Məhkəmə qərarları › İş №e-2(004)-5929/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5929/2025

10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5929/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı “Respublika Perinatal Mərkəzi” X14 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “Respublika Perinatal Mərkəzi” X14 Cavabdeh “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Respublika Perinatal Mərkəzi” X17 Cavabdeh “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Respublika Perinatal Mərkəzi” PHŞ-nin xeyirinə vurulmuş ziyanın əvəzi kim 20.853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 türk lirəsinin, ödənilmiş dövlət rüsumu olan 155 (bir yüz əlli beş) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2047/2023 saylı qətnaməsi ilə “Respublika Perinatal Mərkəzi” cavabdeh qismintanınaraq, X3 xeyrinə 20.853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 (beş min doqquz yüz qırx altı tam onda beş) tlirəsinin ödənilməsinə qərar verilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-974/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Mərkəz tərəfindqərarda göstərilən məbləğ tam şəkildə icra edilmiş, bu barədə ödəniş sənədləri mövcuddur. İddiaçı tərəfindən aparılmış daxili araşdırma nəticəsində müəyyedilmişdir ki, Mərkəzə vurulmuş zərər Cavabdeh peşə fəaliyyəti zamanı baş vermişdir. O, həmin dövrdə “Respublika PerinaMərkəzi”ndə neonatoloq vəzifəsində çalışmışdır. “Respublika Perinatal Mərkəzi” X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli, 163 nömrəli Qərarına əsasTƏBİB-in tabeliyinə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində müəyyən etmişdir ki, “Respublika Perinatal Mərkəzi”ndə aparılan tibbi müdaxilələr zamanı uşağın səhhətinə zərər vurulmuş, bu da müəssisənin həkim heyətinin səhv müalicə və səhlənkarlıq nəticəsində baş vermişdir. Məhkəmə iş materiallarına, ekspert rəylərinə və təqdim edilən tibbi sənədlərə əsaslanaraq qeyd etmişdir ki: Uşaqda “bağırsaq çöpləri (E.coli) tərəfindən törədilən sepsis və osteomielit” diaqnozu qoyulmuşdur və bu, xəstəxanadaxili (kontaminasiya) infeksiya nəticəsində yarana bilər; Körpənin müalicəsi zamanı tətbiq edilən amikasin, vankomisin və digər ototoksik antibiotiklər eşitmə orqanlarına ciddi zərər vurmuş, nəticədə uşaqiki tərəfli sensonevral tip eşitmə itkisi formalaşmışdır; “Respublika Perinatal Mərkəzi”nin həkim heyəti tərəfindən səhv tibbi taktika seçilmiş, doğuşdan sonrakı nəzarət və müalicə prosesində səhlənkarlığa yol verilmişdir; Bu səbəbdən uşağın səhhətinə vurulan zərər məhz Mərkəzin tibbi personalının peşə fəaliyyəti ilə birbaşa bağlı hesab edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, zərər “Respublika Perinatal Mərkəzi”nin əməkdaşlarının təqsiri nəticəsində baş vermişdir və Mərkəz Məcəllənin 1096, 1097 və 1112-ci maddələrinə əsasən bu zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıyır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən iddia tələbini işin faktiki hallarına və sübutlara istinad etmədiyindən əsassız hesab edirlər: 1) İş üzrə həyata keçirilmiş xx.xx.2021-ci il tarixli 740 nömrəli və xx.xx.2021-ci il tarixli ekspert rəyində həkimin müalicəsində nöqsanın müəyyən edilmədiyi, infeksiyalaşma patologiyasının ananın bətndaxili infeksiyası zamanı yaranmasının istisna edilmədiyi bildirilmişdir. Belə ki, Vital Klinikanın 25 dekabr 2019-cu il tarixli “qanın ümumi analizi” adlı arayışına nəzər salsaq görərik ki, Leykositllərin göstəricisi 16.2 (norma 3-98-10.04), Eritrositlərin orta həcmi 66.9 (norma 79.4-94.8), neytrofillərin ümumi sayı 14.1 (norma 1.56- 6.13) və s. olmuşdur. Təkcə neytrofillərin sayında 2 dəfədən çox artımın olması tibbi protokollara əsasən ana bətnində infeksiyanın olması göstəricisini sübut edir. Analiz 25 dekabrda Vital Klinikada verilib, 27 dekabrda isə doğuş baş verib. Həmçinin, sonradan həyata keçirilmiş 4 avqust 2023-cü il tarixli ekspert rəyində də bildirilmişdir ki: “Alsu Səfiyevaya tənəffüs çatışmazlığı ilə əlaqədar CPAP rejimi təyin olunduğu üçün düzgün olaraq antibakterial müalicəyə başlanılmışdır. Antibiotiklərin tətbiqi yenidoğulmuşun çəkisinə və xəstəliyinin ağırlıq dərəcəsinə uyğun olaraq təyin olunmuşdur.” Bundan əlavə aparılmış müalicənin Türkiyə Respublikası və X2 Neontoloji dərnəkləri tərəfindən dərc edilmiş yenidoğulmuşların infeksion müalicə standartlarına uyğun aparıldığı müəyyən edilir. Həmçinin, xəstəlik tarixçəsində təyin edilən müalicə şöbə müdiri və baş həkim tərəfindən təsdiq edilir. 2) Həmçinin Klinikaya verilən sorğuda bildirilir ki, müəssisədə İnfeksiya Nəzarət Komitəsi yaradılmamışdır. Belə olan halda buna birbaşa Respublika Perinatal Mərkəz özü məsuliyyət daşıyır. Belə ki, yerli və beynəlxalq sanitar-gigiyenik tələblərə uyğun olaraq müəssisə tibbi xidmətlə əlaqədar gündəlik yaxmalar götürməli, bunun uçotunu xüsusi tərtib edilmiş jurnallarda aparmalıdır. Buna ümumi müəssisə üzrə İnfeksiya Nəzarət Komitəsi, şöbə üzrə isə şöbə müdiri məsuldur. 3) Artıq qeyd edildiyi kimi 25 dekabr 2019-cu il tarixli Vital Klinikada verilən analizə əsasən ana bətnində infeksiyalaşma müşahidə olunur və üstəlik ana öz körpəsinə gündəlik olaraq qidalanması üçün ana südü gətirmişdir. Bir halı da xüsusi vurğulamaq lazımdır ki, əgər xəstəxanada infeksiya olsa idi, bu kütləvi hal alardı və digər körpələr də yoluxardı. Ancaq bu hal qeydə alınmamışdır. 4) X1 qeyd edilən tibb mərkəzində kuveyzdə təqribən 1 ay müddətində (xx.xx.2019xx.xx.2020) olarkən ona 7/24 saat rejimi ilə şöbənin bütün işçiləri (həkim, orta və kiçik tibb heyəti üzrə) növbətçilik cədvəlinin (iş vaxtının uçotu qrafiki) tibbi xidmət göstərmişdir. Yəni, növbətçi həkimlər, tibb bacıları və s. Belə olan halda həkim Cavabdeh təqsirinin nədən ibarət olması sübuta yetirilməmiş, formallığa yol verilmişdir. Həkim Cavabdeh təqsirsizlik prezumsiyası var. Qanunvericilikdə göstərilir ki, şəxsin qanunla nəzərdə tutulan qaydada təqsiri sübuta yetirilmədiyindən təqsirsiz sayılır. Mülki məsuliyyət tərkibi mövcud deyildir. Məhkəmə iclasında iştirak edən “Respublika Perinatal Mərkəzi” X14 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən ödəniş edilmişdir və həkim səhvi varsa, onun tərəfindən ödənilməlidir. İnfeksiya nəzarətlə bağlı komissiya olmasa da, başqa şəxslər həmin vəzifəni həyata keçirirlər. Uşağın həkimi cavabdeh olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, körpəyə infeksiyalaşma ilə bağlı zərər vurulmuşdur. Cavabdehin təqsiri sübut edilməlidir. Tibb müəssisəsində həkimlər növbəni dəyişirlər. Bəlkə tibb bacısı və ya ana tərəfindən infeksiya keçirilmişdir. Cavabdeh baş həkimdir. İddiaçıya sorğu göndərmişdilər və 5 il müddət keçdiyinə görə sənədlərin məhv olunduğunu bildirmişdilər. Həmçinin, infeksiyaya nəzarət komissiyası olmalıdır. İddiaçı isə belə komitənin olmadığını bildirmişdir. Doğuşa qədər nəzarəti başqa klinika həyata keçirmişdir və həmin vaxt infeksiyalaşma artıq başlamışdı. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh hal-hazırda “Respublika Perinatal Mərkəzi” X9 işləyir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsinin “iddia tələbinin “Respublika Perinatal Mərkəzi” X14ə qarşı təmin olunmaması” ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, X3 “Respublika Perinatal Mərkəzi” X14ə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbləri qismən təmin olunması, “Respublika Perinatal Mərkəzi” X9n maddi zərərin əvəzi qismində 10.853 (on min səkkiz yüz əlli üç) manat, mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat olmaqla, cəmi 20.853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 (beş min doqquz yüz qırx altı lirə 50 quruş) Türk Lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) X3 xeyrinə tutulması, X3 “Respublika Perinatal Mərkəzi” X14ə qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 60 (altmış) manat “Respublika Perinatal Mərkəzi” X9n tutulub Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin məzmununda qeyd olunmuşdur ki, “Respublika Perinatal Mərkəzi” X15 uşağın doğumunu, habelə müalicəsini həyata keçirən həkimlərinin tibbi normaları (standartları) pozmadıqlarını və uşağın səhhətində yaranmış problemlərin həkimlərin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olmadığını sübuta yetirə bilməmişlər. Nəzərə alınmalıdır ki, qanunvericiliyin mənasına görə (§ 54) tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Respublika Perinatal Mərkəzi” X15 isə sağlam hamiləlik keçirdiyi və hamiləliyi müddəti ərzində kəskin infeksiyanın aşkarlanmadığı ekspert rəyləri ilə müəyyən olunan iddiaçının dünyaya gətirdiyi uşağa infeksiyanın məhz həmin Mərkəzdə keçmədiyini sübuta yetirə bilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı alınmış ekspert rəyində “uşağın ana bətnində olarkən infeksiyalaşmadığı”, “Qumru Səfiyevanın "xxxx" MMC-də hamiləliyə uyğun ultrasəs müayinələrindən keçdiyi və ultrasəs müayinələrində döldə hər hansı bir fiziki qüsur aşkar olunmadığı”, həmçinin “hamiləlik dövründə "xxxx" MMC-də aparılan müayinə və müalicələrin hamiləliyin gedişinə uyğun həyata keçirilərək uşaqda sonradan aşkar olunan qüsurları yarada biləcək hər hansı patologiyanın aşkar olunmadığı” vurğulanmışdır – belə olan halda isə sağlam doğulan uşağın doğumundan sonra onda yaranan problemlərin öz həkimlərinin səhvindən yaranmadığını sübutetmə yükü məhz doğumun həyata keçirildiyi “Respublika Perinatal Mərkəzi” X14 üzərinə düşür. Bu kontekstdə kollegiya, ekspertlərin “Alsu Səfiyeva doğulduqdan iki gün sonra laborator təsdiqlənmiş septiki proses müxtəlif səbəblərdən yarana bilər”, “Doğuşdan sonra yenidoğulmuşa aparılan müalicələr kliniki protokollara uyğun olaraq yerinə yetirilmişdir”, “Yenidoğulmuşun vəziyyətindən asılı olaraq ona antibakterial müalicə taktikası seçilmişdir. Aparılan müalicələrin sonradan yaranmış fiziki qüsurlara səbəb olması barədə fikir söylənilməsi mümkün deyildir”, “Aşkar olunmuş “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarana bilər”, “Alsu Səfıyevaya tənəffüs çatışmazlığı ilə əlaqədar CPAP rejimi təyin olunduğu üçün düzgün olaraq antibakterial müalicəyə başlanılmışdır” qənaətlərini işin faktiki hallarına uyğun hesab etmir və müvafiq hissədə ekspert rəyini mötəbər olmayan sübut kimi qiymətləndirir.” “Respublika Perinatal Mərkəzi” X15 (işəgötürən) ilə Cavabdeh (işçi-Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsində həkim neonatoloq vəzifəsində çalışan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndinə əsasən, İşçi müəssisə tərəfindən ona etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, mal-materialların və ləvazimatların qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: a) ona etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, mal-materialların və ləvazimatlar tam qeydinə qalmalı, görüləcək işləri vicdanla yerinə yetirməlidir; b) "Hüquqi şəxs"in rəhbərliyinə vaxtlı vaxtında öhdəsində olan maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, mal-materialların və ləvazimatların təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; v) zərurət yarandıqda ona etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, malmaterialların və ləvazimatların və başqa görüləcək işlərin uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib "Hüquqi şəxsə təqdim etməlidir, q) ona etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, mal-materialların və ləvazim inventarizasiyasında iştirak etməlidir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, "Hüquqi şəxs aşağıdakı tələbləri yerinə yetirməlidir: a) işçiyə etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, mal-materialların və ləvazim qorunub saxlanması və görüləcək İşlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; b) işçini maddi məsuliyyət barədəki qanunvericiliklə, həmçinin "Hüquqi şəxs"-ə dəyən ziyanın İşçi tərəfindən ödənilməsi barədə əmrlə, təlimatla, normativlərə və eyni zamanda saxlama, qəbuletmə və başqa qaydalarla əvvəlcədən tanış etməlidir: v) zərurət olduqda maddi sərvətlər üzrə qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, İşçinin təqsiri üzündən "Hüquqi şəxs"-ə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi qüvvədə olan qanunvericilik aktları əsasında həyata keçirilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Hüquqi şəxsə vurulmuş maddi ziyan üzrə İşçinin təqsiri aparılmış daxili araşdırma və ya yoxlama nəticəsində, o cümlədən müvafiq dövlət orqanlarının və məhkəmənin qərarı ilə müəyyən edilir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, bu müqavilə üzrə “İşçi” vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur. "Hüquqi şəxs"-ə vurulmuş ziyanın könüllü ödənilməsi bu barədə İşçinin iradəsini ifadə edən yazılı razılığından sonra mümkündür. Həmin müqavilənin 12-ci bəndinə əsasən, "Hüquqi şəxs"-ə dəyən zərər İşçinin təqsiri üzündən olmazsa onda İşçi cavabdehlik daşımır. Həmin müqavilənin 13-cü bəndinə əsasən, Bu müqavilə İşçinin işlədiyi və ona etibar edilmiş maddi və ya digər sərvətlərin, o cümlədən inventarların, avadanlıqların, malmaterialların və ləvazimatların onda saxlanıldığı bütün dövr ərzində qüvvədədir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 215OPXO243110082 nömrəli ödəniş tapşırığından görünür ki, “Respublika Perinatal Mərkəzi” X15 tərəfindən X3 hesabına 20.500 manat pul köçürülmüşdür. “Respublika Perinatal Mərkəzi” X15 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2047/2023 nomreli xx.xx.2023-cu il tarixll qətnaməsinə əsasən, iddiaçı X3 xeyrinə maddi zərənin əvəzi qismində 10.853 (on min səkkiz yüz əlli üç) manat, mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat olmaqla, cəmi 20.853 (yirmi min səkkiz yüz əlli üç) manat və 5.945.5 (beş min doqquz yüz qırx altı tam onda beş) Türk Lirası tutulması qərara alınmışdır. Mərkəz tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-974/2024, Nömrəli xx.xx.2024-cü il tarixli qərarı ile kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə minmişdir. Qeyd edilen qətnamə əsasında X3 xeyinə ödənilməli olan məbləğ Mərkəz tərəfindən tam ödənilmiş və qətnamə icra edilmişdir. Apanılmış daxili araşdırma nəticəsində müəyyən edilmişdir ki, X4 övladı X8 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Həmin vaxt körpənin müayinəsi və müalicəsi onun tərəfindən icra edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, X5 xeyrinə ödənilmiş məbləğin 3 (üç) iş günü müddətində Mərkəzə geri ödənilməsini təmin etməsi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 155 manat dövlət rüsumu ödənilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/11/2025-01627 nömrəli, xx.xx.2025-ci il tarixli X6 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh İMS-də iştirak etməmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Respublika Perinatal Mərkəzi" X15 məhkəmənin sorğusuna 18-1-8/2-8/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla cavab ünvanlayaraq, mübahisə predmeti üzrə tələb olunan sənədlərlə əlaqədar aşağıdakılar müəyyən edilmişdir: Sorğuda tələb olunan şöbə işçilərinin növbətçilik cədvəlləri (iş vaxtının uçotu qrafiki) və buna bənzər olan digər sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahı”nın müvafiq bəndlərinə əsasən, saxlanma müddəti başa çatmış və bundan sonra müəyyən edilmiş qaydada məhv edilmişdir. Bu səbəbdən hazırda həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Sorğuda qeyd edilən “İnfeksiya Nəzarət Komitəsi” ilə bağlı bildiririk ki, mübahisə predmeti olan dövrdə “Respublika Perinatal Mərkəzi” X9 İnfeksiya Nəzarət Komitəsi yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən, Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən, Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 194.1-ci maddəsinə əsasən, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur 199-cu maddəsinin 1-ci hissəsinə əsasən, İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200-cü maddəsinin 2-ci hissəsinə əsasən, İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən, işçinin işəgötürən qarşısında maddi məsuliyyəti yalnız onun təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan) hüquqa zidd hərəkəti nəticəsində zərər vurulduqda yaranır. İddiaçı tərəfindən uşağın müalicə prosesində məhz Cavabdeh konkret hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərin dəydiyi sübuta yetirilməmişdir. Körpə xəstəxanada 1 ay müddətində qalmış və bu müddətdə müalicə prosesində onlarla digər tibbi heyət (növbətçi həkimlər, tibb bacıları) iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində zərərin tibb müəssisəsinin səhlənkarlığı nəticəsində baş verdiyi qeyd olunur. Bu, müəssisənin ümumi məsuliyyətini yaratsa da, reqres qaydada konkret bir həkimə yönəldikdə həmin şəxsin fərdi təqsiri mütləq sübut olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Respublika Perinatal Mərkəzi" X10 məhkəmənin sorğusuna verdiyi 18-1-8/2-8/2026 nömrəli, xx.xx.2026-cı il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, mübahisə predmeti olan dövrdə “Respublika Perinatal Mərkəzi” X9 İnfeksiya Nəzarət Komitəsi yaradılmamışdır. Məhkəmə qeyd edir ki, xəstəxanadaxili infeksiyanın qarşısının alınması üçün sanitar-gigiyenik normalara riayət olunmasına nəzarət birbaşa müəssisə rəhbərliyinin və xüsusi komitənin vəzifəsidir. Əgər müəssisə daxili nəzarət mexanizmini qurmayıbsa, infeksiyanın yaranmasına görə məsuliyyəti hər hansı bir həkimin üzərinə qoymaq hüquqi baxımdan əsassızdır. Zərər həkimin peşə fəaliyyətindən deyil, müəssisənin ümumi təşkilati nöqsanlarından qaynaqlanmış ola bilər. İddiaçı xx.xx.2023-cü il tarixli "Tam maddi məsuliyyət haqqında müqavilə"yə istinad edir. Lakin müqavilə 2023-cü ildə bağlanmışdır, hadisə isə 2018-2019-cu illərə aiddir. Bundan başqa həmin müqavilə əsasən əmlakın, inventarların və mal-materialların qorunmasına aiddir. Tibbi xidmət zamanı baş verən "peşə səhvi" bu növ müqavilənin predmeti deyil. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 "Respublika Perinatal Mərkəzi" X10 məhkəmənin sorğusuna verdiyi 18-1-8/2-8/2026 nömrəli, xx.xx.2026-cı il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, şöbə işçilərinin növbətçilik cədvəlləri (iş vaxtının uçotu qrafiki) və buna bənzər olan digər sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahı”nın müvafiq bəndlərinə əsasən, saxlanma müddəti başa çatmış və bundan sonra müəyyən edilmiş qaydada məhv edilmişdir. Göründüyü kimi həmin sənədlərin məhv edilməsi cavabdehin özünü müdafiə etmək (təqsirsizliyini sübuta yetirmək) hüququnu məhdudlaşdırmışdır. Beləliklə, iddiaçı tərəfindən cavabdehin konkret təqsirli əməli, bu əməl ilə dəymiş zərər arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Əksinə, müəssisənin daxili nəzarət sisteminin (İnfeksiya Komitəsi) olmaması zərərin yaranmasında müəssisənin özünün risk və məsuliyyət payının olduğunu göstərir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz iddia və etirazlarının əsaslandığı halları sübut etməlidir. İşəgötürən işçiyə qarşı reqres iddia tələb irəli sürdüyündən hazırki halda, sübutetmə yükü işəgötürənin üzərinə düşür və işəgötürən işçinin konkret fərdi təqsiri sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, “Respublika Perinatal Mərkəzi” X14 Cavabdeh “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Respublika Perinatal Mərkəzi” X14 Cavabdeh “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar