Məhkəmə qərarları › İş №e-2(004)-580/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-580/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-580/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 4100 (dörd min bir yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Eyni zamanda, Cavabdeh 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Banka müraciət edərək ona istehlak məqsədilə illik 26,5 (iyirmi altı, 50) faiz hesablanması (kredit alan tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl edildiyi halda, faiz dərəcəsi 5 faiz endirilir) şərti ilə 60 (altmış) ay müddətinə 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ərizələrində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğlərdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin xx.xx.2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.975,26 (üç min doqquz yüz yetmiş beş, 26) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç, 78) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz, 75) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz, 79) manat məbləğində borcu və xx.xx.2022- ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı, 13) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki, 95) manat məbləğində cərimə, ümumilikdə 10209,08 (on min iki yüz doqquz, 08) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 315522-CNS-34316 saylı və xx.xx.2022-ci il tarixli 315522-1- 34653 saylı müştəri ərizələrindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. xx.xx.2022-ci il tarixli 315522-CNS-34316 saylı və xx.xx.2022-ci il tarixli 315522-1-34653 saylı müştəri ərizələrindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3.975,26 (üç min doqquz yüz yetmiş beş, 26) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç, 78) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz, 75) manat məbləğində cərimə, ümumilikdə isə 4.768,79 (dörd min yeddi yüz altmış səkkiz, 79) manat pul məbləğinin; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı, 13) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki, 95) manat məbləğində cərimə, ümumilikdə 10.209,08 (on min iki yüz doqquz, 08) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 134,93 (bir yüz otuz dörd, 93) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə vəsatət ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmənin müvafiq iclas protokoluna qeyd edilməklə, qərarı ilə vəsatət təmin olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında Banka 3.975,26 (üç min doqquz yüz yetmiş beş, 26) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç, 78) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz, 75) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz, 79) manat məbləğində borcu yaranmışdır. Həmçinin, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 may 2022-ci il tarixli, 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9240 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında Banka 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı, 13) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki, 95) manat məbləğində cərimə, ümumilikdə 10.209,08 (on min iki yüz doqquz, 08) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən 3.975,26 (üç min doqquz yüz yetmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4.768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10.209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-cü maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 134,93 (bir yüz otuz dörd manat 93 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3975,26 (üç min doqquz yüz yetmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. İş üzrə ödənilmiş 134,93 (bir yüz otuz dörd manat 93 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar