Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5476/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Unibank Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Unibank Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 xeyrilərinə 133 677,58 manat əsas, 9395,71 manat faiz, cəmi 143073,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 433,08 manat məbləğində vəsaitin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Unibank KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən 140000 manat məbləğində krediti 288 ay müddətinə, illik faiz dərəcəsi 6,8% olmaqla borcalana verməyi, borcalan isə əsas borc və ona hesablanacaq faizləri bu müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 Kaml oğlu 288 ay müddətinə, birinci ay xx.xx.2018-ci il tarixdə 1119,50 manat, hər ay 987,27 manat, cəmi 284467, 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı X6, ipoteka saxlayan Unibank KB ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın satış qiyməti 210000 manatdır. Əmlak dəyərinin 70000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyan özü tərəfindən, 140000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2017-ci il tarixli 115İk/17 saylı kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş vəsait hesabına ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə Unibank KB ASC-nin xeyrinə xx.xx.2017-ci ildən xx.xx.2042-ci il tarixinədək ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1dur. İş materiallarında olan Cavabdeh2 tərfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 X5 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsini və həmin sahədə yerləşən 7 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən gələcəkdə həyat yoldaşı Cavabdeh1 məxsus olacaq yuxarıda göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin əldə edilməsindən sonra ipotekaya qoyulmasına etiraz etmədiyini, ipotekaya qoyulmuş əmlaka yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, ümumilikdə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixinə 133677,58 manat əsas, 9395,71 manat faiz borcu olmaqla, cəmi 143073,29 manat borcu vardır. İş materiallarında olan Legal Prime MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 733,7 kv m. olan 2 otaqlı fərdi yaşayış evinin hazırki bazar qiyməti 215000 manat, likvid dəyəri isə 210000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi evinin hazırki bazar qiyməti 208000 manat, likvid dəyəri isə 200000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 1000 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 48847№-li ödəniş tapşırığından görünür ki, 1000 manat Unibank KB ASC tərəfindən Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməyəcəyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 133677,58 manat əsas, 9218,89 manat faiz borcu olmaqla, cəmi 142896,47 manat məbləğində borcunun olması bildirilmiş, Unibank Cavabdeh1 onun banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks ətəqdird əvaxtından əvvəl kredit müqaviləsinə xitam verilməsi və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, izahatları dinləyərək, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Unibank KB ASC tərəfindən Cavabdeh1 140000 manat məbləğində kredit verilmişdir. Həmin kredit Cavabdeh1n tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin alınması məqsədilə verilmiş və əmlak ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Unibank KB ASC Cavabdeh1 müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh1 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh1 133 677,58 manat əsas, 9395,71 manat faiz, cəmi 143 073,29 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 433,08 manat məbləğində vəsait, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqı tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməli, tələb Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməli, əmlakın likvid dəyəri 210000 manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılmalı və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi müqavilənin vaxtından ləğv edilməsi və borc məbləğinin Cavabdeh1 tutulaması üçün əsasdır. Məhkəmə qeyd edir ki, tərəflərin razılaşmasında Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin dəyəri 210000 manat, Legal Prime MMC tərəfindən təqdim olunmuş rəydə Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin likvid dəyəri 210000 manat, Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən təqdim olunmuş rəydə həmin əmlakın ilkin dəyəri 200000 manat məbləğində qiymətləndirildiyindən, Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 210000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı və ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən və iddia tələbi təmin edildiyindən həmin məbləğlər də Cavabdeh1 tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən 433,08 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh1 133677,58 manat əsas, 9395,71 manat faiz, cəmi 143073,29 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 433,08 manat məbləğində vəsait, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqı tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilsin, əmlakın likvid dəyəri 210000 manat məbləğində müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına Unibank KB ASC-yə olan borc ödənilsin, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5476/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5476/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver