Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5762/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ƏDV-nin qaytarılmaması nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ƏDV-nin qaytarılmaması nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə imzalanmış 28 noyabr 2022-ci il tarixli 0599 saylı payçı müqaviləsinə görə ödədiyi ƏDVnin geri qaytarılmaması nəticəsində ona dəymiş 8.992,94 manat məbləğində maddi zərərin Avant Group” MTK-dan tutularaq iddiaçıya ödənilməəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh MTK ilə 28 noyabr 2022-ci il tarixli 0599 saylı payçı müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksində 8-ci bina, 8ci blok, 4-cü mərtəbə, 5 saylı, 102,80 kv.m sahəli mənzili satmışdır. Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 166.536 manat olmuş, bunun 29.976,48 manatı ƏDV təşkil etmişdir. Qanunvericiliyə əsasən iddiaçıya ödənilmiş ƏDV-dən 8.992,94 manat dövlət büdcəsindən geri qaytarılmalı idi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ƏDV-nin qaytarılması Qaydaları”na əsasən, satıcı alıcının(payçının) ödədiyi məbləğin ƏDV hissəsini ayrıca ƏDV depozit hesabına köçürməli və müvafiq elektron qaimə-faktura tərtib etməli idi. Lakin cavabdeh bu öhdəliklərini icra etməmiş, iddiaçının ödədiyi bütün məbləği yalnız öz hesabına qəbul etmişdir. ƏDV depozit hesabına vəsait köçürülmədiyindən və elektron qaimə-faktura verilmədiyindən iddiaçı Vergilər Nazirliyi qarşısında ƏDV-ni geri qaytarmaq hüququndan faktiki olaraq məhrum olmuşdur. Mülki Məcəllənin 422, 439, 447 və 1096-cı maddələrinə əsasən, müqavilə öhdəliklərinin pozulması nəticəsində qarşı tərəfə vurulan zərər ödənilməlidir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən ona dəymiş 8.992,94 manat məbləğində maddi zərərin ödənilməsini tələb edir. Məhkəməyə müraciətdən əvvəl iddiaçı Cavabdeh MTK-ya xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət etmiş, lakin cavab almamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət etmişdir. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək, İddiaçıCavabdeh MTK-ya qarşı maddi ziyan tələbinin heç bir hüquqi əsası olmadığı və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyan tələbinə dair iddiası əsassızdır. İddia tələbi üzrə Cavabdeh MTK İddiaçı ilə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Payçı Müqaviləsi üzrə iddiaçı cavabdehin hesabına köçürdüyü 166 536 (bir yüz altmış altı min beş yüz otuz altı) manat məbləğin yekun ƏDV məbləğinin güzəşt hissəsinin cavabdehdən maddi zərər olaraq birdəfəlik alınması tələb olunur. Halbuki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına (bundan sonra “Qayda” adlanacaq) dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışından ƏDV məbləği “Operator” kimi tanınan AR Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. Yəni Qayda üzrə ƏDV məbləği AR Dövlət Vergi Xidməti tərəfindən alıcı vətəndaşa ƏDV məbləğinin 30%-ni qaytarır. Bu səbəbdən Qayda üzrə tərəflər vətəndaş və AR Dövlət Vergi Xidməti olduğu kimi məhkəmə işi üzrə də A.R. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən İddiaçı vətəndaş İddiaçı olduğu təqdirdə cavabdeh AR Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi olmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən İnzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 2.1,-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair İşlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. ”Həmin Məcəllənin 2.2.3.-cü maddəsi üzrə “inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)” inzibati məhkəmə icraatı qaydası müəyyən edilmişdir. İddia Ərizəsində AR Mülki Məcəlləsinin 16-cı maddəsinə istinad edilməklə, qeyd edilmişdir ki, “fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” Halbuki, Cavabdeh MTK ekoloji sağlam “AVANT PARK” Yaşayış Kompleksini qapalı həyəti ilə birgə tam təhlükəsiz şəkildə nəinki İddiaçı, həmçinin Yaşayış Kompleksinin bütün sakinlərinə mənzillərini təqdim edir. Cavabdeh MTK-nın niyyəti yalnız və yalnız müştəri məmnuniyyətinin qazanılmasıdır ki, bütün müştəri sakinləri qarşısında öz üzərinə düşən öhdəliklərini yerinə yetirməkdir. Qayda üzrə ƏDV məbləğinin güzəşt hissəsinin geri qaytarılması barədə məlumatın verilməsi isə yuxarıda qeyd edildiyi kimi birbaşa AR Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin öhdəliyidir. Alıcı vətəndaş olaraq İddiaçı Qaydanın tələbləri üzrə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vaxtında müraciət etməli olması, ƏDV məbləğini MTK-nın ƏDV depozit hesabına, cari məbləği isə cari hesaba ayırmaqla ödəməli olması və Alıcı olaraq Qaydanın digər tələblərinə əməl etməli olması inzibati hüquq münasibətlərində araşdırılmalıdır. Halbuki, iddia ərizəsində 29 976,48 manat olaraq yanlış hesablanmış ƏDV məbləğindən yanlış 8,992,94 manat ƏDV-nin güzəşt məbləği maddi zərər kimi müəyyən edilmişdir. İddiaçının 7 621,13 manat ƏDV-nin güzəşt məbləği hesablanıb, aidiyyatı üzrə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məlumatı aidiyyatı üzrə ötürməlidir. Buradan da və Qaydanın mahiyyətindən də aydın olur ki, Operator funksiyalarını daşıyan vergi qurumu ilə Alıcı vətəndaşın bir-biri qarşısında öhdəlikləri vardır. İddiaçı əgər vergi orqanına müraciət etmişdirsə, ona imtina verilməlidir ki, bu kimi imtinaların əsası da elektron qaimənin olmaması əsas gətirilmir. Elektron qaimənin MTK tərəfindən kəsilə bilməməsi xx.xx.2022-ci il tarixində vergi orqanının bəyan etdiyi Portalın çalışmaması ilə əlaqədar olmuş, nəticə etibarilə gec də olsa xx.xx.2022-ci il tarixindən sonrakı dövr üzrə qaimələr kəsilmişdir. Ümumiyyətlə, Qayda qəbul olunub, qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövrdə alıcı müştərilərin elektron kabineti yaradılmadığı üçün tərəflərindən İddiaçıya e-qaimə göndərilməsi mümkün olmamışdır. Buna baxmayaraq İddiaçı tərəfindən ödənilən ƏDV daxil 166 536 (bir yüz altmış altı min beş yüz otuz altı) manat məbləğin 25 403,79 (iyirmi beş min dörd yüz üç) manat 79 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi tərəflərindən Dövlət Vergi Xidmətinə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və AVANT Group MTK-nın hər hansı bir ƏDV öhdəliyinin olmamasına dair Akt tərtib edilmişdir. Qoşmada Aktın surəti əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Səyyar vergi yoxlamasının aktından görünür ki, Cavabdeh hər hansı ƏDV öhdəliyi yoxdur. Mənzilin satışından ƏDV məbləği operator kimi tanınan Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Group MTK ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli 0599 nömrəli payçı müqaviləsinə əsasən tərəflər aralarında razılığa gəlmişlər. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, İddiaçı "xxxx" Group MTK-dan satın aldığı mənzili təhvil almışdır. İş materiallarında olan "xxxx" Group MTK-nın 15 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 28 noyabr 2022-ci il tarixli 0599 nömrəli payçı müqaviləsinə əsasən mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 iyun 2025-ci il tarixli məktubunda qyed edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Təsdiq edilmiş qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda (https://new.e-taxes.gov.az/eportal/az /login/) qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir: - yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti (alqı-satqı müqaviləsi);- alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi. İş materiallarında olan Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın xx.xx.2025-ci il tarixli formasına əsasən qaytarılacaq ƏDV-nin məbləği 7621.14 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdeh "xxxx" Group MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı caavbdehdən Cavabdeh MTK ilə imzalanmış 28 noyabr 2022-ci il tarixli 0599 saylı payçı müqaviləsinə görə ödədiyi ƏDV-nin geri qaytarılmaması nəticəsində ona dəymiş 8.992,94 manat məbləğində maddi zərəri ödəməyi və bu pretenziya məktubu cavabdehə çatdıqdan 3 (üç) gün ərzində iddiaçıya cavab verməyi xahiş etmiş, əks halda, məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və AVANT Group MTK-nın hər hansı bir ƏDV öhdəliyi müəyyən edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Group MTK arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli 0599 nömrəli payçı müqaviləsi üzrə razılığa gəlmişlər. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq "xxxx" Group MTK-ya ödənilmişdir. Lakin iddiaçı tərəfindən mənzilin dəyəri olaraq ödənilmiş məbləğin ƏDV-nin qaytarılması mümkün olmamışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsində qeyd etmişdir ki, elektron qaimənin MTK tərəfindən kəsilə bilməməsi xx.xx.2022-ci il tarixində vergi orqanının bəyan etdiyi Portalın çalışmaması ilə əlaqədar olmuş, nəticə etibarilə gec də olsa xx.xx.2022-ci il tarixindən sonrakı dövr üzrə qaimələr kəsilmişdir. Ümumiyyətlə, Qayda qəbul olunub, qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövrdə alıcı müştərilərin elektron kabineti yaradılmadığı üçün tərəflərindən İddiaçıya e-qaimə göndərilməsi mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən ödənilən ƏDV daxil 166 536 manat məbləğin 25 403,79 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi tərəflərindən Dövlət Vergi Xidmətinə ödənilmişdir. Həmçinin cavabdehin nümayəndəsi izahatından və iş materiallarında olan səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və AVANT Group MTK-nın hər hansı bir ƏDV öhdəliyi müəyyən edilməmişdir. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı 28 noyabr 2022-ci il tarixli 0599 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" Group MTK-nin bank hesabına köçürülmüş ƏDV məbləğinin, yəni 8.992,94 manatın alınaraq ona ödənilməsini xahiş etsə də, hazırki ƏDV məbləği cavabdeh qismində göstərilən "xxxx" Group MTK tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geri qaytarılmalıdır. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı ƏDV-nin geri qaytarılması tələbi üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV-nin geri qaytarılması üçün məlumatların müvafiq quruma (Maliyyə Nazirliyinə) ötürülməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusuyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıçının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “ƏDV-nin qaytarılmaması nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “ƏDV-nin qaytarılmaması nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5762/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5762/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver