Məhkəmə qərarları › İş №e-2(004)-5613/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5613/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5613/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi ilə, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2024-cü il tarixli 351808-CNS-60903 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 6801,33 (altı min səkkiz yüz bir manat otuz üç qəpik) manat məbləğində əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 7129,72 (yeddi min bir yüz iyirmi doqquz manat yetmiş iki qəpik) pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 91,30 (doxsan bir manat otuz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2024-cü il tarixli 351808-CNS-60903 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh xx.xx.2023cü il tarixli 351808-1-51287 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 6801,33 (altı min səkkiz yüz bir manat, otuz üç qəpik) manat məbləğində borcu illik 13 (on üç) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 6801,33 (altı min səkkiz yüz bir manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat, otuz doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 7129,72 (yeddi min bir yüz iyirmi doqquz manat,yetmiş iki qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3299123Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi şəkildə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Kredit Borcunun Restrukturizasiyası Üçün Ərizə-Anket”dən görünür ki, Cavabdeh tərəfindən xx/xx/2023-cü il tarixli № 351808-1-51287 (Yenidən Maliyyələşdirilən Kredit) Müqaviləsi üzrə Banka xx/xx/2024-cü il tarixə mövcud olan borcunu kapitallaşdıraraq ödənilməsi məqsədilə yeni müqavilə münasibətlərini rəsmiləşdirməyi xahiş etmişdir. "Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2024-cü il tarixli 351808-CNS-60903 saylı “Kredit borcunun restrukturizasiyası” müqaviləsinə əsasən, «Bank» «Kredit alan»a 6801,33 (altı min səkkiz yüz bir manat, otuz üç qəpik) manat məbləğində və 59 ay müddətində (irəlidə «Kredit müddəti») kredit məbləği ayırmağı (irəlidə «Kredit»), «Kredit alan» isə Krediti, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a 13% illik faizi (irəlidə Faizlər) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 oktyabr 2024-cü il müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 6801,33 (altı min səkkiz yüz bir manat otuz üç qəpik) manat əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu, ümumilikdə isə 7129,72 (yeddi min bir yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir. "Bank VTB (Azərbaycan)" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borclu Cavabdeh 6801,33 (altı min səkkiz yüz bir manat, otuz üç qəpik) manat əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat, otuz doqquz qəpik) manat faiz borcu, ümumilikdə isə 7129,72 (yeddi min bir yüz iyirmi doqquz manat,yetmiş iki qəpik) manat məbləğində borcun ödənilməsinin 3 iş günü ərzində təmin edilməsi, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.80-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 23 oktyabr 2024-cü il tarixli “Kredit borcunun restrukturizasiyası” müqaviləsi ilə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir. Bunun nəticəsində cavabdehin banka 23 oktyabr 2024-cü il tarixli “Kredit borcunun restrukturizasiyası” müqaviləsinə əsasən 6801,33 (altı min səkkiz yüz bir manat otuz üç qəpik) manat əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu, ümumilikdə isə 7129,72 (yeddi min bir yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya dair etirazını və ya borcun ödənilməsini təsdiq edən sübutlarlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 91,30 (doxsan bir manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6801,33 (altı min səkkiz yüz bir manat otuz üç qəpik) manat əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7129,72 (yeddi min yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,30 (doxsan bir manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6801,33 (altı min səkkiz yüz bir manat otuz üç qəpik) manat əsas borc, 328,39 (üç yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7129,72 (yeddi min yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,30 (doxsan bir manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar