Məhkəmə qərarları › İş №e-2(004)-57/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-57/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-57/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tariхli, 2022/00235-01 №-li kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 14587,38 manat məbləğində qalıq, ona hesablanmış 2237,87 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 17825,25 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllə, mənzil 67 (Yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən 122,20 kv.m ümumi sahədən ibarət olan mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 14587,38 manat məbləğində qalıq, ona hesablanmış 2237,87 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu,cəmi 17825,25 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tariхli, 2022/00235-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 16800 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllə, mənzil 67 (Yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən 122,20 kv.m ümumi sahədən ibarət olan mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ xx.xx.2021-ci il tarixli, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyester № **********25-05301-093086) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-cü il tariхli, 2022/00235-01EY №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyestr № **********25-05301-093086). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 170.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: xx.xx.2023cü il tarixinə kreditin əsas borcu üzrə 14587,38 manat məbləğində qalıq, ona hesablanmış 2237,87 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 17825,25 manat məbləğində borc yaranmışdır. Qeyd edilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 cəmi 17825,25 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllə, mənzil 67 (Yeni qaydalarla:AZ 1102, ünvan 1 ünvanında yerləşən 122,20 kv.m ümumi sahədən ibarət olan mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cəmi 17825,25 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144 manat məbləğində pulun İddiaçı BOKT ASC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi AZEMİS vasitəsi ilə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, bankla məbləğin ödənilməsi ilə bağlı razılıq əldə etməyə çalışsalar da mümkün olmamışdır. Əsas borcu və ekspert rəyindəki faiz məbləğini qəbul edir və tələbin ipoteka predmetinə yönəldilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 27 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank – İddiaçı BOKT ASC tərəfindən müştəriyə – Cavabdeh2 istehlak məqsədi üçün 36 ay müddətinə illik 30% ödəmək şərtilə 16800 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. - İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01EY saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 ünvanında yerləşən 122,20 kv.m. ümumi sahədən ibarət olan mənzili bank qarşısında yüklü etmişdir. - İddiaçı BOKT ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli borc haqqında arayışa əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 nömrəli kredit müqaviləsinə üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 14587,38 manat əsas, 2237,87 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə, cəmi 17825,25 manat məbləğində borcu vardır. - İddiaçı BOKT ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tariхli, 2022/00235-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 14587,38 manat əsas borcu, 2018,99 manat faiz borcu və 3376,80 manat cərimə borcu olmaqla, cəmi 19983,17 manat borcu yaranmışdır. Borcun 21 gün müddətində ödənilməməsi təqdirdə, kredit müqaviləsini ləğvi, müqavilədən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişlər. - İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı BOKT ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvan 5 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 144 (yüz qırx dörd) manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1404/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, iş rəylər verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəylər alınanadək dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2106 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 2022/00235-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: sualda qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 14.989,55 manat; faiz borcu üzrə - 1.697,77 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 14.989,55 manat; faiz borcu üzrə - 1.922,61 manat. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-57/2025 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün “X2 Mərkəzi” MMC-yə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. - “X2 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-061/2025 saylı hesabatın nəticə hissəsindən müəyyən olunur ki, ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 ünvanında yerləşən mənzilin real bazar dəyəri 270000 manat və likvid dəyəri 243000 manat təşkil edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 30 faiz olmaqla 16800 manat məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 banka ipoteka qoyulmuşdur. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 14587,38 manat, faiz borcu üzrə 2237,87 manat və cərimə borcu üzrə 1000 manat borcu vardır. Məhkəmə iddia tələbinin “xx.xx.2022-cü il tariхli, 2022/00235-01 №-li kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kreditin əsas borcu üzrə 14587,38 manat məbləğində qalıq, ona hesablanmış 2237,87 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 17825,25 manat borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2022-cü il tariхli, 2022/00235-01 №-li kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab ediməli, Cavabdeh2 14587,38 (on dörd min beş yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat əsas borc, 1697,77 (bir min altı yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 16485,15 (on altı min dörd yüz səksən beş manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2106 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 2022/00235-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan borcu: əsas borc üzrə - 14.989,55 manat; faiz borcu üzrə - 1.697,77 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas borcun tutulması hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tariхli, 2022/00235-01 nömrəli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab edilməli və əsas borc iddia tələbi həcmində - 14587,38 manat, faiz üzrə borc məbləği xx.xx.2023-cü il tarixə hesablanmış ekspert rəyinə əsasən tutulmalı, həmin hissədə iddia qismən təmin olunaraq cavabdehdən xx.xx.2022-ci il tariхli, 2022/00235-01 nömrəli kredit müqaviləsi üzrə 1697,77 manat faiz bocu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2022-cü il tariхli, 2022/00235-01 nömrəli kredit müqaviləsi üzrə 200 (iki yüz) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş mənzilə yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 tutulmalı olan borc ipoteka yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 ünvanında yerləşən 122,20 kv.m. ümumi sahədən ibarət olan mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 243000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tariхli, 2022/00235-01 №-li kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab edilməli, Cavabdeh2 14587,38 (on dörd min beş yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat əsas borc, 1697,77 (bir min altı yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 16485,15 (on altı min dörd yüz səksən beş manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 ünvanında yerləşən 122,20 kv.m. ümumi sahədən ibarət olan mənzilə yönəldilməli, mənzil ilkin satış qiyməti 243000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 133 (yüz otuz üç) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00235-01 nömrəli istehlak kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab edilsin. Cavabdeh2 14587,38 (on dörd min beş yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat əsas borc, 1697,77 (bir min altı yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 16485,15 (on altı min dörd yüz səksən beş manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: AZ1102, ünvan 2 ünvanında yerləşən 122,20 kv.m. ümumi sahədən ibarət olan mənzilə yönəldilsin, mənzil ilkin satış qiyməti 243000 manat müəyyən olunmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. Ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 133 (yüz otuz üç) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar