Məhkəmə qərarları › İş №e-2(004)-5647/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5647/2022

12.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5647/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 31 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyi üçün aralarında bağlanmış nikahın ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2018ci il tarixli, 2(001)-1608/2018 saylı qətnaməsi ilə onunla keçmiş həyat yoldaşı Cavabdeh arasında bağlanmış nikah ləğv olunmuş və birgə nikahdan olan uşaqları Xanlar və Cəfər onun öhdəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə onların maddi məsrəfləri də artır, özü heç bir yerdə işləmir və bu səbəbdən də uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, onların keçmiş birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü oğlu Mustafazadə Xanlar və xx.xx.2012-ci il təvəllüdlü oğlu Mustafazadə Cəfərin saxlanması üçün ondan hər uşağa görə hər ay 154 manat aliment tutulur. O cümlədən iddiaçı uşaqları ilə ünsiyyətinə həmişə maneçilik törətmişdir. Nikahları pozulandan sonra övladları ilə normal münasibət qura bilməmişdir. Hətta onda olan məlumata görə iddiaçı övladlarının ikisini də internat məktəbinə yerləşdirmiş, o cümlədən uşaqlardan biri qismən, digəri isə daimi olaraq internat məktəbində qalmaqdadır. Buna görə o, iddiaçının və övladlarının yaşayış yeri üzrə Abşeron-Xızı Regional Təhsil idarəsinə, həm də Bakı təhsil idarəsinə müraciət edərək onların hansı internat (təhsil müəssisəsi) məktəbində təhsil alması barədə məlumat verilməsini xahiş etmişdir. Hesab edir ki, əgər övladları qismən və ya daimi əsaslarla internat məktəbində yaşayırsa və onların maddi tələbatları dövlət tərəfindən ödənilirsə, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi əsaslı deyil. Bundan başqa o, Bakı şəhəri Nərimanov rayonu 178 saylı məktəbdə fiziki tərbiyə müəllimi işləyir və onun əmək haqqı vergi tutulmaları çıxıldıqdan sonra 509.46 manat edir. Onun aldığı əmək haqqından başqa gəlir yeri yoxdur və qeyd edilən miqdarda alimentin ödənilməsi imkanı xaricindədir. Əgər həmin aliment məbləği ondan tutulsa, əmək haqqından qalan məbləğ onun yaşayışı üçün kifayət etmir. Əgər məhkəmə qətnaməsi ilə alimentin məbləği artırılsa, o halda onun həmin məbləği ödəmək iqtidarı olmayacaq. Belə olan halda məhkəmə qətnaməsinin icrası mümkün olmayacaq və nəticə etibarilə onun barəsində inzibati xəta və ya cinayət məsuliyyəti ilə bağlı tədbirlər görüləcək. Bu cür tədbirlərin görülməsi də onun həmin artırılmış məbləği ödəmək imkanını artırmayacaq. Halbuki hazırda hər uşağa görə 154 manat alimenti çətinliklə ödəyir. O cümlədən uşaqları saxlamaq və onlara baxmaq hər iki valideynin həm vəzifəsi, həm də borcudur. Deməli o uşaqlarına aliment ödəyirsə, eyni zamanda uşaqların anası da onları maddi cəhətdən təmin etməlidir. Halbuki uşaqlar anasının da yanında qalmır, internat məktəbində qaldıqlarından onların tələbatları dövlət tərəfindən ödənilir. Əgər uşaqlar internatda deyil analarının yanındadırsa, o da ata kimi onlarla ünsiyyətdə olmalıdır. Lakin o ata kimi vəzifəsinii yerinə yetirsə də, hüququndan istifadə edə bilmir. İddiaçı isə ana kimi öz hüquqlarından sui istifadə edir, həm uşaqların, həm onun hüquqlarını pozaraq onun uşaqları ilə ünsiyyətinə mane olur, həm də əsassız olaraq uşaqlardan istifadə edərək ondan vəsait tələb edir. Belə ki, uşaqlar üçün aliment tutularkən tərəflərin maddi vəziyyəti, uşağın əvvəlki təminatı nəzərə alınmalıdır. Odur ki, onların nikahları pozulmazdan əvvəl də onun maddi cəhətdən imkanı bundan yaxşı olmayıb. O zaman da aşağı əmək haqqı ilə ailəsini saxlamışdır. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Buna görə də, iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, hər uşağa görə 180 manat olmaqla alimentin təyin olunmasını xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, uşaqlar astma-xroniki bronxit xəstəliyindən əziyyət çəkir. Onların müalicəsi də kifayət qədər yüksək vəsait tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məhkəmə qətnamə çıxaran zaman Socarda işləmiş və 750 manat məvacib almışdır. Lakin daha sonra müəllim kimi işləməyə başlamış və 440 manat maaş almışdır. Özünün də xəstəliyi vardır. Xəstəliyini müalicə etdirmədən ağrılarla yaşayır. Çünki əgər əməliyyat olunsa, dərslərində iştirak edə bilməyəcək aliment ödədiyinə görə də aliment borcları yığılacaqdır. Böyük oğlu hemofiliya xəstəsidir və onun da müailəci yoxdur. Onlar dövlətin qayğısındadırlar. Onlara dövlət ianə ayırır. Xəstəliyə görə 200 manat pensiya alır, 3-cü qrup əlildir, anasına isə qulluğa görə 80 manat məbləğində pul vəsaiti ödəniş olunur. Bu xəstəlikdə qanda müəyyən plazma çatışmır, həmin plazma da dövlət tərəfindən təşkil olunur. Bunun üçün uşağın anası hər hansısa bir xərc çəkib dərman alıb uşağı müalicə etdirmir. Bunu bəhanə edib alimentin artırılmasını tələb etmək olmaz. İddia tələbini isə hər uşağa 170 manat olmaqla 340 manat məbləğində qəbul edə bilər. Bundan artıq məbləği isə qarşılamağa maddi imkanı yoxdur. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2022xx.xx.2023-cü il tarixədək müddətli müqavilə əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi Nərimanov rayonu 178 saylı məktəbdə fiziki tərbiyə müəllimi işləyir və onun aylıq əmək haqqı 613,33 manat, karta köçürülən məbləğ 509,46 manat təşkil edir. İş materiallarında olan Nikahın pozulması haqqında Şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 172 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1608/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında 30 dekabr 2008-ci il tarixində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1525 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan 05 mart 2011-ci il təvəllüdlü X3 və 16 fevral 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 16 fevral 2012-ci il təvəllüdlü X4 X1ndan alınıb anası İddiaçı himayəsinə verilməsi, 05 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 avqust 2017ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixədək hər ay sabit pul məbləğində 137 manat, 01 yanvar 2018-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin, 16 fevral 2012-ci il təvəllüdlü X4 isə ananın faktiki himayəsinə verildiyi vaxtdan başlayaraq yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 642312 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 03 mart 2011-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 849851 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 16 fevral 2012-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 05 mart 2011-ci il təvəllüdlü X3 və 16 fevral 2012-ci il təvəllüdlü X4 təhsil aldığı müəssisənin müəyyənləşdirilməsi məqsədilə “Ümumi təhsil müəssisələrinin informasiya sistemi”ndə axtarış aparılmış, onların adları Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin hər hansı birində aşkar edilməmişdir. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uşaqların mənafeyinin müdafiəsi baxımından müraciətdə qeyd edilən məlumatların Təhsil İdarəsi tərəfindən verilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də əvvələr təyin edilmiş aliment məbləğinin artırılaraq bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqları maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 05 mart 2011-ci il təvəllüdlü X5 və 16 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar