Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-584/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qalıq borcun geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “qalıq borcun geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1694,37 manat, həmin vəsaitin məbləğinə hesablanmış 197,66 manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,32 manat olmaqla, cəmi 1931,35 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Mərkəz” filialı arasında xx.xx.2018-ci il tarixdə limiti 6000 manat olan **********01944102 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilədə faiz tədbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanılması nəzərdə tutulmamışdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə qalıq borc 5468,23 manat təşkil etsə də, həmin tarixdə rəsmiləşdirilmiş yeni BBLK3996016A299 saylı kredit xətti müqaviləsinə əsasən köhnə müqavilə üzrə qalıq borcun 3937,51 manat (əsas və faiz borcu birlikdə) olduğu qeyd edilmişdir (müqavilənin 4.19.1. bəndi). Qeyd olunan halın baş verməsinin səbəbi isə kartla aparılan əməliyyatların təsdiqlənməsinin bəzən müəyyən müddət zaman tələb etməsidir. Belə olduğu halda həmin əməliyyatlara görə borc sistemdə formalaşmamış olduğundan qalıq borc yeni müqavilədə düzgün əks olunmamışdır. Kart hesabından çıxarışdan göründüyü kimi kartla xx.xx.2021-ci il tarixdə aparılmış 25.98 manat məbləğində əməliyyat xx.xx.2021-ci il tarixdə təsdiq edildikdən sonra kartın balansı -5585.93 manat təşkil etmişdir (kredit xətti olduğundan vəsait istifadə olunduqda kartın balansı mənfiyə doğru dəyişir). xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürülmüş 3937.51 manat vəsaitin 3928,71 manat hissəsi (91,20+68+3769,51) əsas borca, 8.8 manat hissəsi isə faiz borcuna tutulmuşdur. Kart hesabından çıxarışdan göründüyü kimi 3769,51 manat borca silindikdən sonra kart hesabının qalığı -1698,72 manat təşkil etmişdir. Daha sonra, hesaba 4,35 manat vəsait mədaxil olunduqdan sonra kart üzrə 1694,37 manat borc qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Mərkəz” filialı arasında xx.xx.2018-ci il tarixdə limiti 6000 manat olan **********01944102 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilədə faiz tədbiqinin dayandırılması, kredit borcunun və ya onun bir hissəsinin bağışlanılması nəzərdə tutulmamışdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə qalıq borc 5468,23 manat təşkil etsə də, həmin tarixdə rəsmiləşdirilmiş yeni BBLK3996016A299 saylı kredit xətti müqaviləsinə əsasən köhnə müqavilə üzrə qalıq borcun 3937,51 manat (əsas və faiz borcu birlikdə) olduğu qeyd edilmişdir (müqavilənin 4.19.1. bəndi). Qeyd olunan halın baş verməsinin səbəbi isə kartla aparılan əməliyyatların təsdiqlənməsinin bəzən müəyyən müddət zaman tələb etməsidir. Belə olduğu halda həmin əməliyyatlara görə borc sistemdə formalaşmamış olduğundan qalıq borc yeni müqavilədə düzgün əks olunmamışdır. Kart hesabından çıxarışdan göründüyü kimi kartla xx.xx.2021-ci il tarixdə aparılmış 25.98 manat məbləğində əməliyyat xx.xx.2021-ci il tarixdə təsdiq edildikdən sonra kartın balansı -5585.93 manat təşkil etmişdir (kredit xətti olduğundan vəsait istifadə olunduqda kartın balansı mənfiyə doğru dəyişir). xx.xx.2021-ci il tarixli müqavilə üzrə götürülmüş 3937.51 manat vəsaitin 3928,71 manat hissəsi (91,20+68+3769,51) əsas borca, 8.8 manat hissəsi isə faiz borcuna tutulmuşdur. Kart hesabından çıxarışdan göründüyü kimi 3769,51 manat borca silindikdən sonra kart hesabının qalığı -1698,72 manat təşkil etmişdir. Daha sonra hesaba 4,35 manat vəsait mədaxil olunduqdan sonra kart üzrə 1694,37 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsin əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu və ona hesablanmış faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ümumilikdə 1892,03 (bir min səkkiz yüz doxsan iki manat üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,32 (otuz doqquz manat otuz iki qəpik) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilməldir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 39,32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilməldir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1694,37 (bir min altı yüz doxsan dörd manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 197,66 (bir yüz doxsan yeddi manat altmış altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1892,03 (bir min səkkiz yüz doxsan iki manat üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,32 (otuz doqquz manat otuz iki qəpik) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-584/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-584/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver