Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5381/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı Şəhər X11 Müəssisəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhər X11 Müəssisəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İşığı X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 3020,74 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasınnı keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 12.12.2020-ci il tarixli İXP3578678 nömrəli X10 protokola əsasən müəyyən olunur ki, BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürsəlov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 12.12.2020-ci il tarixli TP4093945 nömrəli X10 qərara əsasən Mürsəlov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AD № 977849 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5r. İş materiallarında olan 08.12.2020-ci il tarixli etibarnamənin surətinə əsasən X1 Kənan İslam oğluna BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Nərimanov rayonu, Heydər Əliyev prospektində naməlum sürücünün idarə etdiyi BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasəna səfr olunan xərclərin smetasına əsasən müəyyən olunur ki, 1 konsullu klassik tipli işıq dirəyinin dayaq hissəsinə 7599 maanat xərc çəkilmişdir. İş materiallarında olan Bakı Şəhər İşığı EŞM tərəfindən Xalq Sığorta şirkətinə ünvanlanmış 15.12.2020-ci il tarixi məktubdan görünür ki, Bakı Şəhər İşığı EŞM 13.12.2020-ci il tarixdə, Nərimanov rayonu, Heydər Əliyev prospektində naməlum sürücünün idarə etdiyi BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı abvtomobil ilə işıq dirəyinin vurulub sıradan çıxarılması və müəssisəyə 7599 manat məbləğində maddi ziyan dəyməsi, qeyd olunan avtomobilin Xalq Sığorta-da icbari sığorta olunması bildirilmiş və müəssisəyə dəymiş ziyanın qeyd edilən bank hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan PXA75085 seriya nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı avtomobil 13.12.2020-ci il tarixdə saat 00:30-da idarəetnməni itirərək yol kənarındakı işıq dirəyinə və beton piltələrə ziyan vurmuş və Bakı Şəhər İşığı EŞM-ə 7599 manat məbləğində ziyan dəymiş və həmin məbləğdən 4578,26 manatının Xalq Sığorta ASC tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərədfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və nəticədə Bakı Şəhər İşığı X3 maddi ziyan vurması, həmçinin Cavabdeh BMW 535 minik markalı, 99RT933 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı Şəhər İşığı EŞM-nə maddi ziyan vurması iş materialları ilə sübuta yetirildiyindən iddia tələbi əsaslı hesab edilməli və Cavabdeh qalıq olaraq qalan 3020,74 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı Şəhər İşığı X3 ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Bakı Şəhər İşığı X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 3020,74 manat (üç min iyirmi manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Bakı Şəhər İşığı X3 ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5381/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5381/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver