Məhkəmə qərarları › İş №e-2(004)-5642/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5642/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5642/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47700 manat və dövlət rüsumu olaraq ödənilmiş 233.1 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflərin təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən İddiaçı və Cavabdeh “pul tələbi barədə” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)- 5642/2024 saylı mülki iş üzrə mülki mübahisənin barışıq yolu ilə həll edilməsi üçün barışıq sazişi bağlamışlar. Sazişin şərtləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1.Cavabdeh özünə məxsus olan BMW 5281 minik markalı 10ZZ447 dövlət qeydiyyat nömrə nişanlı (buraxılış ili: 2014, mühərrik: B4900986, Ban: WBA5A5C54FD517050) avtomobili İddiaçı mülkiyyətinə verir və onun adına sənədləşdirir. 2.İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhər 53 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh verdiyi 47700 (qırx yeddi min yeddi yüz) manat məbləğində borc tələbindən imtina edir. 3.Tərəflər qəbul və təsdiq edirlər ki, bu Saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən sonra Sazişin şərtləri ilə bağlı gələcəkdə biri-birilərinə qarşı hər hansı bir iddia və tələbi olmayacaqdır. 4.Bu Sazişin bütün müddəaları tərəflərin iradə ifadəsinə uyğun şəkildə tərtib edilmişdir və götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. 5.Bu Sazişin şərtlərinin pozulması halında hər iki tərəf öz təqsirli hərəkətinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyd-şərtsiz məsuliyyət daşıyır. 6.Bu Saziş azərbaycan dilində, üç nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı andan məhkəmənin işə xitam verməsi üçün əsas hesab olunur, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə iş materiallarında saxlanılır. 7.X2 məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Barışıq sazişinin şərtlərindən görünür ki, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq barışıq sazişi qanunidir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar 2(004)- 5642/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 233.10 (iki yüz otuz üç manat on qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar