85 000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən görünür ki, reyestrdə 3M-277 nömrə ilə qeydə alınmış İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan 6 otaqlı mənzilini xx.xx.2019-cu il tarixli, 00/14288/DİK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə banka ipotekaya qoymuşdur. Eyni zamanda həmin notariat işindən görünür ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldikdə və o satlıdıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş (yazılı ərizələr) öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2156 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 00/14288/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 96113,54 manat məbləğində müəyyən edilir: - əsas borc üzrə 72941,86 manat - faiz borcu üzrə 23171,68 manat Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Maddə 741. Borc üzrə faizlər
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində ekspert rəyi nəzərə alınmaqla 72941,86 manat məbləğində təmin edilməlidir. Faiz borcu tələbi hissəsində isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tam təmin olunaraq Cavabdeh1 23164,31 manat məbləğində faiz tutulmalıdır. Belə ki, ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən artıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır. Borcun Cavabdeh2 tutulması tələbi ilə bağlı məhkəmə hesab edir ki, həmin cavabdehlə zaminlik müqaviləsi bağlanmadığından həmin tələb təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu M a d d ə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Məhkəmə hesab edir ki, borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Odur ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması https://e-qanun.az/framework/9902 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir... Məhkəmənin mülki iş üzrə 2(004)-538/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatətinə əsasən iş üzrə ipoteka əmlakının qiymətləndirmə ekspetizası təyin edilmiş, ekspertin vəsatətinə əsasən əmlaka yerli baxış xx.xx.2023-cü il tarixə təyin edilmiş, yerli baxış barədə bildiriş həmin nümayəndənin elektron kabinetinə 11 aprel 2023-cü il tarixdə yerləşdirilmiş, bundan əlavə məhkəmə iclas katibi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərə zəng vurularaq bir daha yerli baxış barədə xatırladılmasına baxmayaraq ipoteka predmeti cavabdehlər tərəfindən ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər ekspertizə keçirilməsinə mane olduğundan və ipoteka predmetini ekspertə təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən olunmuş qiymət - 125000 manat əsas götürülməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Naitq oğlundan tutulması tələbi də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu M a d d ə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmənin 26 iyul 2023-cü il tarixli 2(004)-538/23 saylı qərardadı ilə iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması” tələbinə dair hissəsində mülki iş üzrə icraata həmin tələbə məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2023 tarixli qərardadına əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 378,72 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 49,96 manatı Cavabdeh1, 0,04 manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun Cavabdeh1 tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
İddia qismən təmin edilsin. Cavabdeh1 72941,86 (yetmiş iki min doqquz yüz qırx bir manat səksən altı qəpik) manat əsas, 23164,31 (iyirmi üç min yüz altmış dörd manat otuz bir qəpik) manat faiz borcu, 378,72 (üç yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum İddiaçı ASC-nin xeyrinə tutulsun. 50 (əlli) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 49,96 (qırx doqquz manat doxsan altı qəpik) manatı Cavabdeh1, 0,04 (dörd qəpik) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166,3 kv.m olan 6 otaqlı mənzilə yönəlsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlsin. Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev döngəsi 1/3 ünvanında yerləşən ümumi sahəsi 166.3 kv.m olan 6 otaqlı mənzilin ilkin satış qiyməti 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 Naitq oğlundan tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova