Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5827/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Delta GS Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin olaraq İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Binəqədi-25 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 6000 manat məbləğində borcun, 1000 manat məbləğində kompensasiya məbləğinin və 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə, cavabdeh “Binəqədi-25 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli, 11 nömrəli və xx.xx.2024-cü il tarixli, 14 nömrəli müqavilələr imzalanmışdır. Hər iki müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən, Cavabdeh MMMC-yə mühafizə xidməti göstərilməsi nəzərdə tutulmuşdur. İddiaçı olaraq müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Lakin cavabdeh tərəf müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyərini tam ödəməmişdir. Hazırda cavabdeh “Binəqədi-25 MMMC-nin, hər iki müqavilə üzrə 2024-cü ilin iyun, iyul və avqus ayları üzrə ümumilikdə ödənilməmiş 6000 (altı min) manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi, daha sonra isə yazılı xx.xx.2024- cü il tarixli, 111 nömrəli, xx.xx.2024-cü il tarixli Bildiriş və xx.xx.2025-ci il tarixli Pretenziyanın cavabdehin elektron vergi kabinetinə göndərilməsinə baxmayaraq, borc öhdəliyini hələ də bu günə kimi icra etməmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11 nömrəli və xx.xx.2024-cü il tarixli, 14 nömrəli Mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixdə, 1121-MM8-0208 nömrə ilə qeydiyyata alınaraq nizamnamə təsdiq edilmiş, cəmiyyətin nizamnaməsinə əsasən X6 (Cavabdeh MMMC) 2 il müddətinə qanuni təmsilçi təyin edilmişdir. Qanuni təmsilçi olaraq Elvin Rəhimovun səlahiyyət müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin heç bir səlahiyyəti olmadan X1 müddətinin bitməsinə baxmayaraq möhürü təhvil verməmiş, eyni zamanda nizamnamənin tələblərinə zidd olaraq ümumi yığıncağın qərarı olmadan İddiaçı MMC ilə xidmət müqaviləsi bağlamış, bununla bağlı cəmiyyətin ümumi yığıncağını xəbərdar etməmişdir. Belə ki, Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Nizamnaməsinin 10.1 -ci maddəsinə əsasən Cəmiyyətin idarə heyətinin sədri 2 (iki) il müddətinə seçilir. Bununla da onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC arasında bağlanmış müqavilənin formal xarakterli bir müqavilə olması, beləliklə müqavilənin etibarsız olması öz təsdiqini tapmışdır. Belə ki, müqavilə bağlanarkən Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin hətta VÖEN-i və bank hesabı belə olmamış, bundan da İddiaçı MMC tam olaraq məlumatlı olmuşdur. Bu hal sözügedən müqavilələrdə öz əksini tapmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 4.1-ci maddəsinə əsasən Müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 01 (bir) il müddətinə bağlanmasına baxmayaraq heç bir zərurət olmadan xx.xx.2024-cü il tarixdə tərəflər arasında yeni müqavilə bağlanmış, yeni müqavilədə isə müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək, yəni 08 ay müddətinə müəyyən edilmişdir. Halbuki, hər iki müqavilə üzrə ödəniləcək aylıq ödənişlər 1800 manat müəyyən edilsə də, müqavilə üzrə postların sayı da fərqli şəkildə qeyd edilmiş, bu da öz növbəsində müqavilələrin tamamilə formal xarakter daşıdığını və etibarsız olduğunu göz önünə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Delta GS Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanuni nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq qarşılıqlı iddianı müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə prosesdə iştirak edən şəxləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 08 fevral 2024-cü il tarixli, 11 saylı mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı MMC arasında mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə mühafizə olunan obyekt ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasıdır (“X9” layihəsi). Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətin dəyəri 1800 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli, 14 saylı mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı MMC arasında mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə mühafizə olunan obyekt Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 117/119-dir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətin dəyəri 1800 manat məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanlanmış 31 avqust 2024-cü il tarixli 111 saylı bildirişə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən və ünvan 3 binalarında mühafizə xidmətinin göstərilməsi haqqında bağlanmış müqavilələrə xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə akt tərtib edilmişdir. Buna səbəb, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən bağlanmış müqavilələrin şərtlərini pozmaqla iyun, iyul, avqust aylarının ümumi məbləğ 6000 manat pulun ödənilməsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xitam aktının surətindən görünür ki, 11 və 14 saylı 2024-cü il tarixli mühafizə xidmətlərinin göstərilməsi haqqında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 316-5/2-13-4104/2024 saylı məktubu ilə müəyyən edilir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X6 olmuşdur (səlahiyyət müddət xx.xx.2023-cü il tarixdə bitmişdir). İş materiallarında olan 13 noyabr 2025-ci il tarixli, xx-xx/2025 saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli 11 nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 18) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə dəyəri 12.800 manat məbləğ olduğu halda şirkətə 8000 mzanat vəsait ödənilmişdir. Qalıq borc 4800 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 14 nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Səbail rayonu, Xanlar 117/119) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə dəyəri 6000 manat olduğu halda şirkətə 4800 manat vəsait ödənilmişdir. Qalıq borc 1200 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında 11 və 14 saylı 2024-cü il tarixli mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı İddiaçı MMC müqavilədə nəzərdə tutulan obyekti müəyyən edilən şərtlərlə və qaydada mühafizə etməyi, sifarişçi "xxxx" MMMC isə xidməti qəbul edib müqavilə ilə müəyyənləşdirilən pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, cavabdehə mühafizə xidmətləri göstərmişdir. Bu hal cavabdeh tərəfindən də təsdiq edilməklə mübahisələndirilmir. Lakin cavabdeh iyun, iyul və avqust ayları üzrə şərtləşdirilmiş xidmət haqlarını ödəməmişdir. Hazırda iddiaçı ödənilməmiş xidmət haqlarının və müvafiq kompensasiya məbləğinin ona ödənilməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adından müqavilə bağlamış Elnur Rəhimovun səlahiyyət müddətinin bitməsinə istinad edərək müqavilənin etibarsızlığını irəli sürür. Məhkəmə ilk növbədə ilkin iddiaya münasibət bildirməklə hesab edir ki, ilkin iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflər arasında mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdeh MMMC-nin idarəçiliyində olan binaya xidmət göstərmişdir. Cavabdehin qanuni təmsilçisi də bu halı təsdiq edir. Təqdim edilən maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ödənişlər qismən həyata keçirilmiş, xx.xx.2024-cü il tarixli 11 nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 18) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə dəyəri 12.800 manat məbləğ olduğu halda şirkətə 8000 mzanat vəsait ödənilmişdir. Qalıq borc 4800 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 14 nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Səbail rayonu, Xanlar 117/119) əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə dəyəri 6000 manat olduğu halda şirkətə 4800 manat vəsait ödənilmişdir. Qalıq borc 1200 manat təşkil edir. Beləliklə, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 6000 manat məbləğində pul vəsaiti ödənilməlidir. İlk iddiaçı əlavə olaraq 1000 manat məbləğində kompensasiya tələb etsə də, həmin tələbin əsasına dair sübut təqdim etməmişdir. Ona görə də, ilk iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsi ilə iddiaçı "xxxx" MMMC adından müqavilə bağlamış qanuni təmsilçinin müqavilə bağlanan anda səlahiyyət müddətinin bitməsinə əsaslanaraq müqavilənin subyekt tərkibi ilə bağlı şərtlərə cavab vermədiyindən onun etibarsız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11 nömrəli müqaviləyə və xx.xx.2024-cü il tarixli, 14 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, bu hissədə digər halları nəzərə almamışdır. Yuxarıda da qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə münasibətləri yaranmış, iddiaçı həqiqətən cavabdehə mühafizə xidmətləri göstərmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC qeyd edir ki, müqaviləni MMMC adından bağlayan şəxs Elnur Rəhimov olmuş, həmin şəxs qanuni təmsilçi olsa da, onun həmin dövrdə səlahiyyət müddəti bitmiş, lakin möhürü təhvil verməmişdir. Göründüyü kimi, müqavilə lazımi sbuyektlərin iştirakı ilə bağlanmamışdır. Lakin nəzərə alınmalıdır ki, Elnur Rəhimovun səlahiyyət müddəti bitsə də, MMMC-nin möhürü onda olmuş, həmin cəmiyyət adından çıxış etməklə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında da iddiaçı müvafiq çoxmənzilli yaşayış binasında mühafizə xidmətləri göstərmişdir. Bu hal onu deməyə əsas verir ki, müqavilə etibarsız sayılsa belə, tərəflər öhdəliklərini qarşılıqlı icra etməlidirlər. Mülki Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı müqavilə münasibətlərinə uyğun olaraq icra etdikləri və icrasından yararlandıqları təqdirdə, sonradan müqavilənin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 6000 (altı min) manat məbləğində pul tutularaq iddiaçı “Delta GS Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı “Delta GS Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 6000 (altı min) manat məbləğində pul tutularaq iddiaçı “Delta GS Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin.. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5827/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5827/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver