Məhkəmə qərarları › İş №e-2(004)-561/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-561/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-561/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 009ÇF-PB-R19 saylı kredit müqaviləsinə əsasən 2509,57 manat əsas, 86,64 manat faiz, 1990,4 manat cərimə, cəmi 4586,61 manat borcun və 67 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. . Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 149.2.4. İddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir)... 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009ÇF-PB-R19 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 5 il müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2589,78 manat məbləğində kredit verilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflər müqavilənin qüvvədə olduğu müddətdə yarana biləcək mübahisələrin həllinə qarşılıqlı müzakirə yolu ilə nail olmağa çalıcaqlar. Razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə edəcəklər. Göründüyü kimi, müqavilə ilə müqavilənin qüvvədə olduğu müddətdə tərəflər arasında yaranaq mübahisələrin məhkəməyə qədər həlli qaydası nəzərdə tutulmuşdur. Lakin iddiaçı həmin qaydaya əməl edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia ərizəsində (iddia ərizəsinə əlavə edilən sənədlər siyahısında) göstərilməsinə baxmayaraq, cavabdehə pretenziya məktubunun göndərilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar