Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5389/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 3844,96 manat əsas, 196,39 manat faiz, 36,94 manat dəbbə borcu olmaqla, ümumilikdə 4078,29 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 61 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Bank 3925,42 manat məbləğində krediti illik 20 faizlə, 36 ay müddətinə iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı kredit müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, cavabdeh cəmi 3925,42 manat məbləğində pulu, 36 ay müddətinə, hər ay 146 manat, sonuncu ay isə 138,87 manat olmaqla, aylıq faiz dərəcəsi 1,67 faiz olan krediti ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, cavabdeh banka xx.xx.2022-ci il tarixində 151,76 manat, xx.xx.2022-ci il tarixində 0,24 manat ödəniş etmişdir. Cavabdehin 22 sentyabr 2022-ci il tarixinə banka 3844,94 manat əsas, 196,39 manat faiz, 36,94 manat dəbbə borcu olmaqla, cəmi 4078,29 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh 3925,42 manat məbləğində pul verilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli bildirişə əsasən müəyyən edilir ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 3844,96 manat əsas, 196,36 manat faiz borcu, 1,85 manat dəbbə borcu olmaqla, ümumilikdə 4043,17 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 61 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı Bank "xxxx" ASC xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 36,94 manat məbləğində cərimə əsas borca mütənasib olmadığından azaldılmalı ağlabatan məbləğdə, yəni 1,85 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, RPZ-00001-11/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 3844,96 manat əsas, 196,39 manat faiz, 1,85 manat dəbbə borcu olmaqla, ümumilikdə 4043,17 ( dörd min qırx üç manat on yeddi qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5389/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5389/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver