Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5703/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “liftdən istifadə etməyə yaradılmış maneənin aradan qaldırılması və liftə quraşdırılmış cihazın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “liftdən istifadə etməyə yaradılmış maneənin aradan qaldırılması və liftə quraşdırılmış cihazın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan: AZ 1065, ünvan 10 yerləşən binanın liftlərindən istifadəyə yaradılan maneənin aradan qaldırılması yəni liftə yerləşdirilmiş qanunsuz cihazın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvan: AZ 1065, ünvan 3 yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Belə ki, xx.xx.2017-ci il tarixdə cavabdeh "Xəzər Mənzil- Servis” X5 ilə İddiaçı arasında mənzil-kommunal xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 4 ünvanda yerləşən 15-ci mərtəbədə, sahəsi 150 kv.m. olan 3 otaqlı, 54 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyətin həyata keçirilməsini, iddiaçı isə müəyyən olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən yay və qış aylarında 141 manat məbləğində xidmət haqqı cavabdehə ödənilmişdir. Qeyd edir ki, sözügedən müqavilədə nəzərdə tutulmadığı halda "Xəzər Mənzil-Servis” X1suz şəkildə binanın ümumi istifadəsində olan, sakinlər üçün nəzərdə tutulan liftə aparat yerləşdirmiş, sakinlərə liftdən istifadə etmək üçün kart verilmişdir. Lakin xidmət haqqının hətta bir gün gecikdirilməsi halında belə tamamilə əsassız şəkildə cavabdeh tərəfindən liftdən istifadəni təmin edən kart deaktiv edilərək avtomatik qaydada bloklanır və binanın sakinlərinin yaşayış sahəsinə giriş-çıxış imkanları məhdudlaşdırılır. Digər sakinlər tərəfindən dəfələrlə həmin qanunsuz hərəkətlərlə bağlı polis orqanlarına müraciət olunmuş, lakin indiyədək cavabdehin sözügedən əməllərinin qarşısı alınmamışdır. Müxtəlif dövrlərdə İddiaçı da liftdən istifadəni təmin edən kartı deaktiv edilmiş, mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Hesab edir ki, digər sakinlərə və müəyyən dövrlərdə iddiaçıya liftdən istifadəyə yaradılan bu maneə aradan qaldırılmalıdır. Bundan başqa, sözügedən binanın liftlərindən biri uzun müddətdir işlək vəziyyətdə olmasına baxmayaraq istifadəyə verilmir ki, bu da cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini göstərir. Halbuki cavabdeh müqavilə üzrə liftlərin fasiləsiz işləməsini və sakinlərin istifadəsinə təqdim edilməsini təmin etməyə borcludur. Liftin hazır vəziyyətdə saxlanılmasına baxmayaraq istifadəyə verilməməsi sakinlərin gündəlik məişət tələbatlarını ödəməsini çətinləşdirir, onların rahatlığına mane olur və mülkiyyət hüququnun faktiki həyata keçirilməsini məhdudlaşdırır. Hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş yuxarıda qeyd edilən hərəkətlər birbaşa olaraq iddiaçının konstitusion qaydada təminat verilən mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilədir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 37, mənzil 54 ünvanında yeni qaydalarla AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 90, mərtəbə 15, mənzil 4 ünvanında yerləşən binanın liftlərindən istifadəyə yaradılan maneənin aradan qaldırılması yəni liftə yerləşdirilmiş qanunsuz cihazın ləğv edilməsi, qanunsuz cihazın ləğv edilməyəcəyi təqdirdə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 37, mənzil 54 ünvanında yeni qaydalarla AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 90, mərtəbə 15, mənzil 4 ünvanında yerləşən binanın liftlərindən istifadəyə yaradılan maneənin aradan qaldırılması yəni, liftlərdən istifadəsinə maneənin aradan qaldırılması və gələcəkdə belə maneənin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 37, mənzil 54 ünvanında yeni qaydalarla AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 90, mərtəbə 15, mənzil 4 ünvanında yerləşən binanın liftlərindən istifadəyə yaradılan maneənin aradan qaldırılması yəni liftə yerləşdirilmiş qanunsuz cihazın ləğv edilməsi, qanunsuz cihazın ləğv edilməyəcəyi təqdirdə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 37, mənzil 54 ünvanında yeni qaydalarla AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 90, mərtəbə 15, mənzil 4 ünvanında yerləşən binanın liftlərindən istifadəyə yaradılan maneənin aradan qaldırılması yəni, liftlərdən istifadəmə maneənin aradan qaldırılması və gələcəkdə belə maneənin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, liftə cihaz qoyulması ilə bağlı 70 nəfər mənzil mülkiyyətçiləri ilə razılıq əldə olunduğunu, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Sifarişçi İddiaçı ilə İcraçı "xxxx" MMM arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” öz üzərinə, ünvan 5 ünvanda yerləşən 15-ci mərtəbədə, sahəsi 150 kv.m olan 2 otaqlı, 54 saylı mənzilin sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s. öhdəliyini üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 qaydalarla: AZ 1065, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 152.4 kv.m. olan mənzil İddiaçı adına xx.xx.2019-cu il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" X5 tərəfindən kommunal xidmət göstərilən Bakı şəhəri, Yasamal rayonu, Z.Əhməbəyov 90 (İlqar İsmayılov 37) ünvanda yerləşən yaşayış binasının mənzil mülkiyyətçiləri və mənzil sahibləri arasında keçirilmiş sorğunun xx.xx.2025-ci il tarixli protokoluna əsasən təhlükəsizlik, nəzarət və kommunal xidmət haqqının yığılmasının intensivliyi məqsədilə liftlərə smart-kart sisteminin quraşdırılmasına binanın mənzil mülkiyyətçiləri imza çəkməklə razılıqlarını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 8.0.1-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri də qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlərdir. 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 45.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 9 qaydalarla: ünvan 3 yerləşən, ümumi sahəsi 152,4 kv.m olan mənzilin mülkiyyətçisidir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə mənzil-kommunal xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 8 ünvanında yerləşən yaşayış binasında mənzil sahiblərinə sahə-kommunal xidmətlərin göstərilməsini, həyətyanı sahənin abad saxlanılmasını və digər xidmətlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MMM tərəfindən İddiaçı mənzilindən istifadə edilməsinə görə liftdən istifadəyə maneələr yaradılmış və qeyd olunan yaşayış binasının liftlərinə smart-kart sistemi quraşdırılmışdır. Hazırda İddiaçı ünvan 9 ünvan: AZ 1065, ünvan 10 ünvanında yerləşən yaşayış binasının liftlərindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, liftdə quraşdırılmış qanunsuz cihazın ləğv edilməsi, həmin cihazın ləğv edilmədiyi təqdirdə isə liftlərdən istifadəsinə maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələrin yaradılmasının qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Qanunvericiliyin tələbinə görə mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir və yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil mülkiyyətçisi mənzil üzərində mülkiyyət hüququ əldə etməklə yanaşı, həmin ümumi istifadə sahələrindən də sərbəst istifadə etmək hüququna malik olur. Göründüyü kimi, İddiaçı mənzilin dəyərini tam ödədiyindən və həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından mənzil ilə yanaşı, həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə də mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya liftdən istifadəyə maneələrin yaradılması qanunsuz hesab edilməli və iddiaçıya liftdən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddiaçının yaşayış binasının liftinə yerləşdirilmiş qanunsuz cihazın ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən liftlərə quraşdırılmış smart-kart sistemi binada yerləşən digər mənzil mülkiyyətçilərinin razılığı ilə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sorğu protokoluna əsasən, bir sıra mənzil mülkiyyətçiləri tərəfindən sistemin quraşdırılmasına razılıq verilmişdir. Həmçinin iddiaçı kart sisteminin bütövlükdə ləğvini deyil, yalnız özünə münasibətdə liftlərdən istifadəyə tətbiq edilən məhdudiyyətin (kartın deaktiv edilməsi, liftdən istifadəni məhdudlaşdıran digər halların) aradan qaldırılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, çoxmənzilli yaşayış binalarında liftlərdən xüsusi kart vasitəsilə istifadə edilməsi (kart sisteminin tətbiqi) liftlərin təmiz saxlanması, onların texniki baxımından daha uzun müddətli saz vəziyyətdə istismarı, eləcə də bina sakinlərinə təhlükəsiz şərait yaradılması, kənar şəxslərin liftlərə daxil olmasının qarşısını almaq məqsədi daşıyır ki, bu sistemin qalması həm binanın digər sakinləri, eləcə də iddiaçının özünün təhlükəsizliyi baxımından da məqsədəuyğundur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 9 qaydalarla: ünvan 3 yerləşən binanın liftlərindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və İddiaçı liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 9 qaydalarla: ünvan 3 yerləşən binanın liftlərindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və İddiaçı liftlərdən sərbəst istifadə etməsi üçün şərait yaradılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-5703/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5703/2025
05.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver