Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5520/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 2503,33 (iki min beş yüz üç manat otuz üç qəpik) manat – bundan 1886,91 (bir min səkkiz yüz səksən altı manat doxsan bir qəpik) manat əsas, 407,94 (dörd yüz yeddi manat doxsan dörd qəpik) manat faiz borcu, 169,74 (bir yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 (otuz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 45,76 (qırx beş manat yetmiş altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə bağlı etiraz ünvanlayaraq bildirmişdir ki, bu məhkəmə işinə sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edir. İşin iddia icraatına keçirilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli 100.LN.1102.271119.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən borclu Cavabdeh 36 ay müddətinə illik 20 (iyirmi) % ödəmək şərtilə 2500 manat məbləğində kredit vermişdir. xx.xx.2023-cü il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 2503,33 (iki min beş yüz üç manat otuz üç qəpik) manat təşkil edir. Bundan 1886,91 (bir min səkkiz yüz səksən altı manat doxsan bir qəpik ) manat əsas, 407,94 (dörd yüz yeddi manat doxsan dörd qəpik) manat faiz borcu, 169,74 (bir yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 (otuz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu vardır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəlikərini icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh etiraz ərizəsini ünvanlasa da, etirazı əsaslandırmamış və etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini tələb olunan əsas borc məbləği və ona hesablanmış faiz borcu, eləcə də cərimə məbləğinin ağlabatan sayaraq, onu əsas borca mütənasib hesab edir. Belə olan halda əlavə ekspertizaların keçirilməsi, işə baxılma müddətlərində süründürməçiliyə yol açmaqla, əlavə olaraq məhkəmə məsrəflərinin də artmasına səbəb olacaqdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1886,91 (bir min səkkiz yüz səksən altı manat doxsan bir qəpik) manat əsas, 407,94 (dörd yüz yeddi manat doxsan dörd qəpik) manat faiz borcu, 169,74 (bir yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 (otuz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 2503,3 (iki min beş yüz üç manat otuz üç qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 45,76 (qırx beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1886,91 (bir min səkkiz yüz səksən altı manat doxsan bir qəpik) manat əsas, 407,94 (dörd yüz yeddi manat doxsan dörd qəpik) manat faiz borcu, 169,74 (bir yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 (otuz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 2503,3 (iki min beş yüz üç manat otuz üç qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 45,76 (qırx beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-5520/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5520/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver