Məhkəmə qərarları › İş №e-2(004)-5444/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5444/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5444/2022 15.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı Paşa Bank ASC-nin cavabdehlər Cavabdeh1, Fesco Group MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Paşa Bank ASC-nin cavabdehlər Cavabdeh1, Fesco Group MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən birgə qaydada K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,076.97 (on səkkiz min yetmiş altı manat, doxsan yeddi qəpik) manat əsas borc, 1,395.78 (bir min üç yüz doxsan beş manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 19,517.24 (on doqquz min beş yüz on yeddi manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 38,989.99 (otuz səkkiz min doqquz yüz səksən doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən 740 (yeddi yüz qırx) manat əsas borc, 8.5 (səkkiz manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 748.5 (yeddi yüz qırx səkkiz manat, əlli qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Fesco Group MMC-dən K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18076,97 (on səkkiz min yetmiş altı 5manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 24473,76 manat cərimə borcu olmaqla, cəmi 43946,51 manat borcun, 222 manat dövlət rüsumunun tutularaq iddiaçı Paşa Bank ASC-nin xeyrinə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 idida tələbinin qismən etiraf edilməsinə dair ərizə təqdim edərək Paşabank ASC-nin ona qarşı olan pul tələbinə dair mülki iş üzrə 18076,98 manat əsas, 1395,78 manat faiz borcunu qəbul etdiyini bildirmiş, 19517,24 manat cərimə borcu həddən artıq yüksək olduğundan onun azaldılmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, müqavilənin predmetini müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər təşkil edir. İş mateiallarında olan Cavabdeh1 ilə Paşa Bank ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılıq ərizəsindən görünür ki, Cavabdeh1 Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasını diqqətlə oxuduğunu, onun bütün şərtlərini, müştərinə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq etmiş və bu şərtlərlə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən görünür ki, Cavabdeh1 Paşabank ASC-yə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi üçün müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli K3908 saylı Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, bank tərəfindən müştəri Cavabdeh1 24 ay müddətinə, illik 18% olmaqla, 50000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, sonuncu ay 2475,93 manat, hər ay 2475,85 manat olmaqla, cəmi 59420,48 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Paşa Pank ASC ilə Fesco Group MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin olunan öhdəlik xx.xx.2019-cu il tarixli GTC-000542İB/2016 saylı ümumi şərtlər toplusu çərçivəsində imzalanmış xx.xx.2020-ci il tarixli K3908 saylı maliyyələşdirmə üçün ərizədir. Zaminliklə təmin olunan müqavilənin predmeti borcalana veriləcək illik 18% olmaqla 50000 manat məbləğində nağd kreditdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasn müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 18076,97 manat əsas, 1395,78 manat faiz, 24473,76 manat cərimə borcu olmaqla cəmi 43946,51 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borclunun və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsində iddia tələbinin əsas borc və faiz borcu hissəsini qəbul etdiyini bildirmiş, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Fesco Group MMC-dən K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18076,97 (on səkkiz min yetmiş altı manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 20472,75 (iyirmi min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat borc, 222 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Bank ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 24473,76 manat cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 222 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı Paşa Bank ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Fesco Group MMC-dən K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18076,97 (on səkkiz min yetmiş altı 5manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 20472,75 (iyirmi min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat borc, 222 manat dövlət rüsumu tutularaq iddiaçı Paşa Bank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar