Məhkəmə qərarları › İş №e-2(004)-576/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-576/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-576/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1910,05 manat əsas borcu və 01,50 manat faiz borcu olmaqla, cəmi 1911,55 manat borcun və ödənilmiş 42,26 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24%-lə, 48 ay müddətinə 2750 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.164744 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi xx.xx.2021-ci il tarixli V-100 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1910.05 manat əsas borcu və 1.50 manat faiz borcu olmaqla, cəmi 1911.55 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-16032/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, anası uzun sürən xəstəlikdən vəfat etmişdir. Kredit onun xəstəliyinin müalicəsi üçün götürülmüşdür. İddianı qəbul etsə də, hal-hazırda həmin məbləği birdəfəlik ödəmək imkanında deyildir. Hər ay hissə-hissə olmaqla ödəyə bilər. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********15 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24% ödəmək şərtilə 2750 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 1910,05 manat əsas borcu və 01,50 manat faiz borcu olmaqla, cəmi 1911,55 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 164744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 335 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin notariusu tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli 741 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixli V-100 nömrəli vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bu günə məlum olan tək vərəsəsi - qızı Cavabdeh olmağı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən təqdim edilmiş vərəsəlik işindən müəyyən olunur ki, X2 vərəsəsi Məmmədzadə (Caniyeva) Arzu Adil qızı mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan X6 26 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı X1 irs qalmış mirasın ona çatası hissəsindən X8 xeyrinə imtina edir. Həmçinin bildirir ki, birgə nikah dövründə əldə olunan əmlakın ½ hissəsinə dair ayrıca mülkiyyət hüququ haqqında şəhadətnamə istəmir. İş materiallarında olan "xxxx" ASC-nin X2 vərəsəsi Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741-ci, 1151.1 və 1306.1-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Cavabdeh mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və o, borclunun yeganə vərəsəsidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə “Borcalan” X4 “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 42,26 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1910,05 (min doqquz yüz on manat beş qəpik) manat əsas borc, 01,50 (bir manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1911,55 (min doqquz yüz on bir manat əlli beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,26 (qırx iki manat iyirmi altı qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1910,05 (min doqquz yüz on manat beş qəpik) manat əsas borc, 01,50 (bir manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1911,55 (min doqquz yüz on bir manat əlli beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,26 (qırx iki manat iyirmi altı qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar