Məhkəmə qərarları › İş №e-2(004)-5930/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5930/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5930/2025 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32000 (otuz iki min) manat pulun alınıb ona ödənilməsi, ödədiyi 186 manat rüsumun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 aprel 2022-ci il tarixdə aralarında notarial qaydada tədiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə 50000 (əlli min) manat məbləğində borc vermişdir. Kredit müqaviləsinin 40000 (qırx min) manat hissəsini Cavabdeh onunla "xxxx" MMC-nin adından bağlasada həmin vəsaiti ondan şəxsən qəbul etmişdir. 30 iyun 2022-ci ildə əlavə olaraq ona 10000 (on min) manat borc almışdır. Aralarında olan müqavilə şərtinə əsasən qarşı tərəf ona olan borcunu borcu verdiyi tarixdən 1 il keçənədək, yəni xx.xx.2023-cü il tarixədək ödəməsi şərtilə razılaşsalar da, qarşı tərəf ona olan borcundan hazırki tarixədək 18000 (on səkkiz min) manatı qaytarmış, 32000 (otuz iki min) manatı qaytarmaqdan imtina edir. Qeyd etmişdir ki, 07 iyun 2024-cü ildə Cavabdeh ondan aldığı 50000 (əlli min) pulu 01 iyul 2024-cü ildən etibarən 3000 (üç min) qaytaracağını vəd etsədə vədinə riayət etməmiş, ona ancaq 18000 manat pul qaytarmışdır. Dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu sona çatdırmaqdan yayınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 32000 (otuz iki min) manat pulun, xx.xx.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi, ödədiyi 186 manat rüsumun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəmə bank qəbzləri təqdim edərək borc məbləğini qismən qəbul etdiyini göstərmişdir. İddia ərizəsinə Cavabdeh tərəfindən imzalanmış 07 iyun 2024-cü il tarixli qəbz əlavə etmişdir. Qəbzdən görünür ki, Cavabdeh 07 iyun 2024-cü il tarixə iddiaçıya 50000 (əlli min) manat borclu olduğunu təsdiqləməklə həmin borcu 01 iyul 2024-cü il tarixdən 3000 manat olmaqla ödəyəcəyini, borcun 50000 (əlli min) manatdan çıxılacağına dair yazılı öhdəlik götürmüşdür. Qeyd etmişdir ki, Cavabdeh həmin borcdan 18000 manat pul qaytarsada qalan 32000 manatı geri qaytarmamışdır. Təqdim etdiyi qəbzlərin böyük bir qismi 07 iyun 2024-cü il tarixdən əvvəlki tarixlərdir və təkrardır. Belə ki, məhkəməyə 58 ədəd qəbzləri təqdim etmişdir. 1. xx.xx.2023 (saat 17:41:?) - 800 manat; 2. xx.xx.2023 (saat 11:42:03) - 1000 manat; 3. xx.xx.2023 (saat 11:42:03) - 1000 manat - təkrardı; 4. xx.xx.2023 (qəbz nömrəsi 85) - 1500 manat; 5. xx.xx.2023 (qəbz nömrəsi 20494) - 500 manat; 6. xx.xx.2023 (qəbz nömrəsi 20494) - 500 manat - təkrardı; 7. xx.xx.2023 (saat 18:47:52) - 500 manat; 8. xx.xx.2023 (saat 18:47:52) - 500 manat - təkrardı; 9. xx.xx.2023 (qəbz nömrəsi 21762) - 500 manat; 10. xx.xx.2023 (qəbz nömrəsi 21762) - 500 manat - təkrardı; 11. xx.xx.2023 (saat 18:29:30) - 1000 manat; 12. xx.xx.2023 (saat 18:29:30) - 1000 manat - təkrardı; 13. xx.xx.2024 (qəbz nömrəsi 19729) - 500 manat;

14. xx.xx.2024 (qəbz nömrəsi 19729) - 500 manat - təkrardı; 15. xx.xx.2024 (saat ?, qəbz nömrəsi ? terminal № 01601) - 300 manat; 16. xx.xx.2024 (qəbz nömrəsi?, saat ? terminal 01601) - 300 manat - təkrardı; 17. xx.xx.2024 (qəbz nömrəsi 30148) - 500 manat; 18. xx.xx.2024 (qəbz nömrəsi 30148) - 500 manat - təkrardı; 19. xx.xx.2024 (saat 17:23:01) - 500 manat; 20. xx.xx.2024 (saat 17:23:01) - 500 manat - təkrardı; 21. xx.xx.2024 (qəbz nömrəsi 35922) - 500 manat; 22. xx.xx.2024 (qəbz nömrəsi 35922) - 500 manat - təkrardı; 23. xx.xx.2024 (qəbz nömrəsi 38354) - 500 manat; 24. xx.xx.2024 (qəbz nömrəsi 30587) - 500 manat; 25. xx.xx.2024 (qəbz nömrəsi 30587) - 500 manat təkrardı; 26. xx.xx.2024 (saat 20:38:23) – 200 manat; 27. xx.xx.2024 (saat 20:38:23) - 200 manat - təkrardı; 28. xx.xx.2024 (saat 18:45:23) - 3000 manat; 29. xx.xx.2024 (saat 18:45:23) - 3000 manat - təkrardı; 30. xx.xx.2024 (qəbz nömrəsi 9687) - 3000 manat;

31. xx.xx.2024 (qəbz nömrəsi 9687) - 3000 manat - təkrardı; 32. xx.xx.2024 (qəbz nömrəsi 14005) - 3000 manat; 33. xx.xx.2024 (qəbz nömrəsi 14005) - 3000 manat təkrardı; 34. xx.xx.2024 (qəbz nömrəsi 25024) - 2000 manat; 35. 15.10. 2024 (qəbz nömrəsi 25024) - 2000 manat - təkrardı; 36. xx.xx.2024 (qəbz nömrəsi 1420) - 2000 manat; 37. 07.11.224 (qəbz nömrəsi 11420) - 2000 manat - təkrardı; 38. xx.xx.2025 (qəbz nömrəsi 11329) - 200 manat; 39. xx.xx.2025 (qəbz nömrəsi 11329) - 200 manat təkrardı; 40. xx.xx.2025 (qəbz nömrəsi 25389) - 500 manat; 41. xx.xx.2025 (qəbz nömrəsi 25389) - 500 manat - təkrardı; 42. xx.xx.2025 (saat 17:55:04) - 300 manat; 43. xx.xx.2025 (saat 19:26:30) - 200 manat; 44. xx.xx.2025 (qəbz nömrəsi 15461) - 1000 manat; 45. xx.xx.2025 (qəbz nömrəsi 15461) - 1000 manat - təkrardı; 13 qəbz oxunmaz vəziyyətdədi. Həmin qəbzlərə əsasən 07 iyun 2024-cü ildən sonra 14700 manat ödənildiyi görsənir. Ancaq iddiaçı göstərir ki, 07 iyun 2024-cü il tarixə olan 50000 manat borcdan 18000 manat məbləğ Cavabdeh tərəfindən ödənilmiş, 32000 manat borc ödənilməmiş qalmışdır. Məhz 07 iyun 2024-cü il tarixli qəbzə əsasən Cavabdeh üzərinə 50000 manat borcu hər dəfə 3000 manat ödəməyə öhdəlik götürsədə 01 iyul 2024-cü il tarixdən 3 ay 3000 manat, 1 ay 2000 manat ödəsədə sonradan razılaşmalarını pozmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehə cəmi 50000 manat pul verilib. Sonuncu ödəniş 2024-cü ildə olub. Cəmi 18000 manat ödənilib. Borcu faizə verməmişlər. İddiaçı cavabdehə ev almağında və sonradan qazanc əldə edəcəkləri üçün köməklik etmişdir. Tərəflər arasında qazancla bağlı razılaşma olub, lakin cavabdeh öhdəliyini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıdan 15 aprel 2022-ci ildə 12 ay müddətində 40000 manat, 30 iyun 2022-ci ildə isə 10000 manat pul almışdır. 15 aprel 2022-ci il tarixdə müqavilə Fortuna ilə bağlansa da, pul ona şəxsən verilmişdir. Fortuna olaraq bağlanılmasını iddiaçı istəmişdir. O, "xxxx" MMC-nin təsisçisidir, alqı-satqı şirkətidir. Pul ona faizə verilmişdir. İddiaçı notariat ofisində faizlə bağlı bəndin qeyd edilməməsini bildirdi, o da onun tələbi ilə razılaşdı. İddiaçının qızı Fidanın kart hesabına ödənişlər etmişdir, kartı iddiaçının özü təqdim etmişdir. 18000 və 10500 manatla bağlı ödəniş qəbzləri var və bunları məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü ildə iddiaçının evində həmin vaxta edilən ödənişlərlə bağlı iddiaçı tərəfindən də imzalanmış razılaşma vardır. Həmin qəbzin əsli iddiaçı idi. Elə həmin gün surətini evindəki printerdə çıxardıb hər iki tərəf imzalamışdır. Həmin tarixə qədər olan ödənişlər orada qeyd edilmişdir. Digər ödənişlərlə bağlı isə qəbzlər təqdim edilmişdir. Ümumilikdə faizləri ilə birlikdə 50 000 manatdan çox ödəniş etmişdir. Əslində iddiaçı ilə münasibətləri pis də olmamışdır. Sadəcə iddiaçının verdiyi puldan da çox ona pul geri qaytarılmışdır. Hal-hazırda ona borcu yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh 40000 manat məbləğində pul borca vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verməsini şərtləşdirmişlər. - "xxxx" MMC-nin 11 saylı, 30 iyun 2022-ci il tarixli qəbzə əsasən o, Cavabdeh, İddiaçı 10000 (on min) manat məbləğində borca pul almışdır. - "xxxx" MMC-nin 11 saylı, 07 iyun 2024-cü il tarixli əlyazmasına əsasən o, Cavabdeh, İddiaçı borc aldığı 50000 (əlli min) manat puldan 01 iyul 2024-cü il tarixdən etibarən 3000 (üç min) manat ödəməklə, qəbz (çek) vasitəsilə göndərəcək, 50000 (əlli min) manat puldan çıxılacaq. - Ödəniş qəbzlərinə əsasən Cavabdeh tərəfindən Ə*****F*****A*****qızının 416973******8134 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat + 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, cəmi 30500 manat məbləğində pul ödəniş etmişdir. - İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sadə əlyazmanın surətinə əsasən Cavabdeh 15 aprel 2022-ci il tarixində İddiaçı 40000 (qırx min) manat və daha sonra 10000 (on min) manat məbləğində borc pul almışdır. Müqavilənin şərtləri belə idi ki, o, bu məbləğ müqabilində hər ay 1200 manat və 500 manat öz qazancından Sevinc xanıma gəlir şəklində ödəməlidir. Cəmi 28900 manat ödəniş etmişdir. Gəlirlərdən 1200 manat + 500 manat + 1000 manat ödəniləcək borcu qalıb. Borcu qısa müddətdə ərzində, əsas pulu isə yanvar ayı – 2024-cü il ərzində qaytarmağı söz vermişdir. Qeyd: imzalar əlyazmanın surətində çəkilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göründüyü kimi işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə tərəfindən araşdırılan sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 15 aprel 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 40000 manat məbləğində pul vəsaiti vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, kredit faizsiz verilmişdir və borcun xx.xx.2023-cü il tarixinədək qaytarılması nəzərdə tutulmuşdur. 30 iyun 2022-ci il tarixli qəbzə əsasən cavabdeh iddiaçıdan əlavə olaraq 10000 manat məbləğində borc pul almışdır. Beləliklə, tərəflər arasında ümumi borc məbləği 50000 manat təşkil etmişdir. İddiaçı hal-hazırda cavabdehdən 32000 manat borc məbləğinin və əlavə olaraq gecikdirilməyə görə faizlərin tutulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Cavabdeh etirazını onunla əsaslandırıb ki, iddiaçıdan 50000 manat borc alıb, borc faizlə qaytarılmaqla verilmişdir. İddiaçıya faizlə birlikdə 5.0000 manatdan artıq pul qaytarmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Mülki Məcllənin 739-cu maddəsinin dispozitiv şərtlərinin təmin edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: - pul məbləği cavabdehə verilməli; - cavabdehlə borc müqaviləsi olmalı, borcun qaytarılma müddəti bitməli; - cavabdeh borcu qaytarmaqdan imtina etməlidir. Sübutetmə vəzifəsinə görə, bu halların sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iş materiallarında olan ödəniş qəbzləri cavabdeh tərəfindən ümumilikdə 50000 manatdan artıq məbləğdə ödənişlərin edildiyini göstərir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, 2023-cü ilin noyabr ayınadək 28900 (iyirmi səkkiz min doqquz yüz) manat ödəniş olunmuşdur. Eyni zamanda iş materiallarında olan ödəniş qəbzlərindən də müəyyən olunur ki, 2023-cü ilin noyabr ayınadək cəmi 21500 (iyirmi bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Beləliklə, ümumi ödəniş məbləği 21500+28900 =50500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan 50000 manat borc məbləğindən də çox ödəniş olunduğundan, məhkəmə araşdırması zamanı 32000 (otuz iki min) manat məbləğində qalıq borc qalması müəyyən edilmədiyindən 32000 (otuz iki min) manat borcun və xx.xx.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi barədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “32000 (otuz iki min) manat pulun, xx.xx.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar