Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-553/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul,tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə inzibati binasında açıq məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul,tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 4501/2023 saylı Kredit müqaviləsi üzrə 14452.79 (on dörd min dörd yüz əlli iki manat yetmiş doqquz qəpik) manat əsas, 3309.04 (üç min üç yüz doqquz manat dörd qəpik) manat faiz borcu, 3180 (üç min bir yüz səksən) manat dəbbə, ümumilikdə 20941.83 (iyirmi min doqquz yüz qırx bir manat səksən üç qəpik) manat kredit borcunun tutularaq iddiaçıya ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş **-UD-*** dövlət qeydiyyat nişanlı ”TOYOTA CAMRY” MİNİK markalı (Tip: Sedan, Buraxılış ili: 2018-ci il; Ban: JTNBF4HK503004981; Rəngi: Gümüşü metallik) nəqliyyat vasitəsinə yönəldilməsi; göstərilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya 20941.83 (iyirmi min doqquz yüz qırx bir manat səksən üç qəpik) manat məbləğində kredit borcunun, müvəqqəti təminat tədbirinin verilməsi üçün 15.68 manat və 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh xx.xx.2023-cü il tarixli 4501/2023 saylı Kredit müqaviləsi üzrə 14452.79 (on dörd min dörd yüz əlli iki manat yetmiş doqquz qəpik) manat əsas, 4465.26 (dörd min dörd yüz altmış beş manat iyirmi altı qəpik) manat faiz borcu, 2180 (iki min bir yüz səksən) manat dəbbə, ümumilikdə 21098.05 (iyirmi bir min doxsan səkkiz manat beş qəpik) manat kredit borcunun tutularaq iddiaçıya ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş **-UD-*** dövlət qeydiyyat nişanlı ”TOYOTA CAMRY” MİNİK markalı (Tip: Sedan, Buraxılış ili: 2018-ci il; Ban: JTNBF4HK503004981; Rəngi: Gümüşü metallik) nəqliyyat vasitəsinə yönəldilməsi; göstərilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya 21098.05 (iyirmi bir min doxsan səkkiz manat beş qəpik) manat məbləğində kredit borcunun, müvəqqəti təminat tədbirinin verilməsi üçün 15.68 manat və 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmiş,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həllinə nail olmaq üçün “Toyota Camry” markalı **-UD-*** dövlət qeydiyyat nömrəli avtomobilin bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı, ekspertizanın rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. Məhkəmə MPM-də nəzərdə tutulan prosessual müddətlərə qənaət etmək məqsədilə iş üzrə icraatın dayandırılmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və məhkəmə ekspertizasının rəyi alınanadək mülki işin icraatı dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 97.1,97.4, 255,256,258,263-264-cü və 266-269-cu maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin və ekspert qarşısında aşağıdakı sual qoyulsun:
1. Toyota Camry” markalı **-UD-*** dövlət qeydiyyat nömrəli avtomobilin real bazar qiyməti nə qədərdir?
2. “Toyota Camry” markalı **-UD-*** dövlət qeydiyyat nömrəli avtomobilin likvid qiyməti nə qədərdir? Ekspertizanın aparılması tərəflərin iştirakları ilə yerli baxış keçirilməklə “X1 Mərkəzi” MMC-yə tapşırılsın. Ekspertə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilsin. Ekspertiza keçirilməsi və rəyin verilməsi işin ekspertə təqdim edildiyi gündən müddəti 30 (otuz) gün müəyyən edilsin. Ekspertizanın sərəncamına iş materialları təqdim edilsin. Məhkəmə ekspertizası rəyi alınanadək 2(004)-553/2025 nömrəli mülki iş üzrə icraat dayandırılsın. Qərardadın iş üzrə icraatın dayandırılması hissəsinə aid 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Xəlil