Məhkəmə qərarları › İş №e-2(004)-5523/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5523/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5523/2025 19.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borclarının artırılmasının dayandırılması, borcun uzunmüddətli aylara bölünərək ödəniş qrafikinin müəyyən edilməsi, güzəştli mexanizmin tətbiq edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borclarının artırılmasının dayandırılması, borcun uzunmüddətli aylara bölünərək ödəniş qrafikinin müəyyən edilməsi, güzəştli mexanizmin tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir. İddia tələbinə əsasən ehtimal edilir ki, tələb qiymətləndirilməyən iddia ilə bağlıdır. İş materiallarına əsasən müəyyən edilir ki, tələb üzrə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Həmçinin, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilməsi ilə bağlı müvafiq materiallar təqdim etməmiş, iddia ərizəsində bu barədə hər hansı qeyd aparmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, dövlət rüsumu ödəməkdən azad edilmənin əsasları qeyd edilmişdir. Şəxsin işsiz olması dövlət rüsumu ödəməkdən azad edilmə əsası deyildir. Hazırki iddia ərizəsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1ların pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Məhkəmə iddiaçıya izah edir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borclarının artırılmasının dayandırılması, borcun uzunmüddətli aylara bölünərək ödəniş qrafikinin müəyyən edilməsi, güzəştli mexanizmin tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar