Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-558/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan aldığı 1000 (bir min) manat, vəkil xidməti üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmə rüsumu olaraq ödənilmiş 30 manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 1530 manat vəsaitin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, istifadədə olan torpaq sahəsində yerləşən 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni və etibarnamə ilə ona hüquq verilən hissəni alıcılar X8 və X2 bağlı Bakı şəhəri 14 saylı notariat ofisində, xx.xx.2024-cü il tarixdə ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Həmin fərdi yaşayış evini satan zaman makler fəaliyyəti göstərən Cavabdeh ilə şifahi razılığa gəlmişdir. Evinin satılacağı halda müəyyən məblədə qanorara razılaşmışlar. Qeyd edir ki, Cavabdeh evi satıldıqdan dərhal sonra əvvəlcədən razılaşdığı məbləği ödəniş etmişdir. Cavabdeh ondan əlavə olaraq 1000 (bir min) manat vəsait tələb edərək bildirdi ki, həmin vəsait 03 (üç) ay müddətində qeydiyyatdan çıxdıqdan sonra ona geri qaytarılacaq. Lakin üzərindən 6 ay vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona pulları geri qaytarmamışdır. Səbəb olaraq onun satdığı evin qüsurlu olması kimi arqumentlər gətirir. O ona bildirsə də ki, onlar evi satan zaman bütün məsələləri alıcı ilə razılaşdırmışlar və bunun ona heç bir aidiyyəti yoxdur, üstəlik min manat vəsaiti özündə saxlamağına heç bir əsas yoxdur, o yenə də min bəhanə ilə pulları geri qaytarmaqdan imtina edir. 1000 (bir min) manat vəsaitə dair xx.xx.2024-cü il tarixdə yazılı razılığa gəlmişlər. “FİDES vəkil bürosunun vəkili Nümayəndə ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 450/24 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında müqavilə”dən məlum olduğu kimi, vəkil tərəfindən göstərilən xidmətin haqqı olaraq 300 (üç yüz) manat ödəniş edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin işdə o, vasitəçi “makler” olmuşdur. İddiaçı evi satan tərəf kimi ona müraciət edərək, evin satılması üçün müştəri tapmağını xahiş etmişdir. O da dostu olan şəxsə belə bir evin olmasını bildirmiş və ona almasını təklif etmişdir. Evi aldıqdan sonra evi satan tərəfin onlara bildirmədiyi qüsurlar, alıcı tərəfindən aşkar olunan zaman və yaxud satıcı satdığı evdən qeydiyyatdan çıxarılmadıqda alıcılar onlara öz iradlarını bildirirlər. Həmin halların qarşını almaq məqsədilə tərəfindən satıcı ilə yazılı razılaşma bağlanılır ki, bu tipli hallar olmasın, olduğu təqdirdə isə aradan qaldırılsın. Nəticədə evin dam hissəsində ciddi qüsur və 2 evə münasibətdə 1 işıq sayğacı olduğu üçün o həmin pulu alıcıya nöqsanı aradan qaldırması üçün vermişdir. Razılaşmada olan imza ona məxsusdur və onunla iddiaçı arasında bağlanılıb. 1000 manatı o götürməmişdir, həmin pul evi alan şəxsdədir. Əmlak alıcıya ümumilikdə 150 min manata satılmışdır. Həmin puldan 1000 manat alıcılar tərəfindən saxlanılaraq qalan məbləğ satıcıya verilmişdir. Ev həyət evidir və 2 qapısı fərqli giriş-çıxışları var. 2 hissəyə bölünüb. Ona görə də həmin əmlakların ayrıayrı sayğacları olmalıdır. Lakin həmin əmlaklarda 1 sayğac mövcud idi. Saxlanılan 1000 manat məbləğində pul evə digər sayğac çəkməyə sərf olunmuşdur.
5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs izahatında bildirmişdir ki, iddia ilə razı deyil, sözügedən evi o, alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin evi hazırki iş üzrə cavabdeh vasitəsi ilə almışdır. Cavabdeh onun dostudur və bilirdi ki, “makler” fəaliyyəti ilə məşğuldur. Ona görə də ondan xahiş elədi ki, onun üçün almağa ev tapsın. Tərəfindən evə baxış keçirilsə də evin dammağı, sayğacının 1 dənə olması ilə bağlı heç bir məlumatı olmamışdır. Saxlanılan pul evin satılmasına görə verilən puldan tutulub. Yəni ki, alqı-satqı müqaviləsində nəzərdə tutulan 150 min manatdan 1000 manat saxlanılaraq iddiaçıya 149 min manat pul verilmişdir. Həmin pulu saxlamaqda məqsəd iddiaçının evdən qeydiyyatdan çıxması və evdə qüsur olacağı təqdirdə, aradan qaldırılması üçün nəzərdə tutulmuşdur.
III. Məhkəmə baxışının hədləri:
6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında tərtib olunmuş razılaşmaya əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən 1000 manat pul saxlamışdır. Şərti odur ki, 3 ay müddətindən qeydiyyatdan çıxandan sonra qaytarılacaq.
8. İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında istifadəsində olan 0,012811 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,48 m2 olan 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 53,65 m2 olan ½ hissədən 1 otaq , y/s-15 m2, k/s 6,9 m2 və ½ hissədən qalan hissədən ½ hissə payını X4 mülkiyyətinə verir.
9. X3 ilə X11 və X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Salatın Əsgərova küçəsi, dalan 8 ünvanında istifadəsində olan 0,012811 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,48 m2 olan 2 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 31,75 m2 olan ½ hissədən qalan hissədən ½ hissə payından 9,85 m2 hissəni X4, 21,9 m2 hissəni isə X5 mülkiyyətinə verir.
10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
14. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh arasında yazılı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 09 aprel 2024-cü il tarixli İddiaçı və X11 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən razılaşdırılmış məbləğdən 1000 manat məbləğində pulu özündə saxlamış və İddiaçı həmin müqavilə predmeti olan evdən qeydiyyatdan çıxdığı halda pulu qaytaracağına razılaşmışdır.
19. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmışdır.
20. İddiaçı qeydiyyatdan çıxdığı üçün alqı-satqı müqaviləsindən Cavabdeh tərəfindən saxlanılmış 1000 manat pulun ona qaytarılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək, həmin pulun yalnız qeydiyyatdan çıxma ilə bağlı deyil, həm də evdə hansısa qüsur yaranarsa, onun aradan qaldırılması məqsədilə saxlanıldığını iddia edir. Həmçinin, iddiaçı tərəfindən ev satıldıqda bir sayğacın olduğunu, lakin evi iki nəfərin alması ilə bağlı əlavə bir sayğacın da pulunun həmin saxlanılmış 1000 manatdan çıxıldığını bildirir. Cavabdeh iddiaçı ilə olan şifahi razılaşmasına əsasən həmin pulun evin qüsurları ilə bağlı saxlanıldığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
21. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
24. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
25. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
26. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
28. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, satılan ünvanda olan qeydiyyatdan çıxmışdır. Bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh həmin pulun evin qüsurları ilə bağlı da saxlanıldığını qeyd etsə də, bu halı təsdiq edə bilməmiş, müqaviləyə evin qüsurları ilə bağlı pulun saxlanılması bəndini əlavə etməməsini savadsızlığı ilə əlaqələndirmişdir.
29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir.
30. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı qızına ödənilməlidir.
31. Həmçinin iddiaçı mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
32. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
33. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
35. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddia təmin oluna bilməz.
36. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
37. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
38. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə Fides Vəkil Bürosunun hesabına 300 manat pul ödənilmişdir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul, 300 manat hüquqi xidmətə görə pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul, 300 manat hüquqi xidmətə görə pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil