Məhkəmə qərarları › İş №e-2(004)-5887/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5887/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5887/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi borcverən tərəfdən "xxxx" ASC-nin “Promo” filialının müdiri Məmmədov Elçin, borcalan tərəfdən isə "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu halda hesab edirəm ki, kredit müqaviləsi bankla borcalan qismində "xxxx" MMC arasında bağlanmış, imza nümayəndələr tərəfindən icra edilmişdir. Müqavilədə "xxxx" MMC-nin möhüründən də istifadə olunmuşdur. Hazırkı mülki iş üzrə tələb hüquqi şəxslər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn pul tələbidir. Beləliklə, tərəflərin hüquqi şəxs olmasını və onlar arasındakı münasibətlərin xarakterini nəzərə alaraq hesab edirəm ki, hazırkı iddia tələbinə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, həmçinin məhkəmə aidiyyəti üzrə bu tələbə Yasamal rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddiaçı tərəfindən ödənilmiş 131 manat məbləğində rüsum ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə ("xxxx" ASC, VÖEN **********, kod 501145, Müxbir hesab AZ13NABZ********************, S.W.İ.F.T. BBTBAZ22) qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar